Bu gün- 18 avqust yerli vaxtla səhər saat 05:00 radələrində düşmən ballistik silahlardan istifadə edərək Kiyevə raket zərbələri endirib. Bu, avqustda paytaxta edilən üçüncü ballistik hücumdur və hər hücum arasında 6 gün dəqiq fasilə var.
Sozcu.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko sosial şəbəkələrdəki mesajında məlumat yayıb.
Bu zərbə ilkin məlumatlara görə, əvvəlki ikisi ilə, demək olar ki, eyni olub. Təsdiqlənmiş məlumata görə, ruslar yenə də ardıcıl üçüncü dəfə Şimali Koreyanın "KN-23" tipli ballistik raketlərindən istifadə ediblər. Və yenə də hava hücumundan müdafiə qüvvə və vasitələri düşmənə öz məqsədinə çatmağa və Kiyevi vurmağa imkan verməyib. İlkin məlumatlara görə, ballistik raketlər paytaxta yaxınlaşarkən vurulub (Silahların dəqiq modifikasiyası və sayı Hərbi Hava Qüvvələrinin hesabatlarında dərc olunub).
Bundan əlavə, demək olar ki, ballistika ilə eyni vaxtda düşmənin bir neçə hücum PUA-sı da Kiyevə yaxınlaşıb. Amma hava hücumundan müdafiə qüvvələrinin döyüşçüləri vaxtından əvvəl kiyevlilərin döyüş səslərini belə, eşitməməsinə nail ola biliblər. Düşmənin bütün dronları şəhərdən xeyli kənarda məhv edilib.
Hələlik Kiyevdə dağıntı qeydə alınmayıb və itkilər barədə məlumat daxil olmayıb. Əməliyyat məlumatları yenilənir və dəqiqləşdirilir.
"Hava hücumu siqnallarını qulaq ardına vurmayın. Həmişə sığınacaqlara doğru gedin! Özünüzü qoruyun!" -Kiyev çəhər hərbi administrasiyasının sakinlərə müraciətində belə deyilir.