Niyə biz bir güllə atmadan Rostovu tutduq? - Priqojin

Niyə ölkə bizim tərəfimizdədir? Çünki biz haqq yolundayıq. Bizə öncə artilleriya, sonra helikopterlərlə zərbələr endirdilər və biz atəş altında irəlilədik. Biz yolda heç bir çağırışçını, insanı öldürmədik. Biz aviasiyanın, helikopter və qırıcıların atəşi altında Rostova daxil olduq. Bir güllə belə atmadan qərargahı (Cənub Hərbi Dairəsi – red.) tutduq. Biz bir nəfər də olsun insanın işinə mane olmadıq. Artıq küçələrdə “Vaqner”in bayraqlarını qaldıran insanları görə bilərsiniz. Döyüşçülərimiz nəsə almaq üçün dükana gedəndə insanlar onlardan pul ödəməməyi xahiş edirlər. Çünki onlar xoş bir şey etmək istəyirlər, komplentlər səsləndirirlər...

Sozcu.az xəbər verir ki, bu sözləri “Vaqner”in rəhbəri Priqojin son səsli müraciətində deyib.

Share on Facebook