“Nikol Paşinyan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinə əsasən, “anklavlar” Azərbaycana verilməlidir. Əgər onlar Azərbaycana verilsə, o zaman orada dinc əhali olmayacaq. Bu, özlüyündə əbədi müharibəyə gətirib çıxaracaq. Eyni şey Meğri dəhlizinə də aiddir. Görünür, o (Paşinyan) nə qədər suverenlikdən danışsa da, dəhliz Ermənistanın nəzarəti altında olmayacaq”.
Sozcu.az xəbər verir ki, bu barədə politoloq Aqasi Yenokyan danışıb: “Dəhliz bu gün rus sərhədçilərinin yerləşdiyi yer olacaq, ona görə də həmin xətt onların nəzarəti altında olacaq. Bu dəhlizdən tankların, raketlərin Türkiyədən Azərbaycana necə keçəcəyinin şahidi olacağıq və heç nə edə bilməyəcəyik. Bu, heç də sülhə xidmət etmir”.
Politoloq “Dünyanın kəsişməsi” ideyasını axmaq adlandırıb. “İndiki geosiyasi vəziyyətdə mövcud alətlərlə burada sülh yaratmaq mümkün deyil”, – deyə o, fikrini yekunlaşdırıb.konkret.az)