İsti günlərdə yanğına həssas ərazilər açıqlandı

Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Axar.az-a bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. “Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır”, - deyə xidmət rəisi bildirib. N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb: “Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafada, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Qubada, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllıda, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib”.

Temperatur daha da yüksələcək - Xəbərdarlıq

Avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. Sozcu.az -ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. "Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır". N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb. "Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafa, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Quba, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllı, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib."

Polis kapitanı qəfil vəfat etdi

Avqustun 19-da Xaçmaz rayonunda polis zabiti Zahid Mahmudov vəfat edib. Sozcu.az "Report"a istinadən xəbər verir ki, xidməti vəzifələrini icra edərkən polis əməkdaşının halı qəflətən pisləşib, xəstəxanaya aparılarkən həyatını itirib. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Bunu edənlər kor qala bilər - Professordan CİDDİ XƏBƏRDARLIQ

Son zamanlar sosial şəbəkələrdə göz rənginin dəyişdirilməsi əməliyyatlarına daha çox rast gəlinir. Bu tip əməliyyatları xoş qarşılayıb bəyənənlər olsa da, riskli olduğunu fikirləşənlər də az deyil.  Maraqlıdır, göz rənginin dəyişdirilməsi zamanı görmə qabiliyyətinin zəifləməsi, yaxud itirilməsi ilə bağlı gələcək zamanlarda hər hansısa problemlər ortaya çıxa bilər? Ümumiyyətlə, bu proses nə qədər təhlükəsiz sayılır?  Sözügedən məsələ ilə bağlı tanınmış professor, oftolmoloq Paşa Qəlbinur “Yeni Sabah”a açıqlama verib. O, göz rənginin dəyişdirilməsi prosesindən danışıb:  dirnaq modelleri “Bu cür əməliyyatların başlıca mahiyyəti budur ki, gözün daxilinə tatu olunur. Necə ki, dəriyə müxtəlif rəng və formalarla yazılar çəkilirsə, eləcə də bu gözə tətbiq olunaraq, onun rəngi dəyişilir. Ancaq göz rəngi dəyişdirilməsi əməliyyatı olduqca riskli, təhlükəli prosesdir. Çünki bu, sonralar böyük fəsadlara yol aça bilər. Ən əsası isə gözdə müxtəlif xəstəliklərin baş qaldırması qaçınılmazdır. Bu xəstəliklərə qlaukoma , uveit  və s. aiddir”.  Həkim bildirib ki, bu əməliyyat korluqla nəticələnə də bilər: “Gözə belə müdaxilələrin edilməsi müxtəlif xəstəliklərə yol açır, hətta insan sonda kor olur, görmə qabiliyyətini birdəfəlik itirir. Dünyanın bütün inkişaf etmiş ölkələrində bu tip əməliyyatlar qanunla qadağan edilib. Kolumbiya kimi bir çox ölkələrdə bu qanun hələ qəbul olunmayıb. Çox arzu edərdim ki, bizdə də göz rəngini dəyişdirilməsi qanunla qadağan olunsun. Elementar məntiqli adam anlayar ki, vazkeçilməz orqanlarımızdan biri olan gözün içinə yazı yazmaq, şəkil çəkmək nə ilə nəticələnə bilər”.

"Putinin Azərbaycana gəlişi dövlətçiliyimizə yaxşı heçnə vəd etmir" - Müsavat Partiyası

Avqustun 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər müzakirə olunub və təşkilati məsələlərə baxılıb.  Gənc içtimai fəal Sənan Səbuhioğlu Müsavat Partiyası sıralarına qəbul edilib. Milli Məclis üzvlüyünə namizədliyi qeydə alınan 25 Müsavat yetkilisinin təbliğat kampaniyası çərçivəsində həyata keçirdikləri tədbirlər barədə məlumat dinlənilib. Partiya rəhbərliyinin ötən həftə ATƏT-in Seçki Müşahidə missiyasının təmsilçiləri ilə görüşü təqdir edilib. Daha sonra, hakimiyyətyönlü media orqanlarının yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyasının bəyanatı qəbul edilib (bəyanatın mətni xəbərə əlavə olunub). İclasda Rusiya prezidenti Vladimir Putinin Bakıya iki günlük səfəri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Ukraynaya işğalçı siyasət yürütdüyünə görə mütərrəqqi dünyada təcrid olunan Putin rejiminin rəsmi Bakı ilə yaxınlaşması Azərbaycanın dövlət maraqlarına yaxşı heç nə vəd etmir. Avqustun 22-də saat 12:00-da Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anım günü ilə bağlı, onun məzarının ziyarət olunması qərara alınıb. Sonda cari məsələlər müzakirə olunub. *** Hakimiyyətyönlü saytların yalan və böhtan dolu paylaşımları ilə bağlı Müsavat Partiyasının bəyanatı Avqustun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və Avropa ölkələrinin diplomatları ilə görüşüblər. Aİ nümayəndəliyinin təşəbbüsü ilə baş tutan görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Aİ ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub. Görüşdə Aİ Bakı ofisinin rəhbəri Piter Mixalko ilə yanaşı, Avropa İttifaqı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən başqa diplomatları da iştirak ediblər. Müsavat Partiyasının mətbuat xidməti görüş başa çatdıqdan dərhal sonra bu barədə məlumat yayıb. Qeyd edilməlidir ki, bir qayda olaraq Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri hər seçkilər ərəfəsində müxtəlif siyasi partiyalarla, o cümlədən hakimiyyətdəki siyasi partiyanın nümayəndələri ilə görüşlər keçiriblər. Lakin “Qafqazinfo” saytı və bəzi digər iqtidaryönlü media orqanları həmin görüş barədə yalan və böhtanlarla dolu məlumat yayıblar. Məlumatda görüşün iştirakçıları, məqsədi və müzakirə olunan məsələlər barədə yazılanlar tamamilə uydurma və böhtandır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi də hakimiyyətyönlü medianın bu böhtanına rəsmi bəyanatla etiraz edib. Müsavat Partiyası “Qafqazinfo” saytını və sözügedən yalan və böhtanları yayan digər hakimiyyətyönlü media irqanlarının təkzib dərc etmələrini və Müsavat Partiyasında üzr istəmələrini tələb edir, əks halda məhkəməyə müraciət olunacağını bildirir.

Trampı geridə qoyan ad - Yeni prezident O seçiləcək...

ABŞ-da keçirilən sorğunun nəticələrinə görə, seçicilərin 48 faizi vitse-prezident Kamala Harrisi, 41 faizi isə onun rəqibi Donald Trampı dəstəkləyir.  Sozcu.az xəbər verir ki, Associated Press agentliyinin NORC İctimai Əlaqələr Mərkəzi ilə keçirdiyi sorğuda 5 noyabrda keçiriləcək seçkilərdə Demokratların namizədi Harrisə dəstək nisbətlərinin artdığı müəyyən edilib.  Müvafiq olaraq, Harrisi dəstəkləyən Demokrat seçicilərin səsvermə nisbəti yüzdə 83 olduğu halda, respublikaçıların 80 faizi Trampın qalib gələcəyini düşünür.  dirnaq modelleri Ümumilikdə, ABŞ seçicilərinin 48 faizi seçkilərdə Harris haqqında müsbət düşünür, 41 faizi isə Trampı dəstəkləyir.  Harris qadın seçicilər arasında, Trampa isə kişilər daha çox üstünlük verilir.  Sorğuda amerikalıların Trampı iqtisadiyyatı idarə etməkdə, Harrisi isə demokratiyaya sadiqliyinə görə tanıdıqları müəyyən edilib. 

Vəfa Nağı Tənzilə Rüstəmxanlının görüşünü ləğv etdirdi

“Bu gün Tənzilə Rüstəmxanlının adamlarından biri Neftçala Rayon İcra Hakimiyyətinin namizədlər üçün nəzərdə tutulmayan yerdə 23 avqust saat 18:00-a görüş elanları yapışdırdı. Elanları da gətirib Neftçalada qaldığım küçədə, qonşumun hasarına yapışdırmışdı. Meqafonla küçədə həm polisə, həm də DSK-ya müraciət etdim. Sonra da DSK-ya şikayət etdim”.  Sozcu.az xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən namizəd olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) bildirib. Onun sözlərinə görə, hava qaralanda elanları sökdülər: “Tənzilə Rüstəmxanlının görüşünü ləğv etdirdik”.

Ermənistandan sərhəddə növbəti TƏXRİBAT - SON DƏQİQƏ

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.  Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.  Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb. Klinikalar Xatırladaq ki, Ermənistan son bir neçə gündə Naxçıvan və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub. 

Azərbaycanda “icra başçısının katibəsi” həbs edildi - BU SƏBƏBDƏN

Bakıda qadını aldadaraq ondan 7 700 manat pul alan Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Aygün Həsənova həbs edilib. Publika.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsinə əsasən məsuliyyətə cəlb edilib. Bəlli olub ki, paytaxtda gözəllik salonunda çalışan Aygün tanış olduğu Pərvanə adlı qadına özünü Bakının rayonlarının birində icra başçısının katibəsi kimi təqdim edib. Pərvanənin iş axtardığını öyrənən Aygün onu aldadaraq pul almaq fikrinə düşüb. Bu məqsədlə o, Pərvanəyə işini dəyişdirəcəyini və istəyərsə, İcra Hakimiyyətində katibə vəzifəsində boş qalan yerinə təyin etdirəcəyini deyib. Buna inanan Pərvanə Aygünün təklifi ilə razılaşıb. Aygün təyinata görə 15 000 manat tələb edib və pulun 7 700 manatını alıb. dirnaq modelleri Daha sonra Aygünün icra hakimiyyətində işləməməsi, çoxsaylı şəxslərə borcunun olması üzə çıxıb və onun barəsində polisə şikayət edilib. Avqustun 5-də Aygün Həsənova həbs edilib. Masallı Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

DİM-ə qarşı yeni ittihamlar - “Onların üzündən...”

Ötən il 582 tələbə universitetdən xaric edilib. Onların ali təhsil ocağından kənarlaşdırılmasının müxtəlif səbəbləri var. Bəziləri öz istəklərinə görə bu addımı atsa da, digər qisim təhsil haqqının ödəmədikləri, dərslərdə iştirak etmədikləri üçün tələbəlik həyatı ilə vidalaşmaq məcburiyyətində qalıblar.  Bəs öz istəkləri ilə universitetdəki təhsilini donduran, yaxud ümumiyyətlə, bundan imtina edən tələbələr niyə min-bir əziyyətlə tələbə adını qazanır? Bu qədər çətinliklərdən keçənlərin bir anda belə qərar verməsinin kökündə hansı səbəblər dayanır? Bu mövzu ilə bağlı Yenisabah.az saytına danışan təhsil ekpserti Məzahir Məmmədli Azərbaycanda bütün valideynlərin arzusunun uşaqlarını ancaq ali təhsil müəssisəsində görmək olduğunu bildirib: turbo az mercedes “Onlar üçün hədəf ancaq budur. Uşağın hansı peşəyə həvəs göstərməsi nəzərə alınmır. Məqsəd nə olur olsun ali təhsil almaqdır. Təəssüflər olsun ki, bizim istedadlı gənclərimiz tələbə adını qazandıqdan sonra bir sıra problemlər yaşayırlar. Məsələn, maddi sıxıntılar çəkirlər. Həmin o maddi sıxıntıları qarşılamaq üçün dövlət proqram həyata keçirdi, Tələbə Kredit Fondu yaradıldı ki, tələbələr maliyyə problemlərinə görə təhsilini yarımçıq qoymasınlar, hər kəs bundan yararlana bilsin. Ancaq təəssüflər olsun ki, bunda da şərtlər hamı üçün ürəkaçan olmadı. Abituriyentin ortalama balı 71-in üzərində olmalıdır ki, tələbə bu kreditdən yararlana bilsin. Başqa bir məsələ də var ki, həyat tərzi yaxşı olmayan, maddi asılığı olan tələbələrin həm də kirayə problemi var. Bu gün kirayə haqqı, ödənişli oxumaq və s tələbələri yarı yolda qoymağa məcbur edir. Əgər statistikaya baxsaq, görəcəyik ki, təhsilini yarımçıq qoyanların əksəriyyəti oğlanlardır. Onlar ali təhsil müəssisəsinə hərbi xidmətdən yayınma məqsədi kimi baxırlar və ən azı 4 il hərbi xidmmətdən möhlət hüququ alırlar. Nəticə etibarilə iş gəlib elə yerə çatır ki, həm tədrisdən. həm də hərbi xidmətdən ləngiyirlər. O bilir ki, universiteti qurtarandan sonra mütləq hərbi xidmətə getməlidir. Bəziləri beləcə yarımçıq qoyur. Hətta çoxları akademik möhlət də götürmürlər ki, hərbi xidməti verəndən sonra davam etsinlər. Birmənalı şəkildə imtina verib gedirlər. Çox az bir qism, əsasən qızlar universitetdə oxumağa başlayandan 1 və ya 2 il sonra bizim DİM-in yanlış siyasəti ilə doğru ixtisas seçə bilmirlər. Məsələn, gələcəyin həkimi olmaq istəyən qızlar kimya, biologiya fakültələrinə qəbul olub, 1-2 il oxuyandan sonra həkim olmaq istədiklərini təkrar anlayırlar. Gedib imtina verir, universitetin həmin fakültəsindən çəkilirlər. Statistika həmçinin bunu da göstərir”.  Məzahir Məmmədli vurğulayır ki, ağrılı hallardan biri qəbul vaxtı valideynlərinin təzyiqi ilə ixtisas seçməyə məcbur qalan abituriyentlərin olmasıdır. “Onlar əmək bazarında, hər hansı bir yerdə özlərinə görə bilmirlər deyə qabaqcadan qərar verirlər ki, biz hazırlaşıb yenidən imtahan verək. Ümumiyətlə, səbəblər çoxdur. Mən düşünürəm ki, əgər dövlət təhsil tələbə kreditilə bağlı bir şey düşünürsə, tələbənin rifahını yaxşılaşdırmaq, onların təhsilini başa çatdırmağa kömək etmək və s kimi bir şeylər düşünürsə, universitetlərin kampusunu da düşünməlidir ki, heç olmasa özlərinin yataqxanaları olsun, kirayədən azad olsunlar. Tələbələr müəyyən xərclərdən azad olmalıdır. Təəssüflər olsun ki, bu gün sadəcə tələbələrin yox, onların validenlərinin də maddi asılılığı var, ailə büdcəsini təmin edə bilmirlər.  Bu tələbələr üçün güzəştli maliyyə xərcləri, məsələn, avtobus, metro, müəyyən iaşə obyektlərindən yəni, muzeylərdən və s heç olmasa pulsuz və ya güzəstlə yararlana bilsinlər ki, təhsillərini yarımçıq qoyub getməsinlər”.

Putinin Kim Çendən aldığı ballistik raketlər Kiyevə çatmamış məhv edildi...-RƏSMİ

Bu gün- 18 avqust yerli vaxtla səhər saat 05:00 radələrində düşmən ballistik silahlardan istifadə edərək Kiyevə raket zərbələri endirib. Bu, avqustda paytaxta edilən üçüncü ballistik hücumdur və hər hücum arasında 6 gün dəqiq fasilə var. Sozcu.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko sosial şəbəkələrdəki mesajında ​​məlumat yayıb. Bu zərbə ilkin məlumatlara görə, əvvəlki ikisi ilə, demək olar ki, eyni olub. Təsdiqlənmiş məlumata görə, ruslar yenə də ardıcıl üçüncü dəfə Şimali Koreyanın "KN-23" tipli ballistik raketlərindən istifadə ediblər. Və yenə də hava hücumundan müdafiə qüvvə və vasitələri düşmənə öz məqsədinə çatmağa və Kiyevi vurmağa imkan verməyib. İlkin məlumatlara görə, ballistik raketlər paytaxta yaxınlaşarkən vurulub (Silahların dəqiq modifikasiyası və sayı Hərbi Hava Qüvvələrinin hesabatlarında dərc olunub). Bundan əlavə, demək olar ki, ballistika ilə eyni vaxtda düşmənin bir neçə hücum PUA-sı da Kiyevə yaxınlaşıb. Amma hava hücumundan müdafiə qüvvələrinin döyüşçüləri vaxtından əvvəl kiyevlilərin döyüş  səslərini belə, eşitməməsinə nail ola biliblər. Düşmənin bütün dronları şəhərdən xeyli kənarda məhv edilib. Hələlik Kiyevdə dağıntı qeydə alınmayıb və itkilər barədə məlumat daxil olmayıb. Əməliyyat  məlumatları yenilənir və dəqiqləşdirilir. "Hava hücumu siqnallarını qulaq ardına vurmayın. Həmişə sığınacaqlara doğru gedin! Özünüzü qoruyun!" -Kiyev çəhər hərbi administrasiyasının sakinlərə müraciətində belə deyilir.

Ukrayna Kurskda daha bir körpünü məhv etdi

Ukrayna ordusu Kursk vilayətinin Zvannoe kəndi ərazisində Seym çayı üzərindəki daha bir körpünü məhv edib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşşuk deyib.

İsrail-HƏMAS danışıqları nəticəsiz qaldı - Ədbülhadi

Qəzzada atəşkəs və HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı Qətərdə aparılan danışıqlar nəticəsiz qalıb. Sozcu.az xəbər verir ki, bunu HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdülhadi deyib. “Vasitəçilər bizə dedilər ki, mübahisəli məqamlar həll olunmayıb, İsrailin Baş naziri Benyamin Netanyahu əlavə şərtlər irəli sürüb və danışıqları daha da çətinləşdirib”, - Əbdülhadi bildirib.

Bakıda yaşayış binasında yanğın: ölən var

Bakı şəhərinin Nərimanov rayonunda 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m. sahədə yanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Türkiyədə meymunçiçəyinə yoluxma var? – Nazir açıqladı

Türkiyədə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb. Sozcu.az xəbər verir ki, bunu Türkiyə səhiyyə naziri Kamal Memişoğlu deyib. “Hazırda vətəndaşlarımız arasında təşviş və panikaya əsas yoxdur, biz müvafiq hazırlıq işləri aparmışıq. Hələ ki, Türkiyədə yeni meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb”, - Məmişoğlu bildirib.

907-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 907-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 599 350 hərbçi, 8 508 ədəd tank, 16 480 ədəd zirehli döyüş maşını, 17 056 ədəd artilleriya sistemi, 1 161 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 923 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 22 992 ədəd avtomobil texnikası, 13 752 ədəd PUA, 2 432 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 846 xüsusi avadanlıq itirib.

Əfsanəvi Alen Delon öldü

Məşhur Fransız aktyoru, rejissor, prodüser, ssenarist olan Alen Delon vəfat edib. Sozcu.az xəbər verir ki, aktyor 88 yaşında dünyasını dəyişib. 1935-ci ildə dünyaya gələn Alen Delon 1957-ci ildən başlayaraq, kinoda şöhrət qazanıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” və sair filmlərdə unudulmaz obrazlar yaradıb.

Namizəd nə istəyir? — Alxas Məmmədov

Tanınmış jurnalist Alxas Məmmədov Facebook hesabında seçkilərlə bağlı maraqlı paylaşım edib. Paylaşımda deyilir: Namizəd nə istəyir ? Deməli, yenədə bizi aldadıb özünə beş illik iş yeri istəyirlər. Cəhənnəmə işləsin amma bizi loxlamasın. Yağlı vədlər verib sadəcə olaraq bizləri avam saymasınlar. Belədə ki, kim loxdusa, gedib təsir altında səs versin. Səs verəndə layiqli insana verin maşennikə səs verməyin. Yaxşı neçə bilək ki bu namizəd maşennik deyil? Sadə yolu var, ətrafına baxın. Görün bunun yanında kimlərdi? Qul, becələri. Rayonda bir köpüklük hörməti olmayan insanlar, kimi təbliğ edə bilər ki? Sadə sifətlə, xalqa yaxınlığı ilə yenədə şou proqramın qəhrəmanlarıdırlar.  Sonrada deyirsiniz ki, niyə biz düzəlmirik? Sən beləsinə səs verəndə elə belədə yaşamalısanda. Səni kimsə salfet kimi istifadə edirsə, sən elə ağ loxsanda. Şamaxıda məşhur, anti-qəhrəman bir şəxsiyyətsiz insan var. Ləqəbidə pambıqdır. Uzun müddət vəzifədə olub. Bu sakit və qorxaq bir insandır. Kiməsə zərəri dəyməz. Amma pambıq kimi su götürəndir. Yəni söz götürən insandır, söy, üzünə gülsün. Nə desən buna xoşdur. Vaxtı ilə bir namizədin vəkili olub. Oda sonda gedəndə buna deyib ki, mən seçilmədim, gedirəm, səndə day belə yaşama. Bir paya öz səsini satansanda. Yəni yala gedənsən.... Nəd? O kabinədə səni kimsə güdür? Onsuzda bilirsən ki, bu səni aldadır. Səndə səs verəndə bunu aldat. Qorxundan yada yaltağlığından orda da azad səs verə bilmirsəndə. Səs nədir? Ana, bacı, xanımım, sevgilim, vətənim bunları sən səslə deyirsəndə. Mən səni sevirəm ay anam, sevimli bacım, ağıllı qızım sözlərini səslə ifadə edirsəndə. Yoxsa elə deyil? İnsan fikrin səslə ifadə edir. Sən isə bunları kiməsə satırsan. Bunları satandan sonra mənliyin qalırmı? Layiqli namizəd varsa səs verin. Kimsə deyə bilərmi ki, hansısa namizəd seçiləndən sonra nəsə iş görüb? Özü üçün hə. Bəs sənə? Niyə özünə hörmət qoymursan ay seçici. Bilirsən ki, bu səni aldadır. Demli, sən konkret zəif bir insansan. P.S: Seçkilərdə fəal olun ki, feil yada tüfeyil kimi sizə baxmasınlar. Məndən bu qədər.

Azərbaycan bizim son sözümüz deyil, ilk sözümüzdür

Bu vətəni sevməyi atamdan, doğma dilimi sevməyi Məhəmmədhüseyn Şəhriyardan, vətəndaş olmağı Bəxtiyar Vahabzadədən, xalqıma bağlılığı Xəlil Rza Ulutürkdən, dünyanı öyrənməyi, zərrələrin sirli əlaqəsini Xudu Məmmədovdan, maarifçiliyi, gələcəyə baxmağı Həsən bəy Zərdabidən, Tanrını sevməyi Nəsimidən öyrənmişəm. Elçin Əfəndiyevin M.Ə.Rəsulzadə haqqında bir oçerki var, M.Ə.Rəsulzadənin son sözü ilə - "Azərbaycan"la bitir. Azərbaycan bizim son sözümüz deyil, ilk sözümüzdür. Hər dəfə ilk dəfə dediyimiz, ilk dəfə sevdiyimiz qədər Azərbaycan! Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə, seçicilərimin qarşısına mütərəqqi fikirlərlə gəlmişəm. Minlərlə insan sosial şəbəkələrdə məhz bunu qiymətləndirir. Şəhriyar Məcidzadə, 97 saylı Tərtər-Ağdərə-Göranboy seçki dairəsindən namizəd

14 yaşlı Nərminənin müəmmalı ölümü: Anası onun orqanlarının götürüldüyünü deyir

Bərdə rayon Hacallı kənd sakini olan Nərminə Kazımova barmağından əməliyyat olunmaq üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Yaxınlarının iddiasına görə, həkimlər qıza həddindən artıq narkoz verdikdən sonra o dünyasını dəyişib. Qızın anası İlhamə Əliyevanın sözlərinə görə, sınıqçı uşağının barmağında vətərini partlatmışdı: "Həkim onu müalicə etdikdən sonra əməliyyat etməyə qərar verib. Narkozu artıq verdiyindən balam o dəqiqə keçinib. Uşağımın bədənini yarıq-yarıq hala salıblar, bütün orqanlarını götürüblər". Qızın nənəsi Tellər Əliyeva bildirir ki, həkim uşağın çəkisini çəkmədən ona həddindən artıq narkoz vurub, qızın da ürəyi yatıb. dirnaq modelleri Yevlax Rayon Mərkəzi Xəstəxanasından baş verən ölüm hadisəsi ilə bağlı bildirildi ki, N.Kazımova xəstəxanaya bilək və əlin digər hissələrinin əzilməsi oynaqların təsnif olunmayan digər zədələnmələrin diaqnozu ilə daxil olub: "O, əlin digər barmağının onun vətərinin, bilək və əl səviyyəsində travmasının bərpası əməliyyatı üçün hazırlanıb. Geniş narkoz zamanı verilən dərmana ani olaraq aneflaktikşok etmiş, aparılan reanimasiyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb". Faktla bağlı rayon prokurluğunda araşdırmalar davam etdirilir. Ətraflı süjetdə:

Ukraynanın istədiyi oldu: 5 min rus hərbçisi geri çəkildi...

Rusiya 5 minədək hərbçisini Ukrayna ərazisindən çıxarıb. Sozcu.az xəbər verir ki, bu barədə yazı "Voll Strit Jurnalı" məlumat yayıb. Məlumata görə, Ukrayna ordusunun Rusiya ərazisinə daxil olması səbəbindən rus hərbçiləri Ukrayna ərazisindən çıxarılıb. Çıxarılan qoşunların konkret hansı istiqamətə göndərildiyi barədə məlumat verilməyib.

Bakıda ər arvadını öldürdü

Avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Sabunçu rayon prokurorluğundan məlumat verilib. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Həsənbala Rəhimovun arvadı Ceyran Rəhimovaya bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Həsənbala Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.

Hərbçilərin olduğu maşın partladıldı: 12 ölü, 9 yaralı

Somalidə terrorçular hökumət qüvvələrinə məxsus avtomobili partlatladıb. Sozcu.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilib ki, Somalinin cənubunda, yol kənarında hökumət qüvvələrinin pikapını hədəf alan partlayış nəticəsində azı 12 nəfər həlak olub, 9 nəfər yaralanıb. Qeyd edək ki, hücuma görə məsuliyyəti “Əl-Şəbab” qruplaşması üzərinə götürüb.

İrəvanda atışma: yaralanan var

Ermənistanın paytaxtı İrəvanda atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Hadisə zamanı 29 yaşlı David Ş. yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı açıqlanmayıb.