“Amma ermənilər Xocalıda, Meşəlidə, Qaradağlıda və s. törətdikləri amansız soyqırımlarından sonra yenidən Qarabağda – Azərbaycan torpağında, azərbaycanlılarla yanaşı, yaşamağa özləri-özlərindən xoflanırlar...”
“Moskva öz “sülhməramlılar”ının, yəni hərbi qüvvəsinin qalması üçün azı, 20-30 min erməninin Qarabağa qaytarılmasında maraqlıdır. Dövlətimiz məsələni çox ciddi şəkildə qoyur ki, kimin ki 1991-ci ilədək Azərbaycan pasportu olub, onlar qayıdıb vətəndaşlığımızı yenidən qəbul etməklə, Konstitusiyamıza, qanunlarımıza əməl etməklə Qarabağda yaşaya bilərlər. Belələrinin də sayı, uzağı, 10-15 min olar”.
Sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev bu fikirləri Moderator.az-a açıqlamasında ifadə edib.
“Son 30 il ərzində Azərbaycanın işğal altındakı ərazilərinə xaricdən – Livandan, Suriyadan, İraqdan və s. xeyli sayda erməni köçürülüb. Azərbaycan dövlətinin DƏ əlində sovet dövründən qalan bütün sənədlər, məlumatlar var. Xankəndində Miqrasiya Xidməti də işləyir... Digər tərəfdən, məsələnin mənəvi yönü də var. Yəni ermənilər Xocalıda, Meşəlidə, Qaradağlıda və s. törətdikləri amansız soyqırımlarından sonra yenidən Qarabağda – Azərbaycan torpağında, azərbaycanlılarla yanaşı, yaşamağa özləri-özlərindən xoflanırlar. Əslində, buna onların mənəvi haqqı da yoxdur... Odur ki, inanmıram, belə bir vəziyyətdə ermənilər kütləvi şəkildə Qarabağa qayıda”- deyə general vurğulayıb.