Türkiyə və ABŞ-ın nümayəndə heyətləri arasında Vaşinqtonda görüş keçiriləcək.
Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, xarici işlər nazirinin müavini Burak Akçaparın başçılıq etdiyi heyət ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nulandın rəhbərlik etdiyi heyətlə birgə ABŞ-Türkiyə strateji mexanizmi üzrə məsləhətləşmələr aparacaq.
Məlumata görə, məsləhətləşmələrdə ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulub.