Azərbaycan bizim son sözümüz deyil, ilk sözümüzdür

Bu vətəni sevməyi atamdan, doğma dilimi sevməyi Məhəmmədhüseyn Şəhriyardan, vətəndaş olmağı Bəxtiyar Vahabzadədən, xalqıma bağlılığı Xəlil Rza Ulutürkdən, dünyanı öyrənməyi, zərrələrin sirli əlaqəsini Xudu Məmmədovdan, maarifçiliyi, gələcəyə baxmağı Həsən bəy Zərdabidən, Tanrını sevməyi Nəsimidən öyrənmişəm.

Elçin Əfəndiyevin M.Ə.Rəsulzadə haqqında bir oçerki var, M.Ə.Rəsulzadənin son sözü ilə - "Azərbaycan"la bitir. Azərbaycan bizim son sözümüz deyil, ilk sözümüzdür. Hər dəfə ilk dəfə dediyimiz, ilk dəfə sevdiyimiz qədər Azərbaycan!

Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə, seçicilərimin qarşısına mütərəqqi fikirlərlə gəlmişəm. Minlərlə insan sosial şəbəkələrdə məhz bunu qiymətləndirir.

Şəhriyar Məcidzadə, 97 saylı Tərtər-Ağdərə-Göranboy seçki dairəsindən namizəd

Share on Facebook