Ermənistanın VOMA terror təşkilatı Azərbaycana qarşı yeni təxribatlar törətməyə hazırlaşır.
Sozcu.az xəbər verir ki, qanunsuz təşkilat sosial şəbəkə vasitəsilə erməniləri Azərbaycana qarşı mübarizə aparmaq məqsədilə təlimlərə çağırıb.
Təxribatçı çağırış “Facebook” üzərindən paylaşılıb.
VOMA-çıların çağırışında ermənilərin hər an müharibəyə hazır olmaları qeyd olunub. Bildirilib ki, ermənilər Azərbaycanla sülh danışıqlarına yox, müharibəyə hazırlaşmalıdırlar. İddialara görə, məsələlər danışıqlarla yox, silahla həll olunacaq.
Bu cür absurd və təxribatçı çağırışlara Ermənistan rəsmiləri hər hansı reaksiya verməyiblər.