Kanada mediasının xəbərləri “Meta Corporation”a məxsus “Facebook” və “Instagram” sosial şəbəkələrinin istifadəçiləri üçün əlçatmaz olacaq.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Meta”nın bəyanatında deyilir.
Qeyd olunub ki, Kanada mediasının nəşrləri bu ölkənin bütün “Facebook” və “Instagram” istifadəçiləri üçün artıq mövcud olmayacaq.
Agentliyin məlumatına görə, Kanada Senatı yerli nəşrlərdən yayımlanan məzmuna görə ödəniş tələb edən qanunu təsdiqlədikdən sonra korporasiya belə bir qərar verib.
Qanun sənaye böhran içində olan kanadalı jurnalistləri dəstəkləmək üçün nəzərdə tutulub.
Məlumata görə, 2008-ci ildən bəri Kanadanın 450-dən çox media orqanı bağlanıb.
Daha əvvəl Kanadanın Baş naziri Castin Trüdo “Meta”nı məzmunun bloklanmasını sınaqdan keçirdiyinə görə tənqid edib.