"Vaqner" hərbi təşkilatının Sankt-Peterburq şəhərindəki ofisinin önündən pul ilə dolu "QAZel" tapılıb.
Avtomobildən çıxan pulun 4 milyard rubl (48 milyon dollar) olduğu açıqlanıb.
Ofisin qarşısında olan "QAZel" markalı avtomobil istintaqçıların diqqətini çəkib. Onlar əvvəlcə maşında partlayıcı ola biləcəyini düşünərək yoxlayıblar, nəticədə külli miqdarda pul vəsaiti aşkar ediblər. (Manset.az)