Son zamanlar sosial şəbəkələrdə göz rənginin dəyişdirilməsi əməliyyatlarına daha çox rast gəlinir. Bu tip əməliyyatları xoş qarşılayıb bəyənənlər olsa da, riskli olduğunu fikirləşənlər də az deyil.
Maraqlıdır, göz rənginin dəyişdirilməsi zamanı görmə qabiliyyətinin zəifləməsi, yaxud itirilməsi ilə bağlı gələcək zamanlarda hər hansısa problemlər ortaya çıxa bilər? Ümumiyyətlə, bu proses nə qədər təhlükəsiz sayılır?
Sözügedən məsələ ilə bağlı tanınmış professor, oftolmoloq Paşa Qəlbinur “Yeni Sabah”a açıqlama verib. O, göz rənginin dəyişdirilməsi prosesindən danışıb: dirnaq modelleri
“Bu cür əməliyyatların başlıca mahiyyəti budur ki, gözün daxilinə tatu olunur. Necə ki, dəriyə müxtəlif rəng və formalarla yazılar çəkilirsə, eləcə də bu gözə tətbiq olunaraq, onun rəngi dəyişilir. Ancaq göz rəngi dəyişdirilməsi əməliyyatı olduqca riskli, təhlükəli prosesdir. Çünki bu, sonralar böyük fəsadlara yol aça bilər. Ən əsası isə gözdə müxtəlif xəstəliklərin baş qaldırması qaçınılmazdır. Bu xəstəliklərə qlaukoma , uveit və s. aiddir”.
Həkim bildirib ki, bu əməliyyat korluqla nəticələnə də bilər:
“Gözə belə müdaxilələrin edilməsi müxtəlif xəstəliklərə yol açır, hətta insan sonda kor olur, görmə qabiliyyətini birdəfəlik itirir. Dünyanın bütün inkişaf etmiş ölkələrində bu tip əməliyyatlar qanunla qadağan edilib. Kolumbiya kimi bir çox ölkələrdə bu qanun hələ qəbul olunmayıb. Çox arzu edərdim ki, bizdə də göz rəngini dəyişdirilməsi qanunla qadağan olunsun. Elementar məntiqli adam anlayar ki, vazkeçilməz orqanlarımızdan biri olan gözün içinə yazı yazmaq, şəkil çəkmək nə ilə nəticələnə bilər”.