Gorbagor(!) “artsax” “hökuməti”nin sonuncu “dövlət naziri” Artur Arutyunyan İrəvanda “artsax” “ictimai televiziyası”na müsahibə verib.
Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
Müsahibədə separatçı məmur ermənilərin Qarabağdan qısa müddətdə kütləvi şəkildə çıxmasının səbəblərindən danışıb. A.Arutyunyanın sözlərinə görə, separatçı rejim Azərbaycan ordusunun sentyabrın 19-20-də keçirdiyi lokal əməliyyat zamanı separatçı xunta “bir neçə dəfə bəyanatlar verib ki, “hökumət” ilkin olaraq Azərbaycanın nəzarətinə keçən məntəqələrin sakinlərini, sonra isə lazım gəldikdə Xankəndi şəhərindəki erməniləri təxliyə edəcək.
“Amma elektrik verilmədiyi, əlaqə kəsildiyi üçün bu məlumatı ictimaiyyətimizə lazımi formada çatdıra bilmədik. Eləcə də çaxnaşma yaradan qruplar olub, deyilib ki, guya Ermənistan Respublikasına köçmək istəyənlərə 3 gün vaxt verilib, köçəcəklər, keçməyənlər isə qalacaqlar”- deyə A.Arutyunyan izah edib.
Qondarma “dövlət naziri” bildirib ki, guya sözügedən naməlum qruplar şayiə yayıb ki, 3 gün ərzində geriyə qalacaq 30 min erməninin Qarabağdan çıxmasına icazə verilməyəcək. “Biz daim o xəbərləri təkzib etməyə, panikaya ehtiyac olmadığını təqdim etməyə çalışdıq, amma təəssüf ki, o qədər də yaxşı alınmadı”- qondarma “nazir” belə deyib.
A.Arutyunyan belə şayiələrin yayılmasının qarşısının alınmamasına əsas səbəb kimi Azərbaycan tərəfindən guya Xankəndində rabitənin kəsilməsini göstərib.
Xatırladaq ki, Artur Arutyunyan ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş rəhbəri, hazırda Bakıda həbsdə olan Araik Arutyunyanın qardaşı, yaxud əmisi oğludur. Oktaybrın əvvəllərində A. Arutyunyanın "Laçın" sərhəd-buraxılış məntəqəsində həbs edilməsi haqda xəbərlər yayıldı. Lakin sonradan məlum oldu ki, bir sıra digər seaparatçı liderlər: Samvel Babayan, Vitali Balasanyan və s. kimi o da Ermənistana keçməyi bacarıb...