Cengiz Çandarın tv24.com-da 8 martda yazdığı “Türkiye baharı” başlıqlı yazısında “Hak, Hukuk, Adalet” şüarı yer alıb. Türkiyənin qocaman qələm sahiblərindən və siyasəti çox yaxşı bilən azsaylı şəxslərdən bir olan Cengiz Çandar bəy çox gözəl bilir ki, hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir yerdə bahar ola bilməz. Xristian dünyasının bu günki inkişaf səviyyəsinə görə minətdar olmalı olduğu şəxslərdən biri, Avqustin Avreli hələ 16 əsr öncə, V əsrdə yazırdı ki, “Hüquq və ədalət olmayan bir dövlət böyük bir quldur dəstəsindən başqa bir şey deyil”. Türkiyə başda olmaqla bizim çoğrafiyanın hüquqa və ədalətə ehtiyacı var. Hüququn olmadığı, ədalətin olmadığı, haqların tanınmadığı bir çoğrafiyada sülh və rifah ola bilməz. Qəbiristanlıq sükutu ola bilər, amma sülh olmaz. Zənginlik ola bilər, amma rifah olmaz. Cənubi Qafqazdan Şimali Afrikaya kimi uzanan Böyük Yaxın Şərqdə sülhün və rifahın yaranması, azadlıqların bərqərar olması Türkiyədə avtoritarizmə qarşı başlayan demokratiya mübarizəsinin nəticəsindən çox asılıdır. Prezident seçkilərində Ərdoğana qalib gəlmək olar. Amma bu demokratiyanın dərhal bərqərar olacağı anlamına gəlmir. Seçki demokratikləşmə üçün yalnız başlanğac ola bilər. Gəncliyi İsmət Paşanın, bütün şüurlu ömrü Türkiyə siyasətində keçmiş Altan Öymən son müsahibəsində HDP faktouna diqqət çəkərək xəbərdarlıq edir ki, HDP-ni yox sayaraq xoşbəxt sonluğa çatmaq olmaz. Türkiyə Böyük Millət Məclisində üçüncü böyük partiya olan HDP-nin siyasi proseslərdən kənarlaşdırılması bundan sonra daha ağır nəticələr verə bilər. Türkiyədə “Hak, Hukuk, Adalet”-in qələbəsi İranda “Azadlıq, Ədalət, Milli hökumət”in yolunu açacaqdır. Gerçək Türkiyə baharı yalançı Ərəb baharından fərqli olaraq Böyük Yaxın Şərqdə yeni mərhələnin başlanğacı ola bilər. Xəqani Cəfərli, politoloq
Gürcüstan parlamentinin “Xarici agentlər” haqqında qanun layihəsini təsdiqləməsindən sonra bu gün yenidən etiraz aksiyaları davam etdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Akakiy Minaşvili məlumat verib. Onun sözlərinə görə, etirazçılar Tiflisin Rustaveli meydanına toplaşmağa başlayıblar: “Gürcüstan vətəndaşları olan fəallar müxtəlif yerlərdən parlamentə doğru hərəkət edirlər. Bu gün saat 19:00-da baş tutacaq genişmiqyaslı aksiyaya müxtəlif peşə və idarələrin nümayəndələri qoşulacaq”. *** Gürcüstan xüsusi təyinatlıları parlamentin qapısı qarşısında etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib. Etirazçılar qanunverici orqanın binasının darvazalarına yaxınlaşıb.
Hazırda Gürcüstan parlamenti qarşısında etiraz aksiyası davam edir. Gürcüstan mətbuatı xəbər verir ki, etirazçılar parlament binasını mühasirəyə almaq istəyirlər. Buna görə parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Aksiya iştirakçılarının tələbi hökumətin “xarici agentlər” qanununu geri çəkməsi və saxlanılanların buraxılmasıdır. Xatırladaq ki, ötən gündən başlayan aksiyada saxlanılanların sayı 76-ya çatıb.
Çexiyada oğurlanan ingilis cinsindən olan “Zazu” adlı atın qiyməti 18 min yox, ən azı 10 milyon dollardır. Redaktor.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Çexiyada atının oğurlanması haqda Teleqram kanalında qeyd edib. Kadırov bildirib ki, 2014-cü ildə tətbiq edilən ilk sanksiyaya Zazu aid edilib: “Təmizqanlı ayğır demokratik Qərbin ilk zərbəsini öz üzərinə götür Onun sözlərinə görə, at oğruları “unikaldırlar”: sanksiya altında olan atı oğurlayacaq qədər axmaq, polisin onları tapmayacağı qədər hiyləgərdirlər: "İnanmıram. Gözəl və nəcib bir heyvanın əziyyət çəkməsi ayıbdır. Zazunun pis əllərə düşə biləcəyindən narahatam".
Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti hissəsi bu gün təyyarə ilə ölkəmizə qayıdıb. FHN -nin mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıb. Türkiyəli diplomatlar Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.
Ermənistan Hindistanda bu ölkədən almaq istədiyi "MArG 155/39" özüyeriyən haubitsasını sınaqdan keçirib. Bu haqda Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edək ki, Ermənistan Baş Qərargah rəisi, general-mayor Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti iki gün öncə Hindistanda rəsmi səfərdə olub. Səfər zamanı hərbi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
5 nömrəli Uşaq Vərəm Sanatoriyası cari ilin fevral ayının 27-də və mart ayının 2-də 3 lot üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Sozcu.az xəbər verir ki, bu satınalmaların ümumi məbləği 82.715 manat təşkil edib. Dövlətin pulu nəyə xərclənir? Sanatoriyanın keçirdiyi satınalmalarda şişirdilmiş rəqəmlərə rast gəlinir. Belə ki, Sanatoriyanın “İstehlakyönlü müxtəlif xidmətlər” lotu üzrə yekun vurduğu satınalma “8 mart” qadınlar günü münasibəti ilə keçiriləcək tədbirlə bağlıdır. Bu satınalmanın məbləği 40.168 manatdır. Satınalmanın qalibi isə “VİOLET-F” Məhdud Məsuliyyətli Cəmiyyətidir. “VİOLET-F” MMC 2022-ci ilin iyul ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Bəşirov Fuad Əlişah oğludur. “VİOLET-F” MMC-nin maddi-texniki bazası, fəaliyyət profili, müvafiq lisenziyaları barədə heç bir məlumat yoxdur. Dövlətin 40 min manatdan artıq vəsaitini tibb müəssisəsinin hansı işlərə xərclədiyinin siyahısına nəzər yetirək: 1. Ssenarinin yazılması və tədbirin hazırlanması 2. Musiqi qrupunun iştirakı (5 nəfər) 3. Zalın bazədilməsi, gül çələngi (təbii güllərdən) 4. Helium şarlar (rəngli) (100 ədəd) 5. Aparıcı 1 nəfər 6. Səsgücləndirmə musiqi alətləri, mikrofonun quraşdırılması və kirayəsi Qeyd edilən işlərə büdcədən 40 min manat vəsaitin xərclənməsi səlahiyyətli orqanların ixtiyarına buraxıb keçək sanatoriyanın digər satınalmalarına… “Otkad”da adı hallanan MMC ilə işbirliyi? 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının 2023-cü ilin fevral ayının 27-də “Çirkab mayelərin daşınması” və “İçməli suyun alınması” lotu üzrə yekun vurduğu satınalmalarda da çox ciddi şübhəli məqamlar var. Bu satınalmaların ümumi məbləği 42.547 manat təşkil edir. Hər iki lotun qalibi “OPPONENT-2019” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “OPPONENT-2019” 2019-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı isə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 9, mənzil 56 ünvanıdır. “OPPONENT-2019” MMC-nin qanuni təmsilçisi Allahverdiyev Ruhin Səxavət oğludur. Əldə etdiyimiz məlumata görə əslən Cəbrayıl rayonundan olan Allahverdiyev Ruhin Səxavət oğlu Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydiyyatdadır. Onun adına xeyli sayda MMC-lərin rəsmiləşdirildiyi və bu MMC-lərin dövlət satınalmalarında “otkad” məqsədlərlə istifadə edildiyi deyilir. Qlobal.az məsələ ilə əlaqədar 5 nömrəli Uşaq Vərəm Sanatoriyasından mövqe öyrənə bilməyib. Qeyd edək ki, 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının direktoru Cavadova Ruhəngiz Kamil qızıdır.(Qlobal.az)
Abşeron yarımadasında artıq ciddi su qıtlığı yaşanır. Təsadüfi deyil ki, “Azərsu” ASC bəzi ərazilərə suyun verilməsini qrafik əsasında aparır. Səbəbsə Bakı və Sumqayıtın suya olan ehtiyacını ödəyən Ceyranbatan su anbarında suyun kəskin azalmasıdır. Bunun da səbəbi anbara ötürülən suyun həcmi ilə bağlıdır. Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, su qıtlığının tək səbəbi ölkəmizə yağıntıların az düşməsidir: “Düşən də qar şəklində düşür. Onun da əriməsi zaman istəyir. Azərbaycanda, onsuz da, yağıntılar qışın axırı, yazın əvvəlləri başlayır. Amma ona kimi dözmək mümkün deyil. Taxıl sahələri və digər yazlıq əkinlər suvarma suyu istəyir. Çox təəssüf ki, bütün su mənbələrində su azalıb. O cümlədən də Ceyranbatan su anbarında yığılan suyun səviyyəsi çox düşüb. Suyun azalması həm də ekoloji fəlakət yaradır. Çünki Ceyranbatan su anbarında canlılar var ki, onlar suyu təmizləyir, suya öz qatqılarını verirlər. Suyun səviyyəsi düşdüyündən həmin canlıların da məhvolma təhlükəsi artır”. Ekoloq onu da qeyd edib ki, Taxtakörpü su anbarında da suyun səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli düşüb: “Hələ Samur çayını demirəm. SSRİ dövründə Samurun su ehtiyatının 75 faizini biz istifadə edirdik. Amma indi bu rəqəm 50 faizə düşüb. Bu da əlavə çətinlik yaradır. Əgər quraqlıq daha bir ay davam etsə, ölkə çox ciddi problemlərlə üz-üzə qalacaq. Amma aprelin ikinci yarısından qarın əriməsi ilə bağlı müəyyən ehtiyat olacaq. O vaxtadək dözmək lazımdır”.
“Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma hazırlaşır, çünki şəhər mühasirəyə alınmamalıdır”. Sozcu.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. “İlk növbədə xalqımız haqqında düşünməliyik, heç kəs mühasirəyə düşməməlidir, çünki bu, çox vacibdir”, - o vurğulayıb. V.Zelenski əlavə edib ki, Ukrayna hərbçilərin həyatı haqqında düşünməli, eyni zamanda əks-hücuma hazırlaşmalıdır.
Yazıçı Kəramət Böyükçöl ün səhifəsində "Ərdoğan, yoxsa Kilıçdaroğlu?" Başlığı ilə sorğu keçirilib. 5 min nəfərdən çox insan sorğuya münasibət bildirib. Keçirilən sorğuda Ərdoğan irəlidə olsa da, Kamal Kilıçdaroğlu kifayət qədər səs toplayıb. Azərbaycan müstəqilliyini qazandıqdan sonra Azərbaycanda, Türkiyədə fəaliyyət göstərən siyasi partiyalar arasında yeganə nüfuz sahibi olan partiya MHP olubdur. MHP - dən sonra, partiyası elə də ciddi tanımamasa da, siyasi lider olaraq Rəhmətlik Nəciməddin Ərbakan nüfuzlu siyasətçi olaraq hörmətlə qəbul olunub. . Ərdoğanın hakimiyyətindən sonra Azərbaycanda MHP -nin yerini AKP tutmağa başladı. Tədricən Azərbaycan ictimai şüurunda AKP, MHP - ni sıxışdırdı və MHP ciddi şəkildə gerilədi. AKP hakimiyyəti dövründə Türkiyədə olan siyasi liderlərin içində azərbaycanlıların ictimai şüurunda Nəciməddin Ərbakanın yerini Boyuk Birlik Partiyasının lideri, rəhmətlik Möhsün Yazıçıoğlu tutmağa başladı. Möhsün Yazıçıoğlunun partiyası kifayət qədər tanınmasa da, siyasi xadim olaraq özü kifayət qədər rəğbət göstərilən lider idi. Onu da qətlə yetirdilər. Ruhu şad olsun. CHP- yə gəlincə, CHP heç vaxt Azərbaycanda indiki qədər rəğbət göstərilən siyasi partiya olmayıb. AKP- MHP ittifaqından sonra, Türkiyədə baş verən anti - demokratiya siyasəti Azərbaycanda CHP- ni əsas Türkiyə partiyası halına gətirdi. Bu, Türkiyədən kənar bir türk dövlətində nüfuz qazanmaq baxımından CHP üçün ciddi uğurdur. 44 günlük savaş olmasa idi, AKP - nin Azərbaycanda ümumiyyətlə nüfuzu olmayacaqdı. 44 günlük savaşın da pərdəarxası oyunları və detalları barədə hələ də xalqın ümumi düşüncəsi və bu savaşdan sonra strateji olaraq itirdiklərimiz və qazancımız barədə doğru fikir formalaşmayıb. İdeoloji baxımdan solçu olan CHP - nin Azərbaycanda milliyətçilərin və demokratların rəğbətini qazanması, Azərbaycan xalqının demokratiya həsrətində olduğunu və demokratiyaya verdiyi dəyərin göstəricisidir. Bu, CHP - nin ciddi uğuru və Azərbaycan xalqının fərəh gətirən münasibətidir. Hətta, Azərbaycanda milliyətçi kəsimin gözündə MHP - nin yerini dolduran İYİ Partiya və hər bir milliyətçinin sevimlisi Meral Akşener xanımın "altılı masa"dan geri çəkilməsi, bir neçə günün içində onun nüfuzunun sıfırlanmasına gətirib çıxartdı. Buna görə də sorğuda Ərdoğanın irəlidə olması yox, Kamal Kilıçdaroğlunun kifayət qədər nüfuz qazanması diqqət çəkən məsələ olmalıdır. Azərbaycanda hamının bildiyi səbəblərə görə, Ərdoğana münasibət Türkiyə xalqının münasibəti ilə xeyli dərəcədə fərqlənir. Ərdoğan istər Azərbaycanda , istərsə də Türkiyədə kifayət qədər reytinq ikisinə məruz qalıb. Bu sorğudan mənim çıxardığım nəticə budur ki, xalqımızın ən böyük arzusu demokratiyadır. Azərbacan xalqı demokratiyaya həsrətdir. CHP Türkiyədə demokratik seçki ilə hakimiyyətə gələ bilsə, Azərbaycan xalqının düşüncələrində ciddi təsir edəcək. Necə ki, İstanbul seçkilərində xalqımız Ərdoğanın yox, haqqı pozulan Ekrem İmamoğlunun yanında oldu. Qarşıdan gələn seçkilər qardaş Türkiyə üçün xeyirli olsun. Elşən Əlisoy
"Vaqner” muzdlu hərbi təşkilatı Baxmutda ciddi şəxsi heyət itkisi verib”. Bu barədə CNN məlumat yayıb. Bildirilib ki, “Vaqner” ərazidə həmçinin texniki dəstəyini də itirib: “Vaqner”çilər arasında ölənlər Rusiya Silahlı Qüvvələrinə nisbətən dəfələrlə çoxdur. Bunun əsas səbəbi isə “Vaqner”çilərin ərazidə üstünlük təşkil etməsidir. Rəsmilər Baxmutun nə Rusiya, nə də Ukrayna üçün əhəmiyyətli olduğunu deyir. Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabrda Baxmuta səfəri bu məsələni siyasiləşdirdi”. Qeyd edək ki, rəsmi Kiyevin məlumatına görə, Baxmutda gərgin döyüşlər gedir.
12:52 Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub. Sozcu.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Latviya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib. Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər. *** Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub. Azərbaycan və Latviyanın dövlət başçıları söhbət zamanı bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırladılar, həmin görüşdə aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafında rolunu qeyd ediblər. Prezident İlham Əliyev Latviyaya səfərini xatırlayıb. Görüşdə Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib, Latviyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Həmçinin Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanla münasibətlərdə əlaqələndirici rolunda çıxış etdiyi vurğulanıb. Latviya Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə toxunaraq Hərəkatın Bakıda keçirilmiş son zirvə toplantısını qeyd edib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi barədə məlumat verən dövlətimizin başçısı bu ilin sonunda başa çatacaq Azərbaycanın sədrliyinin çox yaxşı irs qoyduğunu bildirib. Azərbaycan Prezidenti sədrlik dövründə Hərəkatın təsisatlanması istiqamətində aparılan işləri qeyd edib, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlərin yaradıldığını deyib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin iştirakını bunun bariz təzahürü kimi qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə aparılan danışıqlar prosesini və Brüssel sülh gündəliyini dəstəklədiyini deyib. Egils Levits dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq hüququn ölkəsinin xarici siyasətinin təməl prinsipi olduğunu deyərək, bu xüsusda Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol barədə danışılıb, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib. Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində Latviya şirkətlərinin iştirakı, bərpaolunan enerji, turizm, İKT, süni intellekt və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. *** Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyev deyib: - Cənab Prezident. Əziz qonaqlar. Xanımlar və cənablar. Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Prezidentini qəbul etməkdən çox məmnunam. Biz bu yaxınlarda Davosda görüşdük. Mənim dəvətimi qəbul edib, ölkəmizə səfərə gəldiyinə görə cənab Prezidentə minnətdaram. Sabah biz X Bakı Qlobal Forumunda bir yerdə olacağıq. Həmçinin mən bu fürsətdən istifadə edərək belə mühüm beynəlxalq tədbirdə iştirak etdiyinə görə cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür. Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir. Yadımdadır, sonuncu dəfə belə görüş ötən il baş tutub. Hesab edirəm ki, siyasi dialoq və iqtisadi əməkdaşlıq aramızda sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir. Həmçinin Latviya Avropa İttifaqı və Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır. Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq razılaşma Avropa İttifaqı Komissiyasının xanım sədrinin iştirakı ilə ötən ilin dekabr ayında Buxarestdə imzalandı. Bir sözlə, bu, Cənub Qaz Dəhlizi kimi meqalayihənin başa çatmasından dərhal sonra sözün əsl mənasında digər qlobal meqa layihədir. Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq. Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şaxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq. Lakin əlbəttə, təkcə enerji təhlükəsizliyi Azərbaycanı Avropa ilə birləşdirmir. Daşımalar, təhsil, ticarət kimi digər sahələr də var. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Birmənalı olaraq, gələn illərdə Avropa İttifaqı ilə ticarət həcmi artacaq. Çünki artıq söylədiyim kimi, biz qaz təchizatımızı artıracağıq, yaşıl enerji mənbələrindən elektrik enerjisinin ixracına bu yaxınlarda başlayacağıq. Bir sözlə, Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynamışdır. Bu, o cümlədən Azərbaycan və NATO arasında əməkdaşlığa da aiddir və o, çox uğurla inkişaf edir. Biz latviyalı dostlarımıza belə davamlı dəstəyə görə çox minnətdarıq. İkitərəfli münasibətlərə gəldikdə, nəzərdən keçirəcəyimiz bir çox məsələlər var. Bu vaxta qədər gündəlik kifayət qədər genişdir. Bu gün mən, həmçinin cənab Prezidentə Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumat verdim. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək. Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir. Ümid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Ermənistan tərəfindən görəcəyik və onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə, Azərbaycan əraziləri azad olundu. Biz bunu güc tətbiqi ilə etdik. Əfsuslar olsun. Halbuki, Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrlə də edə bilərdik. Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq, düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sıx əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sıx əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurla inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Bizdə müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Hazırda buna son qoyulmalıdır və əgər bu baş tutarsa, onda keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq. Cənab Prezident, bizimlə olduğunuza görə sizə bir daha minnətdarıq. Dəvətimi qəbul etdiyinizə görə təşəkkür edirəm. Sizə Azərbaycanda xoş səfər arzulayırıq. Sonra Latviya Prezidenti bəyanatla çıxış edib. Prezident Egils Levits deyib: - Prezident Əliyev. Məni Azərbaycana səfərə dəvət etdiyinizə görə minnətdaram. Biz iki ay öncə Davosda görüşdük. Biz diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etməyi planlaşdırırıq. Otuz il ərzində ikitərəfli münasibətlərimiz çox yaxşı və uğurla inkişaf edib. Aramızda təşviq edə biləcəyimiz bir çox ikitərəfli məsələlər var, o cümlədən biz qlobal, beynəlxalq səviyyədə əməkdaşlıq etməliyik. İqtisadi münasibətlərimizə gəldikdə, ötən il tendensiya müsbət olub. Bu gün Latviya və Azərbaycanın iş adamları arasında, həmçinin biznes-forum olacaq. Biz İKT, ağıllı enerji, yaşıl texnologiyalar və artıq qeyd etdiyiniz kimi, nəqliyyat və daşımalar sahəsində imkanların nəzərdən keçirilməsində maraqlıyıq. Həmçinin bəyan edə bilərəm ki, milli aviaşirkətimiz “airBaltic” bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır. Beləliklə, Latviya turistlərinin Azərbaycana gəlməsi və Sizin vətəndaşların Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq. İkitərəfli səviyyədə əlaqələrlə bağlı demək istərdim ki, Avropa İttifaqının (Aİ) üzv dövləti kimi Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır. Latviya Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu alqışlayır. Hazırda Azərbaycan Avropa İttifaqına enerji təchizatının şaxələndirilməsində və Aİ-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynayır. Biz, həmçinin bərpaolunan enerji sahəsində daha sıx əməkdaşlıq etmək arzusundayıq. Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə, Siz artıq NATO çərçivəsində əməkdaşlığa toxundunuz. Latviya səfirliyi NATO-nun Azərbaycanda əlaqələndiricisi funksiyasını yerinə yetirir və biz Bakıdakı səfirliyimizin həmin mandatını 2024-cü ilədək uzadacağıq. Görürəm ki, Azərbaycan və NATO arasında təhlükəsizlik məsələləri üzrə daha sıx əməkdaşlığa dair qarşılıqlı maraq var. Ukraynadakı vəziyyətə gəldikdə bildirmək istəyirəm ki, Latviyanın xarici siyasətinin təməlində beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə hörmət dayanır. Ona görə də biz Ukraynaya qarşı bu səbəbsiz və əsassız təcavüzü pisləyirik. Latviya Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəkləyir. Biz, həmçinin humanitar yardım da göstəririk. Göstərilən yardımın toplam həcmi bizim ÜDM-in 1 faizini təşkil edir. Ukraynadakı vəziyyətin hansı məcrada cərəyan edəcəyini gözləyirik. Ancaq onu deyə bilərəm ki, davamlı sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır. Biz beynəlxalq hüquqa müdaxiləyə və onun tapdalanması nəticəsində bu vəziyyətin uzunmüddətli dondurulmuş münaqişəyə çevrilməsinə imkan verə bilmərik. Cənab Prezident, biz BMT üzvlərinin əksəriyyətinin, yəni, 120-dən artıq üzvü olan platformanın - Qoşulmama Hərəkatının sədri kimi ölkənizin rolunu yüksək qiymətləndiririk. Bildiyiniz kimi, biz 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədliyimizi irəli sürəcəyik. Ümid edirik ki, bu məsələdə Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini qazanacağıq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərindən çıxış edən ölkələrdən ibarət vacib qurumdur. Çünki bütün dövlətlər sülhdə maraqlı olmalıdır, sülh isə beynəlxalq hüquqa əsaslanır. Siz isə Hərəkatın hazırkı sədri kimi olduqca əhəmiyyətli rol oynayırsınız. Onu da deyə bilərəm ki, Latviya Avropa Şurasında sədrliyi öz üzərinə götürəcəkdir və bizim ölkələr Avropa Şurasının üzvüdür. Azərbaycan bizim ilk sədrliyimiz dövründə təşkilata üzv olmuşdur. Görürük ki, Avropa Şurasının genişləndirilməsi kifayət qədər uğurlu olmuşdur. Biz bütün üzv ölkələrin maraqları naminə Avropada demokratiyanın və qanunun aliliyinin gücləndirilməsinin müzakirəsini davam etdirəcəyik. Mən məmnuniyyətlə sabah “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda təşkil olunacaq X Bakı Qlobal Forumunda iştirak edəcəyəm. Bu gün həqiqətən həm çağırışlar, həm də ümidlər var. Hesab edirəm ki, sabahkı müzakirələrdə biz ümidlərin qalib gələcəyinin şahidi olacağıq. Cənab Prezident, bu Qlobal Forumu dəstəklədiyinizə görə sağ olun. Çünki həmin Forum çərçivəsində müxtəlif regionları və mədəniyyətləri təmsil edən hazırkı və sabiq liderlər toplaşaraq cari problemləri müzakirə edə bilirlər. Həmçinin Sizin tövsiyələrinizə ehtiyacımız var. Mən mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın və Sizin rolunuza dərin hörmət bəsləyirəm. Çünki bu Forumda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik nümayəndələr iştirak edirlər. Ümumiyyətlə, bu, vacib bir Forumdur. Cənubi Qafqazda sülh prosesinə, Azərbaycan və Ermənistana gəldikdə, artıq qeyd etdiyim kimi, biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir. Hesab edirəm ki, belə bir sülh sazişinə nail olunmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik. Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın. Beləliklə, cənab Prezident, dəvətinizə və çox səmimi, maraqlı müzakirələrə görə Sizə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ilk səfərimdir və mən onun sabit və firavan ölkə, Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu görürəm. Cənab Prezident, çox təşəkkür edirəm. Prezident İlham Əliyev: Təşəkkürlər. *** Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Egils Levitsin rəsmi lanç əsnasında geniş tərkibdə görüşü olub.
Bidzina İvanişvili tarixin təkərini geri döndürməyə çalışır, amma altında qalacaq. Rusiyanın ən yaxın müttəfiqlərinin belə ondan uzaqlaşmağa meylləndiyi, Gürcüstanın milli ideyasına çevrilmiş, eyni zamanda konstitusion bir tələb olan avrointeqrasiyanın heç vaxt olmadığı qədər üfüqdə göründüyü bir mərhələdə Moskvaya yanaşaraq bu prosesi baltalamağa çalışmaq absurdizmin zirvəsidir. Üç aqressiv gənci (Qaribaşvili-Kobaxidze-Kaladze) səhnəyə çıxarıb, pərdə arxasından onları yönləndirən qoca oliqarxın hansı güc mərkəzinə güvəndiyi sirr deyil – rus qoşunları Tiflisdən cəmi 100 km aralıda dayanıb. Lakin bu, çox riskli oyundur. Hökumətin antikonstitusion müstəviyə keçməsi xalq inqilabına legitim zəmin yaradır. Müxalifət cəbhəsində dağınıqlığın hökm sürməsinə baxmayaraq, xalqın mütləq əksəriyyəti, xüsusən gənclik avroatlantik inteqrasiya milli ideyasına bağlıdır və ölkədə Kreml himayəsində sərt avtokratik rejim qurulmasına razı olmayacaqlar. Yeni Georgiyevsk traktatı mümkün deyil. Ölkədə rusca bir kəlmə də bilməyən gənclik yetişib. İvanişvili artıq Gürcüstanın keçmişidir. Saakaşvili də o cümlədən... Şahin Cəfərli, politoloq
"Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono deyib. Onun sözlərinə görə, rəsmi İrəvan və Bakı arasında sülhün yeganə yolu dialoqdur: “Biz uzunmüddətli və balanslı olacaq sülhün bərqərar olması üçün tərəflərlə, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə yaxından işləməkdən başqa yol görmürük. Bizim etməyə çalışdığımız şey sülhə gedən yolu asanlaşdırmaqdır”. L.Bono bildirib ki, tərəflər sülh müqaviləsinin mətnini və şərtlərini özləri hazırlamalıdırlar: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür".
Ali Məhkəmənin sədri postunda səlahiyyət müddəti başa çatan Ramiz Rzayev yaxın günlərdə öz postu ilə vidalaşacaq. 70 yaşlı Ramiz Rzayev kollektivlə vida görüşünü keçirib. Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Rzayevin yerinə təyin olunacaq şəxsin də kimliyi müəyyən olunub. Bu, Ali Məhkəmə sədrinin birinci müavini Çingiz Əsgərovdur. Qeyd edək ki, uzun illər Prezident Administrasiyasında çalışan Çingiz Əsgərov həm də Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi olub.
Rusiyanın şərqində yerləşən Kamçatka diyarında 6,1 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Zəlzələ yerin 59 kilometr dərinliyində meydana gəlib.
İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlıları tibbi yardım göstərməyib; qanunsuz silahlı dəstələrin hərbi nəqliyyatını sülhməramlı kontingentin müşayiət etdiyi sübutlarda... Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanılması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qanunsuz erməni silahlı dəstələrinin hərbi daşımalarına dair yeni görüntülər əldə edilib. Görüntülər “Caliber” kanalında yayılıb. Kanal bildirir ki, görüntülər martın 7-də qeydə alınıb. Videoda qanunsuz silahlı dəstələrin hərbi nəqliyyatının Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi görünür. Kadrda Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus “Ural” yük maşını və su çəni olan “KamAZ”, sonda isə üzərində Rusiya bayrağı olan BTR-82A zirehli maşınının hərəkəti əks olunub. Məsələ ilə əlaqədar Azərbaycan tərəfi Rusiya sülhməramlılarına da xəbərdarlıq edib. Diqqətə çatdırılıb ki, üçtərəfli bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir. Bəzi ekspertlərin fikrincə, Qarabağdakı erməni silahlı dəstələri birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir və silahlandırılır. Ermənistan 44 günlük müharibədə məğlub olsa da, Qarabağda olan separatçılara hələ də öz dəstəyini göstərir. Amma o da sirr deyil ki, erməni silahlı dəstələri rus sülhməramlılarının gözü önündə mövqelərini gücləndirir. Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, 10 noyabr sazişinin 4-cü bəndi yerinə yetirilməyib. Təbii ki, baş verənlərdə rus sülhməramlılarının da birbaşa məsuliyyəti var. Necə olur ki, Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazidən ermənilər silah-sursat daşıyır, onlar isə bunun qarşısını almırlar. Yeri gəlmişkən, Müdafiə Nazirliyi bildirib ki, insident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilib", - rəsmi açıqlamada qeyd olunub. Yada salaq ki, Paşinyan hökuməti bir müddət əvvələdək Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edirdi, hətta onların BMT sülhməramlı kontingenti ilə əvəzlənməsini istəyirdilər. Belə görünür ki, Qarabağda gərginlik indilikdə təkcə İrəvanın deyil, sülhməramlı kontingentin də maraqlarına uyğundur. Sülhməramlılar Paşinyanın əmrində, separatçı ermənilərin xidmətində deyilsə, o halda erməni silahlılarının dərhal Qarabağdan çıxarılmasını təmin etməli, İrəvanın işğalçılıq maraqlarına uyğun addımlar atmaqdan çəkinməli deyilmi? Prosesin indiki vəziyyətdə davam etməsi haraya aparır? Rusiya tərəfi Azərbaycana qarşı törədilmiş təxribatı niyə görməzdən gəlir? Murad Sadəddinov Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, 5 martda Şuşa yaxınlığında baş vermiş hadisəyə gətirib çıxaran əsas səbəbkar Rusiyanın ərazidə yerləşən sülhməramlı qüvvələridir. Ona görə ki, Rusiya tərəfi 10 noyabr üçtərəfli bəyanatına əsasən bölgəyə sülhməramlılarını daxil edərkən paralel olaraq erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını təmin etməli idi. Amma iki ildən artıqdır Rusiya sülhməramlı qüvvələri bəyanatın bu tələbini yerinə yetirməyiblər: “Ona görə də əslində sülhməramlı qüvvələr əgər erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasını təmin etmədikləri üçün onların özlərinin orada qalması qanunsuzdur. Çünki sülhməramlıların ərazidə yerləşməsi, dediyimiz kimi, erməni silahlı birləşmələrinin tərk-silah edilməsi və Qarabağdan çıxarılması ilə paralel həyata keçirilməli idi. Rusiya sülhməramlılarının bunu etməməsi gətirib indiki gərginliklərə, erməni təxribatlarına çıxarıb. Erməni silahlı birləşmələrinin, erməni terror qruplarının orada qalması, fəaliyyət göstərməsi, hərəkətləri Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Ermənilər bundan ruhlanırlar və təxribatlar törədirlər. Martın 5-də həyata keçirdikləri təxribat da bundan qaynaqlanır. Rusiya sülhməramlı qüvvələri Ermənistandan separatçı ermənilərə silah, mərmilər, minalar daşınmasına açıq-aşkar şərait yaradır. Bütün qanunsuz daşımalar məhz rus sülhməramlıların gözləri qarşısında reallaşdırılır. Bu vəziyyəti Azərbaycan uzun müddətdir müşahidə edirdi və bu barədə istər sülhməramlıların komandanlığına, istər Moskvaya, istər Brüsselə və digər beynəlxalq təşkilatlara məlumat verib, bu qanunsuzluğa son qoyulması tələbini irəli sürüb. Amma bütün bunlara baxmayaraq ermənilərin bu qanunsuzluqlarının qarşısı alınmayıb”. Politoloq qeyd etdi ki, Azərbaycan tərəfi öz suveren hüquqlarına uyğun olaraq, BMT nizamnmasindəki prinsipləri əsas götürərək öz ərazisində qeyir-qanuni daşımalar həyata keçirilməsinin qarşısını almaq istiqmətində qanuni tədbir görüb: "Amma Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlama və bülletendə birmənalı olaraq qanunsuzluğa, təxribata yol verən erməni separatçılarının mövqeyindən çıxış edilir. Bu, artıq tamamilə təsdiqləmiş oldu ki, ermənilərin qanunsuzluqlarının, təxribatının arxasında Rusiya sülhməramlı qüvvələri durur. Ona görə də Azərbaycan cəmiyyəti artıq Rusiya sülhməramlı qüvvələrinin ərazilərimizi tərk etməsi tələblərini dilə gətirir. Rusiya bu vəziyyətin geniş miqyas almasını istəmirsə, sülhməramlı qüvvələrinin separatçı ermənilərin xidmətində olmadığını sübut etmək istəyirsə, ilk növbədə erməni silahlılarının dərhal Qarabağdan çıxarılmasını təmin etməli, İrəvanın işğalçılıq maraqlarına uyğun addımlar atmaqdan çəkinməlidir. Əks halda, Azərbaycanın öz ərazisində suveren hüquqlarını təmin etməsi üçün yenə də vaxt gəlib çatır. Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini güc yolu ilə həyata keçirdiyi kimi, bu dəfə 10 noyabr üçtərəfli bəyanatının tələbini öz gücü ilə təmin etməlidir və edəcək. Çünki Rusiya sülhməramlı qüvvələri öz üzərlərinə düşən öhdəliyi ya qəsdən yerinə yetirmirlər, ya da yerinə yetirmirlər. Sülhməramlıların etməli olduğunu Azərbaycanın güc strukturları edər. Azərbaycan Laçın yolunun yalnız humanitar məqsədlər üçün istifadə olunmasını təmin etməlidir və edəcək. Bunun alternativi yoxdur”. Tofiq Zülfüqarov Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edib ki, Rusiya Qarabağda yerləşdirdiyi sülhməramlılardan öz məqsədi üçün istifadə edir: “Rusiya siyasətinin əsas məqsədi iki ölkə arasında münaqişənin davam etməsindən ibarətdir. Onlar bu və ya digər vasitələrlə hər iki ölkəyə təsir etmək niyyətindədir. Rusiya sülhməramlıları da bu siyasətin alətidir. Azərbaycan sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratsa, onların orada imkanları kəskin şəkildə azalacaq. Yəni onlar istədiklərini edə bilməyəcəklər. Hesabat texniki sənəddir və siyasi ağırlığı yoxdur. Onların bu cür hesabat verməyi də normaldır. Yəni biz məgər Rusiya sülhməramlılarından ədalətli mövqe gözləyirik? Azərbaycan Müdafiə Nazirliyi baş verən hadisələrlə bağlı hansı hesabatı verirsə, mənim üçün bu yetərlidir. Yəni Ermənistanın və Qarabağda yerləşən rus sülhməramlılarının yaydığı informasiyanın heç bir əhəmiyyəti yoxdur”. Elman Məmmədov Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, Rusiya tarixin heç bir dövründə bölgədə sülhün olmasını istəməyib: “Onlar bilirlər ki, bölgədə sülh olsa, Rusiya sülhməramlılarına ehtiyac olmayacaq. Təbii ki, Rusiya da bunun olmasını istəmir və bir növ bölgəyə nəzarət etmək fikrindədir. Rusiya hər zaman Azərbaycanla Ermənistan arasında gərginliyin olmasına çalışıb. Təbii ki, Rusiya bizim qonşumuzdur, ancaq qeyd olunan məqamlar reallıqdır”. Elman Məmmədovun fikrincə, rus sülhməramlıları təxribatla bağlı hesabat verməməklə öz günahlarını gizlədir: “Ekoaktivistlərimizin Laçın-Xankəndi yolunda dinc aksiya keçirməsindən sonra həmin yolla separatçılara silah daşınmasının qarşısı alınıb. Bunu görən separatçılar alternativ yollarla Ermənistandan silah daşımaq istəyib. Mən həmin ərazini çox yaxşı tanıyıram. Onların gəldiyi alternativ yola da Rusiya sülhməramlıları nəzarət edir. Sülhməramlıların razılığı olmadan heç bir yük maşını oradan rahat keçə bilməz. Sülhməramlıların öz hesabatlarında separatçıların törətdiyi insident haqqında məlumat qeyd etməməsi isə birbaşa olaraq öz günahlarını ört-basdır etməkdən ibarətdir. 10 noyabr sazişində qeyd olunur ki, Rusiya sülhməramlıları Qarabağda olan silahlı dəstələri çıxarmalıdır. Onlar bu müddəanı yerinə yetirmək əvəzinə separatçılarla əməkdaşlıq edir. Buradan iki qənaətə gəlmək olar: ya sülhməramlılar öz vəzifələrini yerinə yetirə bilmir, ya da separatçılara bilərəkdən şərait yaradır”. (müsavat.com)
Separatçı rejimin çiçəyi burnunda “dövlət naziri” Nersisyan ilk dəfə olaraq geniş proqram xarakterli çıxış edib. Sələfi Vardanyandan heç nə ilə fərqlənməyən bu çıxışı ilə Nersisyan sübut etdi ki, Azərbaycana münasibətdə erməninin “ağı da, qarası da” eyni zəhərin daşıyıcılarıdır. Nersisyan yalnız siyasilərin deyil, sıravilərin də hansı xislətlə yaşadığını, düşündüyünü vurğulayıb: “Artsaxda Azərbaycanla inteqrasiya və ya Azərbaycanın suverenliyi altında yaşamaq haqqında düşünən kimsənin ola biləcəyindən söhbət gedə bilməz. Artsaxda bir nəfər də yoxdur ki, özünü Azərbaycanın bir hissəsi kimi təqdim etsin”. Yəni, Xocalı görüşü tərəflərin maraqlarının ziddiyət, həm də antoqonist ziddiyyət təşkil etdiyini açıq göstərdi. Üstəlik, Nersisyan Qarabağ ermənilərinin silahlanmasının əsas hədəflərindən biri olduğunu da qeyd edib. Ona görə də önümüzə baxaq ki, bizi nə gözlədiyini fikirləşməyək, əksinə qarşı tərəf(lər) bizim nə edəcəyimizi düşünüb daşınsın. Bizim isə edəcəyimiz çox işlər var ki, müharibə bitəndən bu günədək Rusiya açıq şəkildə bu işləri dondurmaqla məşğuldur. Rusiyanın marağı gizli deyil və Cənubi Qafqaz siyasəti haqqında rus şərhçilər əvvəllər üstüörtülü şəkildə danışırdılarsa, indi “Qarabağ açarı”nın Rusiya üçün məhz bu coğrafiyada qalma səbəbi olduğunu açıq bildirirlər. “Baş moderator rolunu saxlamaq Moskvanın həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını təmin edir. Sülhməramlıların Qarabağdan çıxarılması demək olar ki, avtomatik olaraq hərbi bazanın Gümrüdən çıxarılmasına gətirib çıxaracaq”. Ermənilərin Moskvada neçə illərdir mətbuat ayağı olan Markedonovun dünən yayılmış bu fikirləri tam çılpaqlığı ilə deyir ki, Azərbaycan Qarabağın qalan hissəsində dövlət nəzarətini bərpa edib, Rusiya hərbi kontingentini yola salandan sonra, 200 illik “ навеки вместе”-yə ilk son verən ermənilər olacaq və Rusiyanın hərbi bazasından tutmuş səfirliyinədək hamısını Ermənistandan qovacaq. Məhz buna görə də, Moskva “Ermənistanla Azərbaycan arasında final seçimi”etməkdən yayınır. Bu “final seçimi” nin fitini Rusiya vermək istəmir və bu Ermənistanı da qane edir. Deməli, yük bizə düşür. Azərbaycan hərbi-siyasi gücünü ən yaxın zamanda qətiyyətlə həm masaya, həm sahəyə qoymalı və ərazi bütövlüyümüz tam, defakto təmin olunmalıdır. Necə? Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin son bəyanatları bu istiqamətdə ciddi gedişlərdir. Aydındır ki, həm Rusiya, həm də Ermənistan gizli yolla qanunsuz yüklərin-silah-sursatın daşınmasını davam etdirəcək. Deməli, Laçın yolunda nəzarət buraxılış məntəqəmizin yaradılması tezliklə reallaşmalıdır. Bunu Rusiya dövləti qarşısında “ya olacaq, ya olacaq” məntiqi ilə qoymalı və etirazın daha ağır nəticələrə gətirib çıxaracağını, kimə mənsub olmasından asılı olmayaraq, şərti adı Xəlfəli yolu olan yerdə hərəkət edən bütün avtomobillərin vurulacağı qarşı tərəfə bildirilməlidir. Ardınca, konkret vaxt qoymaqla erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələbi irəli sürülməlidir. Tələblər yerinə yetirildikdə xoş məram olaraq həbsdə olan erməni diversant qrup üzvlərinin bir hissəsinin qaytarılmasının mümkünlüyü də müzakirə oluna bilər. Laçın yolundakı dinc etiraz aksiyası ilə əlaqədar ermənilər Azərbaycanı maksimum beynəlxalq təzyiq hədəfinə çevirə biliblər, hətta BMT məhkəməsinin qərarına da nail olublar. İndiki halda biz həm Ermənistanı, həm də Rusiyanı beynəlxalq güclərin hədəfinə gətirməliyik ki, hər iki dövlət Azərbaycan ərazisinə silah-sursat, texnika, hərbi qulluqçular gətirməkdə davam edir və məqsədləri yeni müharibəyə başlamaqdır. Bu məqsədlə ABŞ və Avropa İttifaqı Rusiya və Ermənistandan tələb etsin ki, Azərbaycanın sərhəddə nəzarət buraxılış məntəqəsinin yaratması sülhə xidmət etdiyi üçün, sülh müqaviləsinin tezliklə imzalanması naminə buna mane olmasınlar. Onsuz da, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan dövlət başçısının nəzarət buraxılış məntəqəsinin yaradılması ilə bağlı irəli sürdüyü məsələ həm ABŞ, həm də Avropa İttifaqı yetkililəri tərəfindən anlayışla qarşılanıb, məntiqli olduğuna münasibət bildiriblər. Vaxt o qədər daralır ki, qarşımızda dayanan məsələlər reallaşmadıqca düşmən yeni iddialarla çıxış edir və beynəlxalq aləmi Azərbaycana qarşı qaldırmağın yeni formalarını tətbiq etməklə, həm də tərəddüd yaşayan Qarabağ ermənilərini öz barışmaz siyasətlərinə inandırmağa nail olurlar. Azərbaycanın təzyiq imkanları daha çoxdur və bundan maksimum istifadə etməliyik ki, düşmən və havadarı çıxılmaz durumda qaldıqlarını real şəkildə hiss etsinlər. İlham İsmayıl
Xalq artisti Röya Ayxan növbəti addımı ilə hər kəsi kövrəldib. Sozcu.az Olay-a istinadla xəbər verir ki, rejissor və aparıcı Ranar Musayevin evində qonaq olan sənətçi maraqlı hadisə yaşayıb. Çərşənbə münasibətilə qapıya papaq atan uşağı Röya qarşılayıb. O, azyaşlının papağına qoz-fındıq və pul hədiyyəsi qoyub. Həmin anlarda kövrələn R. Ayxan uşaqdan bu hədiyyəni oğlunun adından qəbul etməsini istəyib.
Türkiyənin müxalif İYİ Partiya sədri Meral Akşener "Millət İttifaqı"nı tərk etməsi və daha sonra geri dönməsi ilə müşayiət olunan 2 günlük zaman kəsiyində baş verənlərdən danışıb. Sozcu.az xəbər verir ki, "HaberTürk"də jurnalist Fatih Altaylının verilişinə qonaq olan Akşener ittifaqı tərk etməsi ilə bağlı açıqlama verdiyi brifinqdəki nitqinin sərt olmasına aydınlıq gətirib. "Sərt idi və sərt olmalı idi. O mətni mən özüm yazmışam. 28 ildir aktiv siyasətlə məşğulam. Sərt olaraq ifadə edilsə də, konkret olmasına diqqət yönəltdim. Çox konkret idi, bəli. Qədərindən artıq konkretlik insanları əsəbiləşdirə bilər", - deyə o söyləyib. Akşener Kılıçdaroğlunun hiddətlənərək ayağa qalxması məsələsinə də toxunub. "Heç kim ayağa qalxmamışdı. Amma gərginlik yaşanmışdı. Mən fikrimi açıq və net söyləmişdim. Davutoğlu və Babacan araya girib ortalığı sakitləşdirdi. Amma Temel bəyin də "Sizdən çəkdiyimiz bəsdir" deməsi də həqiqətə uyğun deyil. O yaş qrupundan olan insanlar səbr məsələsində peşəkarlaşıblar. Kemal bəyi də səbrli insan kimi tanıyıram... 5 nəfər imzaladı, o formada da elan oluna bilərdi. Sonra bir "nəfəs alaq" dedik. Getdim dostlarla məsləhətləşməyə. Belə qərar çıxdı. Hər kəs üçün ən yaxşısı oldu", - deyə İYİ Partiya sədri ittifaqı tərk etməzdən əvvəlki son toplantının təfərrüatlarını açıqlayıb. (Qeyd edək ki, bu barədə ilk açıqlamasında Akşener Kılıçdaroğlunun onun bələdiyyə sədrlərinin namizədliyinin də müzakirə olunması barədə təklifindən hiddətlənərək ayağa qalxdığını və vəziyyətin gərginləşdiyini demişdi. Ali Babacanın müavini isə onu təkzib edərək bu cür hadisə baş vermədiyini bəyan etmişdi - red.) Partiya sədri CHP-HDP yaxınlaşmasına da münasibət bildirib: "Səmimi deyirəm. Türkiyədə hər partiyanın bir-biri ilə əlaqələrinə digər partiyalar sayğı göstərməlidir. Biz bu günə qədər bunu etmişik. Amma iddia olunduğu kimi guya o masada HDP-nin də var olması gerçək deyil. Dialoq isə başqa şeydir. CHP HDP ilə görüşə bilər, amma bizim olduğumuz masaya əsla gətirə bilməz. Nazir alış-verişi kimi bir məsələ də mümkün deyil. "Sizin səs faizinizlə HDP-nin səs faizi fərqlidir, sizə gülə-gülə, sağ olun" desəydilər, masadan qalxardıq". Akşener Ərdoğana yaxın iş adamlarından pul aldığı üçün ittifaqı tərk etməsi ilə bağlı iddiaları təkzib edib: "Pul məsələsinə gəlsək, əgər mən Ərdoğanın çevrəsindən və ya başqa bir Allah qulundan belə bir məsələ ilə bağlı 1 lirə, 5 lirə pul almışamsa, dünyanın ən şərəfsiz insanıyam. Maaşımdan başqa heç bir gəlirim olmayıb mənim. Hər şeyim də açıqdır. Bu günə qədər Ərdoğan mənlə danışmaq üçün heç nə etməyib. Mənim də onunla gizli bir görüşüm olmayıb. Hətta zəlzələ vaxtı necə görüşdüyümüzü də televiziya vasitəsilə danışdım". Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı Masa"nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub./Modern.az
“İlk növbədə, hesab edirəm ki, Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyası tamamilə legitimdir. Çünki biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Bu bir məqam”. Sozcu.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib. “Şəffaflıq tamamilə qanunidir. Məncə, bu şəffaflığın əldə olunması ilə bağlı hansı yolların, vasitənin olması müzakirələrin və danışıqların mövzusudur. Düşünürəm ki, bunun bir neçə yolu var. İnanıram ki, bunlardan bəziləri keçmişdə müzakirə olunub. Məsələn, rusların bu əraziyə nəyin gəldiyini və getdiyini daha yaxşı yoxlaya bilməsi üçün yoxlama məntəqəsində bəzi əlavə avadanlıqlarının olması. Yenə də düşünürəm ki, bunun bir neçə yolu var, məncə, bunun ətraflı müzakirə olunması vacibdir. Hesab edirəm ki, Ermənistanda belə bir fikir var ki, bunlar (Laçın və Zəngəzur – red.) iki ayrı məsələdir. Bunlardan biri 2020-ci ilin Noyabr Bəyanatının bir bəndində əksini tapan Laçın dəhlizidir, daha sonra isə 2020-ci il Bəyanatının digər bəndində əksini tapan Azərbaycanla Naxçıvan arasında əlaqələnmə məsələsi var. Deməli, bu mənada bəyanatda bunlar müxtəlif hissələrdə qeyd olunub və yanaşma fərqlidir. Amma sonda bu sual danışıqların, müzakirələrin mövzusudur. Təbii ki, bizim fikrimiz budur ki, şəffaflığın olması, həqiqətən, qanunidir, eyni zamanda, insanlar üçün, Qarabağ erməniləri üçün təhlükəsiz hərəkət edə bilmək hissi də vacibdir”, - Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb.
"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ölkəsi Gürcüstanda baş verən etirazlara reaksiya verib. Sozcu.az xəbər verir ki, o, özününün "Feysbuk" səhifəsində yazıb: “Gürcüstanın gələcəyi Avropadadır". Xatırladaq ki, dünən - martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra minlərlə insan Tiflisdə etiraz aksiyası keçirib.
Endokronoloq Yuliya Sorokina xəbərdarlıq edib ki, qaz sobaları və piltələri nəinki qazdan zəhərlənməyə, eləcə də ani olaraq ürək tutmasına gətirib çıxardır. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, sağlamlıqa qarşı təhlükə təbii qazın yanma prosesi ilə bağlıdır. Endokrinoloqun sözlərinə görə, təbii qazın tam yanması ilə belə havada karbon qazının konsentrasiyası artır. Ancaq tam yanma, bir qayda olaraq, baş vermir. Buna görə də havada olan zəhərli maddələr baş ağrılarının, allergiyanın, halsızlığın və immunitetin zəifləməsinə səbəb olur. Azot dioksidi isə astma tutmaları, tənəffüs yolu infeksiyaları və infarkt riskini artırır. Təbii ki, bu maddə xroniki ağciyər xəstəliklərini şiddətləndirir, həm də idrak funksiyalarına pis təsir göstərir.
Bəzi insanlarda "mən sevməyi, aşiq olmağı bacarmıram" sözlərini eşidə bilərsiniz. Həqiqətən də, bəzi insanlar ürəkdən sevməyi bacarmırlar. Təbii ki, onlar münasibətlərdə normal tərəfdaş ola bilirlər. Hər şey ilk baxışdan göründüyü qədər pis deyil. Parlaq və dürüst emosiyalarla çətin anlar yaşayan insanlar hələ də sizə xoşbəxtlik verə bilərlər. Sozcu.az bizim.media-ya istinadən xəbər verir ki, bu da bürclərlə bağlıdır və elə insanlar var ki, hisslərini başqa cür ifadə edirlər. Sevə bilməyən, yaxud başqa formada duyğulanan 5 bürc var: Əkizlər Əkizlər romantik ola, "səni sevirəm" deyə bilər. Onların sevə bilməməsi eqoizmə əsaslanan xoşagəlməz hərəkətlərdə özünü göstərir. Tez-tez yalan danışırlar və ən fırıldaqçı bürclərdən biridirlər. Həyatlarını bağlamaq istədikləri insanı tapsalar, başlanğıcda münasibətlərin fırtınalı və parlaq olması üçün hər şeyi edərlər, lakin Əkizlərin bu impulsu tez bir zamanda azala və ya tamamilə yox ola bilər. Əkizlər dinamik insanlardır, ona görə də nadir hallarda uşaq, toy istəyirlər, hamı kimi onlar da gündəlik həyatdan və rutinlərdən qorxurlar. Əgər onlara uzun müddət parlaq emosiyalar bəxş etsəniz, o zaman onlar sizdən heç vaxt yorulmazlar. Təəssüf ki, belə bir münasibətdə demək olar ki, həmişə iki nəfərin yerinə çalışmalı olacaqsınız. Çünki Əkizlər yalnız almağı sevir, verməyi deyil. Onları razı salmaq üçün etdiyiniz bütün cəhdlərin təbii qarşılandığına öyrəşməli olacaqsınız. Əkizlər məsuliyyətdən qorxurlar, ona görə də ev işlərindən yayınmaq üçün daim bəhanələr axtarırlar. Oğlaq Oğlaqlar çox vaxt sadəcə sevgi üçün kifayət qədər vaxtı olmayan işgüzar insanlardır. Bu insanlar sevildiklərini unudurlar. Yaxınlarını unudaraq şəxsi işlərə qarışırlar. Oğlaqlar darıxdırıcı və həm də olduqca amorf ola bilər, ona görə də onlarla münasibətdə ehtiras alovunu özünüz yandırmalı olacaqsınız. Oğlaqlar özləri kiməsə aşiq olsalar belə, çox vaxt maraqsız olurlar. Oğlaqların ikinci yarısı tərəfindən sevginin hər hansı təzahürü təbii qəbul edilir. Əgər siz artıq evlisinizsə, onda "niyə mənə fikir vermirsiniz?" Oğlaqlar cavab verə bilər ki, biz evliyik, elə deyilmi? Bunlar inadkar insanlardır, onlarla mübahisə etməmək daha yaxşıdır, çünki mübahisədə qalib gəlmək sadəcə qeyri-mümkün olacaq. Dolça Dolçalar azad olmağı və münasibətlərdə özlərini müstəqil hiss etməyi sevirlər. Onlara çox bağlılıq olmadan asan sevgi lazımdır. Bu insanlar həmişə can yoldaşına kömək edəcəklər, həmişə bir insanı dəstəkləyəcəklər, lakin özlərinə qarşı pis münasibətə dözməyəcəklər. Əvvəldə necə sevməyi bilirlər. Dolçalar insanları qiymətləndirirlər, lakin tez soyuqlaşırlar. Vaxt keçdikcə onlar üçün sevilən bir insan təbii bir şeyə çevrilir. Onlar can yoldaşını yalnız darıxdıqları üçün tərk edə bilməzlər. Həm də mərhəmət göstərəcək, belə deyək, yazığı gələcək. Bir sözlə, Dolça bürcünə aşiq olmaq özünüz üçün daha baha başa gəlir. Siz onların xarizmasını, cazibəsini və zəkasını ələ keçirə, onlarla bir ola bilərsiniz, lakin bu, bir neçə ay, maksimum bir ildən sonra yox olacaq. Əqrəb Əqrəblər sizi tam başa düşənə qədər qəddardırlar. Bir insanı əvvəlcə tanımalıdırlar. Evlilikdə belə, heç bir səbəb olmadan bir müddət uzaqlaşa bilərlər. Onları ancaq özləri - Əqrəblər başa düşə bilər. Amma hər zaman yox. Hisslərini ifadə etməyə qadirdirlər, lakin onların gözlənilməzliyi münasibətin bütün təəssüratını korlayır. Əqrəbi sevmək səbir tələb edir. Əqrəb bürcü hücumları qeyri-müəyyən müddətə davam edə bilər - hətta ailəniz və uşaqlarınız olduqda belə. Bir sözlə, bu insanlar hədiyyədən uzaqdırlar, ona görə də böyük ehtimalla sizi normal sevə bilməyəcəklər. Bürcün bu su işarəsinin nümayəndələri də əksər hallarda yavaş-yavaş aşiq olurlar, buna görə də qarşılıqlı fikirdə olmaq üçün düşüncələrini dəyişə bilərlər. Xərçəng Xərçənglər aşiq olmurlar - ailə qurmaq üçün ən uyğun insanı tapırlar. Bu insanlar münasibətlərin başlanğıcında olduqca romantik və maraqlıdırlar. Bir müddət sonra, daha çox evləndikdən sonra sağlam düşüncənin imkan verdiyi qədər həmdəmindən uzaqlaşırlar. Siz parlaq hisslər və emosiyalar almayacaqsınız, amma həyatınız da çox darıxdırıcı olmayacaq. Xərçənglər insanlara necə qulluq etməyi bilirlər, lakin onları həqiqətən sevməyi bilmirlər. Bu insanlarla sakit və isti olur, amma necə deyərlər, həyat şirnilərinin çoxluğundan problemlər var. Bəzən dostlarla söhbət etmək, istirahət etmək və həftə sonu başqa şəhərə getmək istəyirsən. Xərçənglər bir qədər Oğlaqları xatırladırlar, çünki onlar da hər şeyin kortəbii yox, qrafikə uyğun olmasını istəyirlər. Xərçənglərin intim həyatında belə hər şey qrafik üzrə gedir. Qəfil ehtiras və emosiyaları onlardan gözləməyəcəksiniz.