Luis Suares tezliklə karyerasını başa vura bilər.
Sozcu.az xəbər verir ki, bu haqda “Qremio” (Braziliya) klubunun prezidenti Alberto Qerra ölkəsinin mətbuatına bildirib. O, futbolçunun səhhətində müəyyən problemlər olduğunu deyib.
“Suares özünün fufbolçu həddinə çatıb. Demək olar ki, hər gün iynələr vurdurur, xüsusi prosedurlardan keçir. O, daim ağrı hiss edir” - deyə klub prezidenti bildirib.
36 yaşlı hücumçu 2023-cü ilin yanvarında “Qremio”ya keçib. Onun klubu ilə müqaviləsi 2024-cü ilin dekabrın 31-də başa çatır.
Xatırladaq ki, uruqvaylı futbolçu Avropada “Qroningen”, “Ayaks” (hər ikisi Niderland) “Liverpul” (İngiltərə), “Barselona” və “Atletiko”da (hər ikisi İspaniya) çıxış edib.