Ağsuda yük maşını aşdı: ölən var

09:24

Ağsuda yük avtomobili aşıb, ölən var.

Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

112 qaynar xəttinə Ağsu rayonunun Kalva kəndində yük avtomobilinin aşması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Oktyabrın 30-u gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən hissəsində yol qəzası olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, “Forland” markalı yük avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Məmmədovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook