"Toydakı tortun qiyməti 25 min manatdır"

Aparıcı Elgiz Əkbər bəzi toylarda kəilən böyük tortların qiymətini açıqlayıb. Axşam.az xəbər verir ki, aparıcı bu haqda verilişində danışıb. O bildirib ki, tortun qiyməti ilə bağlı siyahıya baxıb və gördüyü məbləğ onu təəccübləndirib:

"O gün toy siyahısına baxıram. Varlı adamların toyundakı tortların qiyməti 20-25 min manatdır. Bu qiymətə tort olar? 2 kiloqram qızılın qiymətidir. İsrafçılıqdır, ona nə vururlar ki? Hələ fotoqraflar var ki, 10 min manata şəkil çəkir".

Share on Facebook