Prezident Rəcəb Tayyib Ərdoğan qatil nasistləri Qəzza zolağından Türkiyəyə aparsın.
Sozcu.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.
“Ərdoğan və xalqının uşaqlarımızı, qocalarımızı və qadınlarımızı öldürən, qarət və təcavüz edən qatil nasistlərə böyük dəstəyini görürəm. Mən Ərdoğana bircə təklif edə bilərəm ki, o, onları uzaqdan dəstəkləməklə yanaşı, həm də Türkiyədə yaşamaq üçün himayəsinə götürsün”, - nazir bildirib.