Mahaçqalada vəziyyət necədir... - İsrail hərəkətə keçib

Xəbər verdiyimiz kimi, Dağıstanın Mahaçqala şəhərində yerləşən hava limanında izdiham yaşanıb. İsraildən gələn təyyarə Mahaçqalaya enməmişdən əvvəl bir neçə min insan hava limanına soxulub. Aksiya iştirakçıları İsraildən gələnlərə etiraz ediblər və Fələstin xalqına dəstək olaraq ifadə ediblər. Etirazçılar "Allahu Əkbər" deyə qışqırıblar.

Sozcu.az xəbər verir ki, etirazçılar hava limanından çıxarılıb.

Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Mahaçqala hava limanı icazəsiz girən şəxslərdən "təmizlənib". Etirazçılara görə təyyarələrin qəbulu noyabrın 6-dək dayandırılıb.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi və İsrail Xarici İşlər Nazirliyi isə birgə bəyanat yayıb. Bəyanatda deyilir ki, İsrail Dağıstanda baş verənləri izləyir və Rusiya hüquq-mühafizə orqanlarından yəhudiləri müdafiə etməyi gözləyir.

“İsrail Rusiyanın hüquq-mühafizə orqanlarından harada olurlarsa olsunlar, bütün İsrail vətəndaşlarının və yəhudilərin təhlükəsizliyini qorumasını gözləyir. Onlar iğtişaşçılara və yəhudilərə və israillilərə qarşı yönəlmiş vəhşi təhriklərə qarşı qətiyyətlə hərəkət etməlidirlər”, - bəyanatda deyilir.

Açıqlamada, həmçinin qeyd olunub ki, İsrailin Moskvadakı səfiri Aleks Ben-Zvi israillilərin təhlükəsizliyini təmin etmək üçün Rusiya hakimiyyət orqanları ilə işləyir.

Share on Facebook