"Spiker" Laşa Aşuba və "parlament" üzvləri Abxaziyanın "lideri" Aslan Bjaniya ilə danışıqlar aparır.
Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik-Abxaziya" bildirib.
Qeyd olunur ki, etirazçılar hökumət binaları kompleksini nəzarətə götüürüb.
Onlar Bjaniyanın istefasını və növbədənkənar "prezident" seçkilərinin keçirilməsini tələb edirlər.
Qeyd edək ki, bu gün səhər saatlarında müxalifətin çağırışı ilə insanlar "parlament"in yaxınlığında toplaşmağa başlayıb. "Ali qanunverici orqan" Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Lakin deputatların qərarı ilə iclas ləğv edilib.