Sumqayıtda dəhşətli qətl bu məqsədlə törədilib

Xəbər verdiyimiz kimi, Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisəyə görə qəsəbə sakini saxlanılıb.

Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan Müşviq Məhəmməd oğlu Tağıyevin qətli tamah məqsədi ilə törətdiyi iddia edilir. Ailənin yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib.

Ailənin bildirdiyinə görə, hadisədən sonra pul evdə tapılmayıb.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. M.Tağıyev öldürülən şəxslərin qonşusudur.

Share on Facebook