Prezident: Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir

Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib. “Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə - Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir”, - deyən dövlət başçısı vurğulayıb ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır.

Dəhşətli qəzada baş çavuş öldü, gizir xəsarət aldı - Foto

Dünən Tovuz rayonunda baş vermiş ağır qəzada ölən və yaralanan şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional idarəsinin əməkdaşları olub. Bakı-Qazax magistralının Tovuzdan keçən 439-cu kilometrliyində Rəşidov Aqşin Nəsib oğlunun idarə etdiyi “Mercedes-Benz E 270” markalı avtomobil agentliyin Ağstafa Regional idarəsində baş çavuş rütbəsində sürücü vəzifəsində xidmət edən Yaqubəliyev Elçin Abdı oğlunun idarə etdiyi “Mitsubishi L-200” markalı maşına arxa hissədən çırpılıb. Nəticədə baş çavuşun idarə etdiyi xidməti avtomobil idarəetmədən çıxaraq aşıb. E.Yaqubəliyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobilin sərnişini olan idarənin bölmə komandiri vəzifəsində xidmət edən gizir Kərimov Vüsal Rəhim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Fotoda qəzada həyatını itirən Elçin Yaqubəliyev (qafqazinfo)

Həbsdə olan övladına narkotik keçirmək istəyən qadın saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar xidmətdən məlumat verilib. Bildirilib ki, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin anası tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkçənin cibində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,323 qram olan narkotik maddə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Kahramanmaraşda 4,8 maqnitudalı zəlzələ olub

Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda 4,8 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkan bu gün səhər saatlarında qeydə alınıb. Təbiət hadisəsi nəticəsində itki və dağıntıların olub-olmaması barədə hələ məlumat yoxdur.

Rusiyanın itkiləri 160 mini keçdi

Ukrayna müharibənin 384-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 160 540 hərbçi, 3484 ədəd tank, 6789 ədəd zirehli döyüş maşını, 2519 ədəd artilleriya sistemi, 495 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 260 hava hücumundan müdafiə sistemi, 304 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5367 ədəd avtomobil texnikası, 2 120 ədəd PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 256 xüsusi avadanlıq itirib.

Bakıda iki yük maşını toqquşdu: ölən var

Martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, Ramin Xaqani oğlu Kazımovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə qarşı istiqamətdə hərəkətdə olan Aqil Arif oğlu Rəhmanovun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə A.Rəhmənov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Neft kəskin ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 79,93 dollara, yüngül neftin bir barreli isə 73,99 dollara təklif olunur.

Ordumuz 19 dəfə atəşə tutuldu

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Arvadını öldürən şəxs saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Y. Hümbətovanı qətlə yetirməkdə şübhəli bilinən E. Quliyev Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Axar.az-a bildirib ki, bundan başqa Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 13-də həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini 1993-cü il təvəllüdlü G. Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.

İran şagirdləri zəhərləməyə davam edir

Son aylar İran məktəblərində zəhərlənən şagirdlərin sayı 13 minə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə İran səhiyyə nazirinin müavini Səid Kərimi açıqlama verib. Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan bu günə kimi İranın 28 əyalətinin 100 şəhərinin 250 məktəbində şagirdlərin zəhərlənməsi qeydə alınıb.

Separatçılar Bakıya “yox” dedi: Söz Ordumuzundur!

Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib: onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və humanitar, texniki məsələlərin müzakirə edilməsini istəyir, özlərini “tərəf” kimi təqdim edir, beləliklə, reinteqrasiya prosesindən imtina edirlər. Gözlənilən idi, çünki Bakıya gəlmələri “tərəf” olmaqdan imtina etmək və reinteqrasiya prosesini qəbul etmək demək idi, Rusiyanın da buna imkan vermədiyi bəllidir. Lakin imtina etmələri də Bakının əlini gücləndirir: - Təmasların indi qurulmasını istəyən Qərbə (ABŞ və Aİ) göstərəcək ki, “separatçılar erməni əhalisi deyil” və “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına” onlar imkan vermir; - Qarabağda mümkün praktiki addımların – həm hərbi, həm digər istiqamətlərdə - iddia edildiyi kimi “erməni əhalisinə” qarşı yox, separatçı-terrorçulara qarşı atıldığı mövqeyi önə çıxır. Asif Nərimanlı

Ordumuz Ermənistan istiqamətinə cavab atəşi açdı

Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edərək Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb. Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək.

Can ay başına Vətən daşı düşən vətəndaş...

AXC hakimiyyətinin torpaq islahatlarını axıradək aparmağa vaxtı çatmadı. 4 iyun qiyamından sonra necə deyərlər, milli hakimiyyətlə bərabər kəndlinin torpaqları da tədricən, hissə-hissə əlindən çıxmağa başladı. İlk növbədə kəndlinin payına düşən torpaqların əkib becərilməsinə dövlət tərəfindən imkan yaradılmadı. Şərab zavodlarının, pambıq məntəqələrinin və digər təsərrüfat emalı müəssisələrinin dağıdılması, hətta, çətinliklə də olsa torpağından məhsul götürən kəndlinin məhsulunun əlində qalmasına səbəb oldi.  Bir müddətdən sonra, hakimiyyətin yüksək rütbəli məmurları insanların imkansızlığından istifadə edərək, əraziləri zəbt eləməyə başladılar. Bu gün kəndli, özünün əlindən alınmış torpaqlarında məmurlar üçün nökərçilik edir.  Hazırda bölgələrimizi hakim ailənin əkin sahələri bürüyüb. Axar su olan ərazilərin böyük hissələrində süni göllər yaradılıb. Hakimiyyətin qeyri-neft sektorunu da monopoliya altına salması insanların güzəranını günü-gündən acınacaqlı vəziyyətə salıb.  Ölkəmizin demək olar ki, bütün su hövzələri hakimiyyətin əkin sahələrinə axıdılır. Nəinki kəndli əlində olan kiçik torpaqlarını sulamağa su tapmır, hətta, müxtəlif bölgələrimizdə insanlarımızın içməli su problemləri belə acınacaqlı hala gəlib çıxıb.  Əvvəllər kənd sakinləri torpaq sahələrini ən çətin vəziyyətdə belə, növbəli şəkildə sulaya bilirdilərsə, bu gün oliqarxların sahələrinə axan sular üzərində söz demək haqqları yoxdur. Su istəyən insanların aqibəti Saatlıda olan kimi olur.   Görünən odur ki, insanlarımızı çörəklə imtahan edib qazandılar, indi də həyat mənbəyi olan su ilə imtahan edib, tamamən yox etmək istəyirlər.  Adam Yezid sözünü də dilinə gətirmək istəmir ki, onu da Yezid dediyi üçün İrana bağlayıb həbs edərlər.  CAN AY VƏTƏN, CAN, AY BAŞINA VƏTƏN DASI DUSƏN VƏTƏNDAS! Elşən Əlisoy 

Manaf Ağayevin oğlu həbs edilib

Müğənni Manaf Ağayevin oğlu həbs edilib. Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşmənəyi tövsiyyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.

“Abituriyentləri qəsdən “ilişdirirlər”, DİM ləğv olunmalıdır” - Qalmaqal böyüyür

“Qəbul qaydalarında müəyyən dəyişiklik edilməsinə ehiyac var”.  Bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zamanı deyib.  E.Əmrulayev bildirib ki, hazırda qəbul sistemi şaquli qəbul sistemidir. “Mahiyyət etibarı ilə abituriyent ixtisasları ardıcıl olaraq seçir. Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir”, - deyə nazir qeyd edib.  O bildirib ki, bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox, özündən əvvəlki abituriyentin seçiminə görə edir: “Qəbul bu gün hələ də statistik ölçmələrlə aparılmır”, - deyə nazir əlavə edib. Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Məzahir Məmmədli E.Əmrullayevin bu açıqlamasını yüksək qiymətləndirib: “Biz bu fikirlə əlaqədar olaraq daim media qurumlarında öz istəyimizi dilə gətirmişik. Təəsüflər olsun ki, bu cəhdimizin heç bir nəticəsi olmayıb. Qəbulla bağlı hazırki sistem birmənalı olaraq dəyişilməlidir. İlk növbədə nazirin özünün də qeyd etdiyi kimi bu günün tarixçiləri dünən hüquqa qəbul ola bilməyənlərdir. Dünyanın heç bir ölkəsində qruplar üzrə ixtisas seçimi olmur. Xaricdə abitiriyent ixtisas seçməkdə azaddır. Özün harada görmək istəyirsə, oranı da seçir. Mən dəfələrlə qeyd etmişəm ki, Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərin test bankın hazırlaya bilməz. Çünki bu qurum həm test bankı, həm də onu həyata keçirən icraçı orqan rolunu oynayır. Yaxşı olardı ki, DİM-in əlindən publik hüququ şəxs olmaq hüququ alınsın və sadəcə qurum olaraq fəaliyyət göstərsin. Bu gün DİM publik hüququ şəxs olduğu üçün onu ancaq qazanc maraqlandırır. Qazancın digər yolunu da dərsliklərdən kənar əlavə oxu materialları dərc etdirməkdə görürlər. Ən pis tərəfi də odur ki, imtahanda da sualları həmin əlavə vəsaitdən salır. Hal belə olduqda da uğur göstəricilərinin sayı aşağı düşür. Mənim zənnimcə, dəyişiklik ediləcəksə, ilk növbədə DİM ya ümumiyyətlə ləğv olunmalıdır,. ya da onun səlahiyyətlərinin bir hissə əlindən alınmalıdır. Test bankı fəaliyyəti onun əlindən alınmalı və bu işlə ayrıca bir inistitut məşğul olmalıdır. Bu gün yaranmış bu çətin vəziyyətin başlıca səbəbkarı xüsus kurslar təşkil etmiş insanlardır. Mən bunu çəkinmədən dedim, deyəcəm də. DİM-ə qəbul sualların həmin kurslar hazırlayır. Dövlət İmtahan Mərkəzi də öz növbəsində həmin testlərdə şagirdlərin ilişə biləcəyi bir nöqtə qoyur ki onlar kurslara üz tutsun kursun gəlir mənbəyi artsın. Repetitorların fəaliyyəti bu gün imkan vermir ki DİM-in test bankı sağlam şəkildə fəaliyyət göstərsin”. 

Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalanıb

Hərbi xidmətə çağırışla bağlı rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Qeyd olunan qurumun rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Kristal Abşeron" metro tuneli üzərində bina tikib? - Ekspert bu cür binaların qanunsuz olduğunu açıqladı

"Azərbaycanda "Kristal Abşeron" və digər şirkətlər tərəfindən tikilən binaların 80 faizi bir-birinə çox yaxın inşa edilir. Normativ və standartlara əməl olunmur". Bu fikirləri Demokrat.az-a açıqlamasında tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. Ekspert bildirib ki, hər bir bina inşa olunarkən, tikinti standartlarına əməl olunmalıdır: "Normativ və standartlar var, orada da binaların ara məsafəsi göstərilir. Lakin yeni tikilən əksər binalarda ara məsafəsi gözlənilmir. İnsanların azad toplanması üçün yerlər olmalıdır. Deyək ki, bu gün forsmajor hadisəsi, zəlzələ oldu, həmin binadan qaçıb çölə yığışmağa təhlükəsiz boş yer olmalıdır. Yoxsa hər tərəf binadırsa, əlbəttə ki, bu risklidir, çünki uçan bina onların üstünə uçacaq. Çox təəssüflər olsun ki, son illərə qədər tikilən binalarda bu normativlər gözlənilməyib. "Kristal Abşeron" şirkəti tərəfindən Xırdalan ərazisində inşa olunan binaların təhlükəsizliyi məsələsinə də toxunan Nüsrət İbrahimov qeyd edib ki, Xırdalanda tikilən binalar Bakıdan da təhlükəli vəziyyətdədir. Ekspert "Kristal Abşeron" şirkəti tərəfindən metronun "Azadlıq prospekti" stansiyasının üzərində hündürmərtəbəli yaşayış binalarının tikilməsinə də münasibət bildirib: "Hündürmərtəbəli binaların metro üzərində və ətrafında tikilməsi yolverilməzdir. Təəssüf ki, ölkəmizdə metro tunelləri ətrafında və üzərində bina tikən şirkətlər var. Bu, qanunsuzdur. Belə binalar çox risklidir. Metro üzərində yalnız kiçik iaşə obyektləri ola bilər".

Elçin Babayev tənqid edildi – “İnkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq?”

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı müzakirələrə səbəb olub. Rektorun "reytinqlərdə geri qalmağımızın səbəbi tək bizim inkişafımızın zəifliyi ilə yox, digərlərinin çox sürətli inkişafı ilə bağlıdır" deməsi birmənalı qarşılanmayıb. Təhsil eksperti Nabatəli Qulamoğlu da Pravda.az-a açıqlamasında Elçin Babayevin fikirlərini tənqid edib. “Hər yolla istəyirlər ki, gerçəkləri, həqiqətləri gizlətsinlər. Başqası sürətlə inkişaf edirsə, lap elə olsun. Sən ona çatmamısansa, deməli, geri qalmısan. Bu, nə deməkdir? Əslində, təhsilimizin geri qalması, dövlət universitetlərinin dünya reytinq cədvəllərində aşağı yer tutması müxtəlif səbəblərlə bağlıdır. Səbəblərdən ən başlıcası budur ki, Azərbaycan hökuməti təhsilə “Lenin burjuaziyaya baxan kimi” baxır. Təhsilə ayırdığı maliyyə kifayət etmir, təhsilə lazımlı kadrlar gətirmir, korrupsiya baş alıb gedir. Korrupsiya olan yerdə inkişaf ola bilməz. Bu, birmənalıdır. Elçin Babayev orda bir söz deyib, guya hardasa hansısa hakimiyyət nümayəndəsinin xoşuna gəlsin ki, “bu kişi qanadlı bir söz dedi”. Əslində o, qanad deyil, qanad bağlamaqdır - olmayan bir şeyə yalandan qanad bağlamaq. Qəti şəkildə belə bir fikri inkar edirəm. Lap sürətlə inkişaf edirlər, sən də inkişaf elə. Niyə inkişaf etmirsən? İndi biz nə edək? Gedək inkişaf etmiş ölkələri qoyaq, öküzlə yer şumlayan zamanla ayaqlaşaq? Həmin zamanı götürək? Yadıma gəlir, vaxt var idi, müəllim çatmırdı, dördüncü sinfi bitirmiş uşaqları məktəbdə müəllim qoyurdular, hesab dərsi keçirdi. Həmin zamanla müqayisə edək? Məsələn, Xəzər Universiteti qismən müstəqildir, çalışırlar, təbii ki, maliyyələri çoxdur, məmurlar tərəfindən həddindən çox güclü maliyyələşir. Xəzər Universitetini çıxmaqla Azərbaycandakı bütün universitetlər, demək olar, bu vəziyyətdədir. Reytinq cədvəllərində Azərbaycan universitetlərinin yer tutmamasının səbəbi lazımi təhsil resurslarının, kadrlarının, təhsilə marağın olmamasıdır”. N.Qulamoğlu Elçin Babayevin “sürəli inkişaf” deyərkən Qazaxıstan kimi ölkələri misal gətirməsinə isə belə cavab verib: “Guya Qazaxıstan sürətli inkişaf edib? Tamamilə yanlış fikirdir. Qazaxıstanla əlaqəm var. Onlarda da elə bir inkişaf yoxdur. Bizdən bir o qədər də fərqlənmirlər. Yeganə fərq budur ki, bizə nisbətən təhsilə babat pul qoyurlar. Pul ayırmadınsa, heç bir sahə inkişaf etmir, bu, təbiidir”.

“Satışdakı ucuz kolbasalar murdar ət və donuz dərisindən hazırlanır”

Paytaxtın müxtəlif ərazilərində ucuz qiymətə kolbasa satışı həyata keçirilir. Maraqlıdır ki, görəsən, bu kolbasaları marketdə satılan kolbasalardan nə fərqləndirir ki, bu qədər ucuz qiymətə satılır? Onların donuz dərisindən hazırlandığı iddiaları doğrudurmu? Məsələ ilə bağlı “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında deyib ki, sözügedən kolbasaların tərkibi haqqında dəqiq məlumat yoxdur: “Azad İstehlakçılar Birliyi birmənalı şəkildə istehlakçıların ucuz və keyfiyyətli mal almağının tərəfdarıdır. Biz qətiyyən qiymətlərin yuxarı olmasının tərəfdarı deyilik, lakin görürük ki, ölkənin ət məhsulları sektorunda böyük hərc-mərclik var və təəssüflər olsun ki, ölkədə normal, standartlara uyğun kolbasa istehsal edən şirkətlər öz bazarlarını qorumaq üçün heç bir iş görmürlər. Təxminən 3 muşketyor qalmışıq, birimiz hamımız, hamımız birimiz üçün. Baxmayaraq ki, onları birləşdirən bir assosiasiya var, həmin assosiasiya heç bir iş görmür ki, bazar təmizlənsin və o cür qiyməti şübhə doğuran hətta təhlükəli kolbasa və sosiskalar hər yerdə satılır. Belə məhsullara metro çıxışlarında, 8-ci kilometr bazarında rast gəlmək mümkündür. Bütün bu işlərin qarşısını almaqda məsuliyyət daşın Qida Təhlükəsizliyi Agentliyi çox təəssüflər olsun ki, jurnalistlərin əməyini heçə sayır. Jurnalistlər bütün gün belə məhsulları satanları axtarır, tapır, efirə verir, yazırlar, lakin Qida Təhlükəsizliyi Agentliyi onları kifayət qədər təqib etmir. Hələ ki, biz KİV-lərlə Qida Təhlükəsizliyi Agentinin birgə işlərini görmürük. Nə qədər ki, dövlət qurumları KİV-lərin əməyini qiymətləndirə bilmir, onlarla sinxron işləyə bilmir, ictimai nəzarətlə bağlı çağırışlar müsbət nəticə verməyəcək. Çünki hər şey KİV-lər üzərindən gedir. Baxın, bu gün siz bu mövzu barədə yazırsınız, görək Qida Təhlükəsizliyi Agentliyi buna reaksiya verəcəkmi? Böyük ehtimalla, yox. Mən bu mövzunu hətta agentliyin özündə də qaldırmışam, amma qeyri-səmimi şəkildə cavablayıblar ki, təqib edirik. Əslində isə təqib olunmur”. Ekspert təsdiqləyib ki, ayaq altında satılan bu cür kolbasa məhsulları süni ətdən və donuz dərisindən hazırlanır: “Bəli, bu gün satışda belə mallar var və birmənalı şəkildə təhlükəlidir. Sovet zamanı kolbasa istehsalçıları arasında belə bir söz vardı: Kolbasa nədir? Sudur, duzdur, bir az da vicdan. Vicdan sözü əti göstərirdi, yəni vicdanın nə qədərdirsə, əti də o qədər qoyarsan. Bu gün kolbasa məmulatlarını nədən gəldi - süni ətdən, dəridən hazırlayırlar. Ucuz nə varsa, onu məhsulun içinə qatırlar. Heç şübhəsiz ki, 26 ildir Azad İstehlakçılar Birliyi ölkədəki murdar ət biznesini ifşa etmək istəyir və bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar həmin məsələ ilə bağlı cinayət işi qaldırır, məsuliyyət daşıyanları həbs edir. Lakin digər dövlət orqanları adətən ifşa edir, cərimə qoyur və buraxır. 26 ildir ki, biz bunu ifşa edib qurtara bilmirik. Şübhəsiz ki, murdar olmuş heyvan ətləri bu cür kolbasa istehsalında istifadə olunur. İstisna olunmur ki, qonşu ölkələrdən də bu cür kolbasalar ölkəmizə keçirilir. Bu kolbasa məmulatları adətən etiketsiz olur, ayaq altda satılır və qırmızı olur, insanları cəlb edir, guya hisə verilmiş kolbasadır. Lakin bu məmulatlar insanların həyatında mənfi izlər qoyur. Biz hələ görməmişik ki, Qida Təhlükəsizliyi Agentliyi bunu kökünə qədər ifşa etsin və ictimai şəkildə həmin məhsullar məhv edilsin. Bu, problem olaraq qalır. Əhalini belə mallar almaqdan imtina etməyə çağırıram, biz bunu boykot etməliyik. Yerli kolbasa istehsalçıları da öz bazarlarını təmizləməlidir. Əhalidə belə bir fikir var ki, xaricdən gələn kolbasalar daha keyfiyyətlidir, amma bu belə deyil, onlar daha çox kimyəviləşdiriliblər. Nəzərə almaq lazımdır ki, yerli, təmiz mal ətindən, standartlara uyğun şəkildə hazırlanan kolbasalar da var. Təəssüf edirəm ki, mağazalarda 70 faiz xarici ət və kolbasa məhsullarına yer verilir. Bu da istehlakçıların seçim hüququnda problem yaradır. Düşünürəm ki, marketlərdə hamı üzünü yerli mallara çevirməlidir, necə ki, vaxtilə bir nəfər deyirdi ki, hamı yerli mal alsın, xeyir vətənə qalsın, belə yanaşmalıyıq”.

"Ukraynanın AB və NATO-ya üzvlüyü uzunmüddətli sülh və sabitliyin təminatı olacaq”

Ukraynanın AB və NATO-ya üzvlüyü xeyriyyə kimi qəbul edilməməlidir. Çünki bu, Avropanın öz maraqlarına da cavab verir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. “Ukraynanın bu təşkilatlara qəbulu Avropa ictimaiyyətinin özü üçün də praqmatik maraq kəsb edir. Ukraynanın AB və NATO-ya üzvlüyü uzunmüddətli sülh və sabitliyin təminatı olacaq”, - o bildirib.

Qəbələdə meşəlik ərazidə yanğın

18:14 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. FHN-dən Sozcu.az-a verilən məlumata görə, yanğınsöndürənlərin səyi nəticəsində yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. *** Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yanğın nəticəsində 2 hektar sahədə qurumuş ağaclar, kötük, kol-kos və xəzəl yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

PA Qarabağ ermənilərini Bakıya görüşə dəvət etdi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. Bu barədə Sozcu.az-a Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Abşeronda fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Sozcu.az-a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, martın 11-i saat 03 radələrində Abşeron rayonu ərazisində yerləşən kərpic zavodlarının birində fəhlə işləyən 1995-ci il təvəllüdlü Elşən Babayevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Elşən Babayevin zavodda quraşdırılmış dəzgaha yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. İş üzrə istintaq davam etdirilir. Bizim Telegram kanalımıza abu

Ərakda azərbaycanlı müəllim Məhəmməd Sadiqi həbs edilib

Mərkəzi əyalətin Ərak şəhərində yaşayan ictimai fəal və müəllim Məhəmməd Sadiqi təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Bu barədə Müəllimlərin Həmkarlar İttifaqı Koordinasiya Şurası məlumat yayıb. Məlumatda azərbaycanlı müəllimin şagirdlərin zəhərlənməsi ilə bağlı maryın 7-də keçirilən etiraz aksiyasına qoşulduğu üçün saxlanıldığı bildirilib.