"İsrail Müdafiə Ordusu bunu HƏMAS terrorçularını qorxutmaq üçün etməlidir..."
Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna namizəd Vivek Ramasvami bəyan edib ki, İsrail "HƏMAS-ın yüzlərlə liderinin başlarını kəsməli, payalara keçirməli və İsrail ilə Qəzza arasında sərhəddə sərgiləməlidir.
Sozcu.az xəbər verir ki, onun bu sözləri "C-Span" telekanalının efirində səslənib. Məlumatı "news.liga.net" nəşri yayıb.
Ramasvami qeyd edib ki, İsrail Müdafiə Ordusu bunu "HƏMAS terrorçularını qorxutmaq üçün" etməlidir.
"Bunu 7 oktyabr 2023-cü il hücumunun daha heç bir zaman təkrarlanmaması üçün etmək lazımdır. Gələcəyi müdafiə edən sərhəddi qurmaq üçün bütün resurslardan istifadə edilməlidir", - amerikalı siyasətçi deyib.
O, əlavə edib ki, bununla Birləşmiş Ştatlar deyil, İsrail məşğul olmalıdır.
"Bu qərarı biz deyil, İsrail qəbul etməlidir...Bunu etməyi Corc Vaşinqton Birləşmiş Ştatlara tapşırardı", - Ranasvami vurğulayıb.
ABŞ-da növbəti prezident seçkiləri 5 noyabr 2024-cü il tarixə təyin edilib. Co Bayden və Donald Tramp artıq prezident yarışında iştirak edəcəklərini elan edib.
Trampın Respublikaçılar Partiyasında əsas rəqibi Ron Desantisdir. 38 yaşlı Ramasvami ABŞ prezidenti seçkilərində respublikaçılardan ən gənc iddiaçıdır.
Bu arada isə məlumat verilib ki, ABŞ-ın Donald Tramp administrasiyasında sabiq vitse-prezidenti Mayk Pens Respublikaçılar Partiyasından 2024-cü ilin seçkilərində prezidentliyə namizədliyindən imtina edib.