İsrail İranın əlinə keçməsin deyə Ukraynaya silah vermir - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Ukraynaya silahların İranın əlinə keçə biləcəyi ehtimalına görə təhvil vermir.

Sozcu.az xəbər verir ki, bu barədə baş nazir “The Jerusalem Post” qəzetinə müsahibəsində bildirib.

"Ukraynadakı faciəyə, dəhşətli insan itkisinə görə kədərlənirik. Biz bunun bitməsini istəyirik. Düşünürəm ki, gələcəkdə biz buna son qoymağa kömək edə bilərik. Ancaq bunun baş verəcəyinə əmin deyiləm", - deyə Netanyahu bildirib.

Share on Facebook