Rusiya Ukraynaya nüvə hücumu etsə, bu, NATO-ya hücum kimi qiymətləndiriləcək

Respublikaçı senator Lindsi Qrem və demokrat Riçard Blumental Konqresin yuxarı palatasına Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsinin NATO-ya hücum kimi qiymətləndirilməsi ilə bağlı qətnamə təqdim ediblər. 

Sozcu.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" məlumat yayıb.

Onlar qeyd edirlər ki, onları qətnaməni təqdim etməyə Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməsini elan etməsi səbəb olub.

Senatorlar qeyd edirlər ki, bu, SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Rusiya öz nüvə silahlarını öz sərhədlərindən kənara çıxarır və və bu, Ukraynada davam edən müharibə fonunda qlobal təhlükəsizliyə ciddi təhdiddir.

Mətndən o da aydın olur ki, ikinci səbəb Rusiya Federasiyasının işğalçı qüvvələrinin nəzarətində olan Zaporojye AES-də gözlənilməz vəziyyətin yaranmasıdır.

Qrem və Blumental təklif edirlər ki, Rusiya Federasiyası, Belarus "yaxud onların marionetləri” tərəfindən hər hansı taktiki nüvə silahından istifadə və ya radioaktiv elementlərin NATO-ya üzv ölkələrin ərazisinə daxil olmasına gətirib çıxaracaq və əhəmiyyətli zərərə səbəb olacaq nüvə obyektinin məhv edilməsi Alyansa hücum hesab edilsin və 5-ci maddəyə istinad etmək üçün səbəb kimi qəbul edilsin. 

"Rusiyanın nüvə silahından istifadə etməsi təhlükəsi realdır. Bu təhlükəni cilovlamağın ən yaxşı yolu Putinin Rusiyasına nüvə silahından istifadə etsələr, nə baş verəcəyini aydınlaşdırmaqdır. Bizim mesajımız Putinin ətrafınadır. Əgər əmr verilərsə, bunu etsəniz və bu əmrlərə tabe olsanız, siz NATO-nun ciddi reaksiyasını gözləməli olacaqsınız. Siz NATO ilə müharibə vəziyyətində olacaqsınız”, - Qrem deyib.

"Bu qətnamənin məqsədi Vladimir Putinə və onun hərbçilərinə taktiki nüvə silahından istifadə etsələr, yaxud atom elektrik stansiyalarını yaxınlıqdakı NATO üzvlərinə təhlükə yaradacaq şəkildə məhv edərlərsə, məhv ediləcəkləri barədə siqnal verməkdir. Putinin qoşunları, taktiki nüvə silahlarından istifadə edəcək qədər məsuliyyətsiz və irrasional olsalar, NATO qüvvələri tərəfindən tamamilə məhv edilmə riski ilə üzləşirlər”, - senator Blumental bildirib.

Senatorlar təklif edirlər ki, Bayden administrasiyası digər müttəfiq ölkələrin liderləri və avropalı tərəfdaşlarla müvafiq məsləhətləşmələr aparsın və mülki şəxslər üçün təhlükəni minimuma endirmək üçün hərəkətləri nəzərdən keçirsin və "vəziyyətə mütənasib" diplomatik və hərbi cavab hazırlasın. 

Share on Facebook