ABŞ-ın "CNN İnternational" və "New York Times" nəşrləri İsrail və HƏMAS arasında girovlar üçün danışıqların başladığını və iki fərqli təklifin müzakirə edildiyini iddia edib.
Sozcu.az xəbər verir ki, “New York Times”in adı açıqlanmayan ABŞ rəsmilərindən aldığı məlumata görə, masadakı təkliflərdən biri odur ki, HƏMAS-ın döyüşlərdə qısamüddətli fasilə qarşılığında israilli qadın və uşaqlar daxil olmaqla 10-20 mülki girovu azad edəcəyi gözlənilir.
Qəzet iddia edir ki, şərtlər yerinə yetirilərsə, say 100-ə qədər arta bilər.
Digər təklifdə bildirilir ki, HƏMAS-ın daha çox humanitar yardım, xəstəxanalar üçün yanacaq və bütün mülki vətəndaşların azadlığa buraxılması müqabilində İsrail həbsxanalarındakı qadın və uşaqların sərbəst buraxılması istənilir. Lakin İsrail rəsmilərinin məhbusların azad edilməsində qərarsız olduğunu bildirib.
"CNN İnternational" da münaqişədə bir müddətlik fasilə nəzərdə tutan təklif çərçivəsində girovların mərhələli şəkildə azad ediləcəyini, qadın və uşaqlara üstünlük veriləcəyini yazıb. Bildirilib ki, HƏMAS rəsmiləri hərbi yaşda olan israilli kişiləri və İsrail əsgərlərini tezliklə azad etmək niyyətində deyil.
Hər iki qəzet Qətərin İsrail və HƏMAS arasında vasitəçi rolunu oynadığını və ABŞ-ın yüksək rütbəli rəsmilərinin danışıqlarda iştirak etdiyini vurğulayıb.