DİM-ə qarşı yeni ittihamlar - “Onların üzündən...”

Ötən il 582 tələbə universitetdən xaric edilib. Onların ali təhsil ocağından kənarlaşdırılmasının müxtəlif səbəbləri var. Bəziləri öz istəklərinə görə bu addımı atsa da, digər qisim təhsil haqqının ödəmədikləri, dərslərdə iştirak etmədikləri üçün tələbəlik həyatı ilə vidalaşmaq məcburiyyətində qalıblar. 

Bəs öz istəkləri ilə universitetdəki təhsilini donduran, yaxud ümumiyyətlə, bundan imtina edən tələbələr niyə min-bir əziyyətlə tələbə adını qazanır? Bu qədər çətinliklərdən keçənlərin bir anda belə qərar verməsinin kökündə hansı səbəblər dayanır?

Bu mövzu ilə bağlı Yenisabah.az saytına danışan təhsil ekpserti Məzahir Məmmədli Azərbaycanda bütün valideynlərin arzusunun uşaqlarını ancaq ali təhsil müəssisəsində görmək olduğunu bildirib: turbo az mercedes

“Onlar üçün hədəf ancaq budur. Uşağın hansı peşəyə həvəs göstərməsi nəzərə alınmır. Məqsəd nə olur olsun ali təhsil almaqdır. Təəssüflər olsun ki, bizim istedadlı gənclərimiz tələbə adını qazandıqdan sonra bir sıra problemlər yaşayırlar. Məsələn, maddi sıxıntılar çəkirlər. Həmin o maddi sıxıntıları qarşılamaq üçün dövlət proqram həyata keçirdi, Tələbə Kredit Fondu yaradıldı ki, tələbələr maliyyə problemlərinə görə təhsilini yarımçıq qoymasınlar, hər kəs bundan yararlana bilsin. Ancaq təəssüflər olsun ki, bunda da şərtlər hamı üçün ürəkaçan olmadı. Abituriyentin ortalama balı 71-in üzərində olmalıdır ki, tələbə bu kreditdən yararlana bilsin. Başqa bir məsələ də var ki, həyat tərzi yaxşı olmayan, maddi asılığı olan tələbələrin həm də kirayə problemi var. Bu gün kirayə haqqı, ödənişli oxumaq və s tələbələri yarı yolda qoymağa məcbur edir. Əgər statistikaya baxsaq, görəcəyik ki, təhsilini yarımçıq qoyanların əksəriyyəti oğlanlardır. Onlar ali təhsil müəssisəsinə hərbi xidmətdən yayınma məqsədi kimi baxırlar və ən azı 4 il hərbi xidmmətdən möhlət hüququ alırlar. Nəticə etibarilə iş gəlib elə yerə çatır ki, həm tədrisdən. həm də hərbi xidmətdən ləngiyirlər. O bilir ki, universiteti qurtarandan sonra mütləq hərbi xidmətə getməlidir. Bəziləri beləcə yarımçıq qoyur. Hətta çoxları akademik möhlət də götürmürlər ki, hərbi xidməti verəndən sonra davam etsinlər. Birmənalı şəkildə imtina verib gedirlər. Çox az bir qism, əsasən qızlar universitetdə oxumağa başlayandan 1 və ya 2 il sonra bizim DİM-in yanlış siyasəti ilə doğru ixtisas seçə bilmirlər. Məsələn, gələcəyin həkimi olmaq istəyən qızlar kimya, biologiya fakültələrinə qəbul olub, 1-2 il oxuyandan sonra həkim olmaq istədiklərini təkrar anlayırlar. Gedib imtina verir, universitetin həmin fakültəsindən çəkilirlər. Statistika həmçinin bunu da göstərir”. 

Məzahir Məmmədli vurğulayır ki, ağrılı hallardan biri qəbul vaxtı valideynlərinin təzyiqi ilə ixtisas seçməyə məcbur qalan abituriyentlərin olmasıdır.

“Onlar əmək bazarında, hər hansı bir yerdə özlərinə görə bilmirlər deyə qabaqcadan qərar verirlər ki, biz hazırlaşıb yenidən imtahan verək. Ümumiyətlə, səbəblər çoxdur. Mən düşünürəm ki, əgər dövlət təhsil tələbə kreditilə bağlı bir şey düşünürsə, tələbənin rifahını yaxşılaşdırmaq, onların təhsilini başa çatdırmağa kömək etmək və s kimi bir şeylər düşünürsə, universitetlərin kampusunu da düşünməlidir ki, heç olmasa özlərinin yataqxanaları olsun, kirayədən azad olsunlar. Tələbələr müəyyən xərclərdən azad olmalıdır. Təəssüflər olsun ki, bu gün sadəcə tələbələrin yox, onların validenlərinin də maddi asılılığı var, ailə büdcəsini təmin edə bilmirlər.  Bu tələbələr üçün güzəştli maliyyə xərcləri, məsələn, avtobus, metro, müəyyən iaşə obyektlərindən yəni, muzeylərdən və s heç olmasa pulsuz və ya güzəstlə yararlana bilsinlər ki, təhsillərini yarımçıq qoyub getməsinlər”.

Share on Facebook