ABŞ amfibiya hücum gəmisi Aralıq dənizə doğru hərəkət edir - Təcili

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Bataan" amfibiya hücum gəmisi Aralıq dənizinin şərqinə doğru hərəkət edir.

Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Gəmi hazırda Qırmızı dənizin sularındadır və onun tezliklə Süveyş kanalından keçərək Aralıq dənizinə çıxacağı gözlənilir.

Dəniz piyadalarının yerləşdirilməsi qərarı Pentaqonun Fələstin-İsrail münaqişəsinin şiddətlənəcəyindən və bütün regionu bürüyəcəyindən ehtiyat etdiyi üçün verilib.

Bölmə genişmiqyaslı təxliyə və humanitar yardım göstərmək məqsədilə 2 mindən çox dəniz piyadasından ibarətdir.

Share on Facebook