“İran Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir”.
Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu iranlı politoloq Puya Hüseyni deyib.
Ekspert Tehranla Moskva arasında dəhlizə nəzarət məsələsinə yanaşmada fikir ayrılığının olduğunu iddia edir:
“İran üçüncü ölkənin bu yollara nəzarət etməsini qəbul etmir. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək o yola yalnız Ermənistan nəzarət etməlidir. İran ancaq bu variantın tərəfdarıdır. Hər halda üçüncü ölkənin həmin yola nəzarət etməsi İran üçün qəbuledilməzdir. Çünki İran da həmin yollardan keçir və o yollara yalnız Ermənistanın nəzarət etməsini istəyir. Bəli, burada İran və Rusiyanın maraqları toqquşur”.