50 yaşlı sakini maşın vurub öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sozcu.az xəbər verir ki, rayonun Qaraçinar kəndində 1974-cü il təvəllüdlü Zeynalov Manaf Məhəmməd oğlunu avtomobil vurub.

O, ağır halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook