BMT Təhlükəsizlik Şurası Qəzzada münaqişəyə dərhal son qoymaq üçün müdaxilə etməlidir.
Sozcu.az xəbər verir ki, bunu Küveyt vəliəhdi Şeyx Məşəl əl-Əhməd əl-Sabah İslam Əməkdaşlıq Təşkilatının fövqəladə birgə sammitində çıxışı zamanı deyib.
"İsrar edirik ki, Qəzza xalqına təcili humanitar yardım çatdırılmasını təmin etmək və onların məcburi köçkün düşməsinin qarşısını almaq lazımdır", - Sabah qeyd edib.