907-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 907-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 599 350 hərbçi, 8 508 ədəd tank, 16 480 ədəd zirehli döyüş maşını, 17 056 ədəd artilleriya sistemi, 1 161 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 923 hava hücumundan müdafiə sistemi, 367 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 22 992 ədəd avtomobil texnikası, 13 752 ədəd PUA, 2 432 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 846 xüsusi avadanlıq itirib.

Share on Facebook