Rusiyanın Sıktıvar şəhərində Daxili İşlər Nazirliyinin binasında partlayış baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, partlayış Daxili İşlər Nazirliyinin peşəkar təlim mərkəzində olub.
"Mərkəzin akt zalında naməlum qurğu partlayıb", - məlumatda qeyd olunub.
Partlayış nəticəsində 9 nəfərin yaralandığı bildirilir. 200-ə yaxın şəxs binadan təxliyə olunub.
