Oktyabrın 7-də kütləvi qətllər törədən terrorçulara etiraz əlaməti olaraq Təl-Əvivin tarixi Dizenqof meydanında dar ağacı quraşdırılıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Segodnya v İsraile”("Bu gün İsraildə") telegram-kanalı məlumat yayıb.
Aksiyanın təşəbbüskarı həbs olunan terrorçuları ölüm cəzasına məhkum edən “Vətəndaş cəbhəsi” (“Həzit əzrahit”) təşkilatı olub.
Təşkilatçılar bildiriblər ki, onlar bu dar ağacını əvvəllər onlara bu cür məzmunlu mitinq keçirməyi qadağan edən Təl-Əviv bələdiyyəsinin razılığı olmadan quraşdırıblar.
Obyektin özü iki "mələk" qanadı arasında xaç olan dar ağacıdır və üzərində həmin gün ölən İsrail vətəndaşlarının qurbanları təsvir edilib. Postament üzərində bəyanat tərtib edilib: “Oktyabr qırğınının terrorçuları dar ağacında məsuliyyətə cəlb edilməlidir”.