Mingəçevirdə fərdi təsərrüfatda baş verən yanğın faciə ilə nəticələnib.
Sozcu.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. 54 yaşlı İlqar Rüstəmovun yaşadığı evdə elektrik qızdırıcısının aşması nəticəsində yanğın baş verib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Rüstəmov xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
