Priqojinin avtomobili ələ keçirildi: içindən görün nə çıxdı - FOTO

"Vaqner" hərbi təşkilatının Sankt-Peterburq şəhərindəki ofisinin önündən pul ilə dolu "QAZel" tapılıb. Avtomobildən çıxan pulun 4 milyard rubl (48 milyon dollar) olduğu açıqlanıb. Ofisin qarşısında olan "QAZel" markalı avtomobil istintaqçıların diqqətini çəkib. Onlar əvvəlcə maşında partlayıcı ola biləcəyini düşünərək yoxlayıblar, nəticədə külli miqdarda pul vəsaiti aşkar ediblər. (Manset.az)

“Vaqner” Rostovdakı məhbusları silahlandırır və azadlığa buraxır

Vaqnerçilər öz saylarını artırmaq üçün Rostov həbsxanalarındakı məhbusları kütləvi şəkildə silahlandırır və azadlığa buraxır. Sozcu.az xəbər verir ki, bununla bağlı “161.ru” məlumat yayıb. Qeyd edək ki, qiyama qalxan “Vaqner” döyüşçülərinin Rostov və Voroneji ələ keçirdikdən sonra Moskvaya doğru irəlilədiyi bildirilir.

"Hərbçilər axşama qədər Moskvada olmalıdır" - "Vaqner"in rəhbəri

“Vaqner”in hərbçiləri axşama qədər Moskvada olmalıdırlar.  Sozcu.az xəbər verir ki, bu barədə iş adamı Yevgeni Priqojin bildirib. Bildirilir ki, “Vaqner”çilər artıq Tula vilayətinə daxil olub: “Oradan Moskvaya təxminən 186 km-dir”. Eyni zamanda, Moskva küçələrində hərbi texnikanın hərəkəti müşahidə olunur, istehkamlar aparılır, atəş nöqtələri yaradılır. Paytaxtda polis pulemyot, dəbilqə və zirehlərlə silahlanıb. Lipetsk vilayətinin bir çox hərbi hissələri Priqojinin muzdlularının tərəfinə keçərək Moskvaya doğru hərəkət edir. Bildirilir ki, “Vaqner”çilər sıralarını doldurmaq üçün Rostov həbsxanalarından məhbusları kütləvi şəkildə azad edirlər. Unikal

"Tezliklə yeni prezidentimiz olacaq": "vaqner"çilər Putini vətəndaş savaşının suçlusu elan etdi...

"Bir-iki generalını istefaya göndərmək əvəzinə, Putin Rusiyanın ən döyüş qabiliyyətli bölməsini neytrallaşdırmaq əmrini verib..." "Bu, faktiki olaraq idarəetmədə böhran və hakimiyyətin itirilməsidir..." "Vaqner qrupu" özəl hərbi şirkəti Rusiya prezidentinin bəyanatına sərt münasibət bildirib.  Sozcu.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb. Putinin "satqınları neytrallaşdırmaq" təhdidlərinə muzdlular Rusiyada hakimiyyət dəyişikliyi ilə təhdidlə cavab verib. "Ata" düzgün seçim etməyib. Onun üçün pis olacaq. Tezliklə bizim yeni prezidentimiz olacaq", - "AP Wagner" "Teleqram-kanal"ının məlumatında deyilir. "Vətəndaş savaşının tətiyini "Ata" işə salıb. Bir-iki generalını istefaya göndərmək əvəzinə, o, Rusiyanın ən döyüş qabiliyyətli bölməsini neytrallaşdırmaq əmrini verib. Bir-iki xainin həyatını 25 min qəhrəmanın həyatından üstün tutub. Bu münaqişədə kimin şər olduğu artıq aydınlaşıb". "Hərbi siçovulların kəskin şəkildə Tuva generatının tərəfinə keçməsini və "Ata"nın müraciətindən sonra düzgün seçim etdiklərini düşünmələrini müşahidə etmək maraqlıdır, - Priqojinin kanalında deyilir. - Birdən alınmasa? Strelkov artıq özünə ölüm hökmü imzalayıb". Bundan başqa, kanal məlumat verib ki, Voronej vilayətində "birinci" və "ikinci" Rusiya orduları arasında döyüş toqquşmaları baş verib, "Vaqner qrupu" özəl hərbi şirkətinin kolonlarından biri havadan hücuma məruz qalıb. Muzdlular Rusiya nizami ordusu tərəfindən atəş açan helokopterlərinin birini vurmağa müvəffəq olub. "Vətəndaş savaşı rəsmən başlayıb", - "AP Wagner" qeyd edib və təhdidlərə keçib: "Artyomovsku hücumla ələ keçirən və bu müharibənin ən böyük top yeminə çevrilən döyüşlərindən qalib çıxan ordunu heç nə dayandıra biməz. Müqavimət göstərmək faydasızdır". Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin rusiyalılara beş dəqiqəlik müraciətində Priqojinin özəl ordusunun qiyamını 1917-ci il hadisələri ilə müqayisə edib və etiraf edib ki, Rostov-Donda vəziyyət mürəkkəb olaraq qalır. Rusiya liderinin sözlərinə görə, Rusiyanın Silahlı Qüvvələrinə Priqojinin qiyam tərəfdarlarının neytrallaşdırılması üzrə əmr verilib. Bu arada isə Ukrayna Rusiyadakı qarışıqlığa münasibət bildirib, xəbərdarlıq edildiyinin baş verdiyini bəyan edilib. Rusiyada faktiki olaraq vətəndaş savaşı başlayır, hadisələr Kreml rejiminin iflasını sübut edir.  Bu barədə Ukrayna prezidenti Öfisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib. "Hadisələr ötən ilboyu bizim dediklərimiz ssenari üzrə inkişaf edir. Ukraynanın əkshücuma başlaması Rusiya elitaları arasında sabitliyi qəti şəkildə pozub, Ukraynada məğubiyyətdən sonra daxili parçalanmanı gücləndirib", - o, deyib. Onun sözlərinə görə, USQ-nin uğurları fonunda hakim "zümrənin" qarşıdurması yalnız pisləşib, bu da açıq münaqişəyə gətirib çıxarıb. "Priqojinin qrupu hərbi obyektləri, qərargahları və bütöv şəhərləri, demək olar ki, öz yolunda müqavimətlə üzləşmədən ələ keçirir, təsadüfi əsgər və polis nəfərlərini tərksilah edir. Putin Priqojini xain və qanundankənar elan edir və xüsusi xidmət orqanlarına müvafiq əmrlər verir, lakin heç nə baş vermir, bu, idarəetmədə faktiki olaraq böhran və hakimiyyətin itirilməsidir. Eyni zamanda, "Vaqner" Moskvaya yürüşünü davam etdirir", - müşavir qeyd edib. Podolyak vurğulayıb ki, Ukrayna öz yolu ilə 1991-ci ilin sərhədlərinə doğru irəliləməkdə davam edir.

Moskvada həbsxanalarda iğtişaşlar başladı

Moskvada həbsxanalarda iğtişaşlar başlayıb. Sozcu.az xəbər verir ki, bununla bağlı “İnsayder” Teleqram kanalı səs yazısı paylaşıb. Qeyd edək ki, qiyama qalxan “Vaqner” döyüşçülərinin Rostov və Voroneji ələ keçirdikdən sonra Moskvaya doğru irəlilədiyi bildirilir.

“Vaqner” Tulada: paytaxta 300 km məsafə qalıb

“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri artıq Tula vilayəti ərazisindədir. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, “Vaqner”in Moskvaya 300 km-lik yolu qalıb.

Niyə biz bir güllə atmadan Rostovu tutduq? - Priqojin

Niyə ölkə bizim tərəfimizdədir? Çünki biz haqq yolundayıq. Bizə öncə artilleriya, sonra helikopterlərlə zərbələr endirdilər və biz atəş altında irəlilədik. Biz yolda heç bir çağırışçını, insanı öldürmədik. Biz aviasiyanın, helikopter və qırıcıların atəşi altında Rostova daxil olduq. Bir güllə belə atmadan qərargahı (Cənub Hərbi Dairəsi – red.) tutduq. Biz bir nəfər də olsun insanın işinə mane olmadıq. Artıq küçələrdə “Vaqner”in bayraqlarını qaldıran insanları görə bilərsiniz. Döyüşçülərimiz nəsə almaq üçün dükana gedəndə insanlar onlardan pul ödəməməyi xahiş edirlər. Çünki onlar xoş bir şey etmək istəyirlər, komplentlər səsləndirirlər... Sozcu.az xəbər verir ki, bu sözləri “Vaqner”in rəhbəri Priqojin son səsli müraciətində deyib.

“Vaqner”in məhv etdiyi rus texnikasının sayı açıqlandı

“Vaqner” özəl hərbi şirkətinin başlatdığı hərbi qiyam nəticəsində Rusiya ordusunun itirdiyi texnikaların sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, “Oryx” şirkətinin məlumatına görə, silahlı qarşıdurma nəticəsinə Rusiya ordusu İl-22 təyyarəsi, radioelektron mübarizə üçün nəzərdə tutulmuş iki helikopter, bir ədəd Mi-35 helikopteri, “Tiqr” döyüş maşını və hərbi “Kamaz” itirib. “Vaqner”in isə yalnız UAZ markalı avtomobili vurulub.

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.

Rusiya Ukraynaya nüvə hücumu etsə, bu, NATO-ya hücum kimi qiymətləndiriləcək

Respublikaçı senator Lindsi Qrem və demokrat Riçard Blumental Konqresin yuxarı palatasına Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinin NATO-ya hücum kimi qiymətləndirilməsi ilə bağlı qətnamə təqdim ediblər.  Sozcu.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" məlumat yayıb. Onlar qeyd edirlər ki, onları qətnaməni təqdim etməyə Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsini elan etməsi səbəb olub. Senatorlar qeyd edirlər ki, bu, SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Rusiya öz nüvə silahlarını öz sərhədlərindən kənara çıxarır və və bu, Ukraynada davam edən müharibə fonunda qlobal təhlükəsizliyə ciddi təhdiddir. Mətndən o da aydın olur ki, ikinci səbəb Rusiya Federasiyasının işğalçı qüvvələrinin nəzarətində olan Zaporojye AES-də gözlənilməz vəziyyətin yaranmasıdır. Qrem və Blumental təklif edirlər ki, Rusiya Federasiyası, Belarus "yaxud onların marionetləri” tərəfindən hər hansı taktiki nüvə silahından istifadə və ya radioaktiv elementlərin NATO-ya üzv ölkələrin ərazisinə daxil olmasına gətirib çıxaracaq və əhəmiyyətli zərərə səbəb olacaq nüvə obyektinin məhv edilməsi Alyansa hücum hesab edilsin və 5-ci maddəyə istinad etmək üçün səbəb kimi qəbul edilsin.  "Rusiyanın nüvə silahından istifadə etməsi təhlükəsi realdır. Bu təhlükəni cilovlamağın ən yaxşı yolu Putinin Rusiyasına nüvə silahından istifadə etsələr, nə baş verəcəyini aydınlaşdırmaqdır. Bizim mesajımız Putinin ətrafınadır. Əgər əmr verilərsə, bunu etsəniz və bu əmrlərə tabe olsanız, siz NATO-nun ciddi reaksiyasını gözləməli olacaqsınız. Siz NATO ilə müharibə vəziyyətində olacaqsınız”, - Qrem deyib. "Bu qətnamənin məqsədi Vladimir Putinə və onun hərbçilərinə taktiki nüvə silahından istifadə etsələr, yaxud atom elektrik stansiyalarını yaxınlıqdakı NATO üzvlərinə təhlükə yaradacaq şəkildə məhv edərlərsə, məhv ediləcəkləri barədə siqnal verməkdir. Putinin qoşunları, taktiki nüvə silahlarından istifadə edəcək qədər məsuliyyətsiz və irrasional olsalar, NATO qüvvələri tərəfindən tamamilə məhv edilmə riski ilə üzləşirlər”, - senator Blumental bildirib. Senatorlar təklif edirlər ki, Bayden administrasiyası digər müttəfiq ölkələrin liderləri və avropalı tərəfdaşlarla müvafiq məsləhətləşmələr aparsın və mülki şəxslər üçün təhlükəni minimuma endirmək üçün hərəkətləri nəzərdən keçirsin və "vəziyyətə mütənasib" diplomatik və hərbi cavab hazırlasın. 

“Şəkər xəstələrinin vurduğu insulinin birini verib, digərini verməmək günah deyilmi?!“

Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölçən aparat, insulin iynələri ilə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.  Hər ay şəkər xəstələri qeydiyyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək dərmanları almalı olur. Yenisabah.az-a daxil olan şikayətdə bildirilir ki, artıq 9 aydır ki, pulsuz diabet testi və insulinin verilməsində ciddi problemlər yaşanır.  Şikayətçi Nazim Xancanov qeyd edib ki, Bakının Binə qəsəbəsi, 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında diabet xəstələrinin dövlət proqramı çərçivəsində pulsuz insulin və şəkər ölçən cihazla təmin olunmasında ciddi problemlər var: "Şəkər xəstələrinin vurduğu insulinin birini verib, digərini verməmək günah deyilmi?! Xəstə həmin dərmanların ikisini də qarışdırıb vurmalıdır. Xəzər rayonu, Binə qəsəbəsi, 29 saylı poliklinikada 9 aydır ki, şəkər testi xəstələrə verilmir. Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı ən qısa zamanda tədbir görməlidir". 

Qazinin çənəsini qıran idmançı ilə bağlı məhkəmə QƏRAR VERDİ

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə işinin icrası zamanı xəsarət yetirən idmançı Rəvan Nəbizadə azadlığa buraxılıb. Sozcu.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Nəbizadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Prokuror qərardan narazı qalaraq protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb. Rəvan Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Namiq Babayev və Rəvan Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. Namiq Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.

Kanada mediasının xəbərlərini “Facebook” və “Instagram” istifadəçiləri OXUYA BİLMƏYƏCƏK

Kanada mediasının xəbərləri “Meta Corporation”a məxsus “Facebook” və “Instagram” sosial şəbəkələrinin istifadəçiləri üçün əlçatmaz olacaq. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Meta”nın bəyanatında deyilir. Qeyd olunub ki, Kanada mediasının nəşrləri bu ölkənin bütün “Facebook” və “Instagram” istifadəçiləri üçün artıq mövcud olmayacaq. Agentliyin məlumatına görə, Kanada Senatı yerli nəşrlərdən yayımlanan məzmuna görə ödəniş tələb edən qanunu təsdiqlədikdən sonra korporasiya belə bir qərar verib. Qanun sənaye böhran içində olan kanadalı jurnalistləri dəstəkləmək üçün nəzərdə tutulub. Məlumata görə, 2008-ci ildən bəri Kanadanın 450-dən çox media orqanı bağlanıb. Daha əvvəl Kanadanın Baş naziri Castin Trüdo “Meta”nı məzmunun bloklanmasını sınaqdan keçirdiyinə görə tənqid edib.

Türkiyə-ABŞ strateji mexanizmi üzrə məsləhətləşmələr aparılacaq

Türkiyə və ABŞ-ın nümayəndə heyətləri arasında Vaşinqtonda görüş keçiriləcək. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilib ki, xarici işlər nazirinin müavini Burak Akçaparın başçılıq etdiyi heyət ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın rəhbərlik etdiyi heyətlə birgə ABŞ-Türkiyə strateji mexanizmi üzrə məsləhətləşmələr aparacaq. Məlumata görə, məsləhətləşmələrdə ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulub.

İsrail İranın əlinə keçməsin deyə Ukraynaya silah vermir - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Ukraynaya silahların İranın əlinə keçə biləcəyi ehtimalına görə təhvil vermir. Sozcu.az xəbər verir ki, bu barədə baş nazir “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib. "Ukraynadakı faciəyə, dəhşətli insan itkisinə görə kədərlənirik. Biz bunun bitməsini istəyirik. Düşünürəm ki, gələcəkdə biz buna son qoymağa kömək edə bilərik. Ancaq bunun baş verəcəyinə əmin deyiləm", - deyə Netanyahu bildirib.

Sülhlə bağlı razılıq bu tarixdə mümkündür - Bayramov

Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması potensial olaraq ilin sonundan tez mümkündür. Sozcu.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir qeyd edib ki, Ermənistan müəyyən addımlar atmağa hazır olsa, sülh razılaşması əldə edilə bilər: "Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsi varsa, hesab edirəm ki, potensial olaraq ilin sonundan da əvvəl razılığa gəlmək mümkündür",- deyə C.Bayramov əlavə edib.

Bu sürücülər 150 manat cərimələnəcək

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülərin 150 manat cərimələnməsinə dair layihə qəbul edilib. Bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir. Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Kürdəmirdə intihar: 30 yaşlı kişi özünü asdı

Kürdəmir sakini intihar edib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini 1993-cü il təvəllüdlü Cəfərov Famil Şakir oğlu özünü yaşadığı evdə asaraq intihar edib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Erməni terror təşkilatı: “Məsələ silahla həll olunacaq”

Ermənistanın VOMA terror təşkilatı Azərbaycana qarşı yeni təxribatlar törətməyə hazırlaşır.  Sozcu.az xəbər verir ki, qanunsuz təşkilat sosial şəbəkə vasitəsilə erməniləri Azərbaycana qarşı mübarizə aparmaq məqsədilə təlimlərə çağırıb.  Təxribatçı çağırış “Facebook” üzərindən paylaşılıb.  VOMA-çıların çağırışında ermənilərin hər an müharibəyə hazır olmaları qeyd olunub. Bildirilib ki, ermənilər Azərbaycanla sülh danışıqlarına yox, müharibəyə hazırlaşmalıdırlar. İddialara görə, məsələlər danışıqlarla yox, silahla həll olunacaq.  Bu cür absurd və təxribatçı çağırışlara Ermənistan rəsmiləri hər hansı reaksiya verməyiblər. 

Ukrayna ordusu Rusiyanın daha 13 raket, 44 artilleriya sistemi və 9 PUA-nı məhv edib

Ukrayna ordusu ötən sutka ərzində Rusiyanın 13 qanadlı raketini, 44 artilleriya sistemini, 9 pilotsuz uçuş aparatını (PUA) və 15 zirehli döyüş maşınını məhv edib. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Rusiya Ukraynanın Xmelnitski vilayətindəki hərbi aerodroma raket zərbələri endirib. Raketlərin çoxu havada vurulub. Hücum zamanı 13 “X101/X-505” qanadlı raket və bir PUA.

Acqarına bir stəkan bal ilə ilıq suyun PİS VƏ YAXŞI TƏRƏFİ

Düzgün həyat tərzi keçirən və tez arıqlamağa çalışan insanlar acqarına ilıq su içməyə başlayırlar. Onlar əmindir ki, ən yaxşı təsir üçün bu çox faydalıdır. Sozcu.az lent.az-a istinadən bildirir ki, qidalanma eksperti Viktor Mandziak bunun yanlış fikir olduğunu düşünür. Ekspertin fikrincə, belə içki sadəcə şirin sudur. Səhər maye istehlakı səbəbindən həqiqətən faydalıdır və eyni səbəbdən maddələr mübadiləsini sürətləndirir. Bununla belə, eyni effekti bir stəkan adi su ilə əldə etmək olar, üstəlik, tərkibində kalori olmayacaqdır. Mütəxəssisin sözlərinə görə, ilıq su və balın qarşılıqlı təsiri bütün məhsulun faydalı xüsusiyyətlərinə təsir göstərmir. Bunu sübut etmək üçün mütəxəssis içkinin hər bir inqrediyentini ayrıca analiz edib. Deməli, su orqanizm üçün hər gün və davamlı olaraq, xüsusilə də səhər saatlarında lazımdır. Mütəxəssis qeyd edir ki, istənilən maye maddələr mübadiləsini sürətləndirir. Bal da son dərəcə faydalı məhsuldur. Bir qaşıq bal kaliumun gündəlik dəyərinin təxminən 0,112%-ni ehtiva edir; 0,352% dəmir; 0,176% C vitamini; 0,208% B5 vitamini. Eyni zamanda, ekspertin fikrincə, bu iki komponenti qarışdırmaq üçün heç bir səbəb yoxdur, xüsusən də su isti olarsa, o zaman bal bəzi faydalı keyfiyyətlərini itirəcəkdir. Suyu ayrıca içmək, səhər yeməyi və ya nahardan sonra bir qaşıq bal yemək daha yaxşıdır.

Suares ağrılar hiss edir, hər gün iynə vurdurur

Luis Suares tezliklə karyerasını başa vura bilər. Sozcu.az xəbər verir ki, bu haqda “Qremio” (Braziliya) klubunun prezidenti Alberto Qerra ölkəsinin mətbuatına bildirib. O, futbolçunun səhhətində müəyyən problemlər olduğunu deyib. “Suares özünün fufbolçu həddinə çatıb. Demək olar ki, hər gün iynələr vurdurur, xüsusi prosedurlardan keçir. O, daim ağrı hiss edir” - deyə klub prezidenti bildirib. 36 yaşlı hücumçu 2023-cü ilin yanvarında “Qremio”ya keçib. Onun klubu ilə müqaviləsi 2024-cü ilin dekabrın 31-də başa çatır.  Xatırladaq ki, uruqvaylı futbolçu Avropada “Qroningen”,  “Ayaks” (hər ikisi Niderland) “Liverpul” (İngiltərə), “Barselona” və “Atletiko”da (hər ikisi İspaniya) çıxış edib.

"Toydakı tortun qiyməti 25 min manatdır"

Aparıcı Elgiz Əkbər bəzi toylarda kəilən böyük tortların qiymətini açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı bu haqda verilişində danışıb. O bildirib ki, tortun qiyməti ilə bağlı siyahıya baxıb və gördüyü məbləğ onu təəccübləndirib: "O gün toy siyahısına baxıram. Varlı adamların toyundakı tortların qiyməti 20-25 min manatdır. Bu qiymətə tort olar? 2 kiloqram qızılın qiymətidir. İsrafçılıqdır, ona nə vururlar ki? Hələ fotoqraflar var ki, 10 min manata şəkil çəkir".

Zelenski açıqladı: Təcili azad edilməlidir!

Fəlakətin qarşısını almaq üçün Zaporojye AES təcili azad edilməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.