Türkiyədə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.
Sozcu.az xəbər verir ki, bunu Türkiyə səhiyyə naziri Kamal Memişoğlu deyib.
“Hazırda vətəndaşlarımız arasında təşviş və panikaya əsas yoxdur, biz müvafiq hazırlıq işləri aparmışıq. Hələ ki, Türkiyədə yeni meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb”, - Məmişoğlu bildirib.