Gəncədə evə hücum: iki nəfər bıçaqlandı

Gəncədə 2 nəfər evlərinə hücum edən şəxslər tərəfindən bıçaqlanıb.

Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

Bıçaq xəsarəti alan, 1991-ci il təvəllüdlü T.Quliyev və 1981-ci il təvəllüdlü Ə.Ələsgərov yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmişlərin bildirdiyinə görə, onlar olduqları evə hücüm edən bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, xəsarət alanlardan biri ev sahibi, digəri isə həmin evdə qonaq olub.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook