5-ci ilə qədəm qoyulan gün bircə gün də
olsa məhkəmə sistemində işləməyən şəxs Ali Məhkəmənin sədri postuna addımladı
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-
hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019 -cu il
tarixli 604 saylı Fərmanının qəbulundan 4 il keçdi. Bəs məcburi icra edilməli
olan fərmanın icrası nə yerdədir? Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaş həddi
ilə bağlı “nəvələri ilə oynamağa getməsindən” özgə bir önəmli dəyişiklik hiss
olunmur. Dünən - Fərmanın qəbul olunduğu 03 apreldə MM-in hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin iclasında bircə gün də olsa məhkəmə sistemində
çalışmayan şəxsin Ali Məhkəmənin hakimliyinə tövsiyə edilməsi və bugünkü plenar
iclasda hakim təyin olunması məhkəmə - hüquq sistemində islahatların necə dərinləşdirilməsini
ortaya qoyur. Amma biz nə edə bilərik, böyük Füzuli demiş, “hökm onun hökmüdür,
fərman onun fərmanıdır”!
Biz onu deyə bilərik ki, digər normativ
hüquqi aktların icra olunmadığı kimi, Prezidentin 4 il qabaq imzaladığı normativ
hüquqi akt fərman da kağız üzərində “icra olunub”. “Dərinləşən”
qeyri-prosessual münasibətlər, on illərdir məhkəmə qərarlarının icra olunmaması,
Prezidentin yanındakıların məhkəmə hakimiyyətini notariat kontoruna çevirmələri
“islahatıdır”. Məhkəmə hakimiyyətini ədliyyə, icra, məhkəmə məmurlarının, məhkəmənin
texniki işçilərinin könüllü girovluğundan qurtarmaq gerçək islahat olardı. Təsəvvür
edin, sıradan bir icra məmuru, məsləhətçi,
vəkil bu boyda məhkəmə - hüquq sistemini “barmağına dolayıb”, bu “dolanışıqdan”
hakimiyyətin müstəqil qolu elə şad olur ki, prosessual hüquq da yaddan çıxır,
maddi hüquq da.
Oxuyanları çox yormadan Prezidentin
03.04.2019 tarixli Fərmanının 6-cı bəndi ilə Ali Məhkəməyə tövsiyə edilən məhkəmələrdə
hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə
təcrübəsinin formalaşdırılmasıüçün görülən tədbirlərə baxaq . Heç bir tədbir
görülməyib. Məhkəmə təcrübəsinin vahidliyi prinsipi eyni xarakterli işlərə
baxılmasının vahid mexanizmini doğrulayır. Bakı -Şəki İnzibati Məhkəmələri,
apellyasiya instansiyaları, hətta Ali Məhkəmənin özü, hətta Konstitusiya Məhkəməsinin
özü isə DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun
qeyri-prosessual basqısı ilə 4 il qabaq qəbul edilməyən saxta qərardadı (??)
hüquqi presedent kimi məhkəmə - hüquq sisteminin normativ hüquqi aktı kimi qüvvəyə
mindirib. Bu saxta qərardadın məhkəmə təcrübəsinin
vahidliyi prinsipinə zidd olaraq hələ də Konstitusiya aktı kimi yalnız Qarabağ əlillərinə
aidliyi sürür. Qarabağ əlil(lər)ininmübahisə
predmetinə toxunmayan qərardaddan şikayət hüququna, eyni predmetüzrə yenidən iddia qaldırmaq
hüququna qadağa qoyulub. Belə məhkəmə təcrübəsinin vahidliyi prinsipi olar?
Fərmanın 7-ci bəndi ilə Ədliyyə
Nazirliyinə tapşırılan məhkəmə qərarlarının icrasının vaxtında təmin edilməsi ,
“Elektron icra” informasiya sisteminin tətbiqi ,icra məmurlarının süründürməçilik
və digər sui-istifadə hallarına yol vermələrininqarşısının alınması üçün tədbirlər
görülməsinə də əməl edilməyib. Təsəvvür
edin, Prezidentin, 1-ci
vitse-prezidentin tapşırığına icra baş idarəsinin məsləhətçisi cavab verir! (?)
Belədə hansı məhkəmə - hüquq islahatından danışmaq olar? Ədliyyə Nazirliyifərmanın
7.3 bəndinə əməl edərək alternativ icra mexanizmləri, o cümlədən icranın özəl
qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənib, Azərbaycan Respublikasında
tətbiqinin mümkünlüyünə dair Prezidentə məlumat veribmi? Bilinmir, onlarla illərdir
məhkəmə qərarlarının icrası nəinki gerçəkləşir, əksinə, icraya elə Ədliyyə
Nazirliyinin, icra baş idarəsinin məsləhətçilərinin
qeyri-prosessual göstərişi ilə qadağa qoyulur. Hətta iş üzrə tələbkara icranı tələb
etdiyinə görə saxta cinayət işi sifariş edilməsi, işgəncə verilməsi faktı var.
Beynəlxalq təcrübə beynəlxalq məhkəməyə üz tutmağı diqtə edir.
Prezident aktının 8-ci bəndində baş
prokurora dövlət ittihamının müdafiəsi və
protest verilməsinin keyfiyyətinin artırılması üçün tədbirlər görmək tövsiyə edilib.
Yəqin buna əməl edilər.
Vəkillər Kollegiyasına Fərmanın 9-cu bəndi
ilə verilən tövsiyəyə -vəkillərinhəkimlərlə və cinayət təqibini həyata keçirən orqanların
əməkdaşları ilə qeyri-prosessual münasibətə yol vermələrinin qarşısının
alınması üçün tədbirlərin gücləndirilməsi- əməl edilməməsidə göz qabağındadır .
Vəkillərin başlıca işi elə pullu müştərilərin göstərişi ilə qeyri-prosessual
münasibətə girməkdir. Hazırda “MTN işi”ndəvəkilin yarım milyonluq
qeyri-prosessual münasibətdən həbsə düşməsi bunun sübutudur. Vəkillərin dövlət
orqanlarına vəkillik etmələri, hətta onların səlahiyyətli nümayəndələri olmaları
qeyri-rəsmi və qeyri – prosessual qaydada sürür. Hakimlər isə buna
qeyri-prosessual basqı altında susur. Bircə fakt :12.12.2022-ci il tarixli Bakı
İnzibati Məhkəməsinin iclasında hakim Orxan Həsənov DİN-in“vəkili” Əlirza Həbilovun
nümayəndəsi Orxan Babayevin etibarnaməsini , DİN başçısı ilə müqaviləsini, tələb
edilsə də, göstərmədi. İnzibati hüquq sahəsində ixtisaslaşmayan 3 ilin vəkili
ilə DİN başçısının müqavilə bağlaması mümkün deyil. Deməli, DİN-in keçmiş saxta
vəkili və nümayəndəsi Əlirza Həbilov özü DİN -in adından Orxan Babayevi vəkil
edib!(?)Vəkillər Kollegiyası Prezidentin tövsiyəsinə niyə əməl etmir? Onu da
vurğulayaq ki, Əlirza Həbilov indi də Bakı Apellyasiya Məhkəməsinə qeyri-prosessual
sifariş verib ki şikayəti mümkün saymasın ; guya şikayət vaxtında verilməyib.
Nə isə, 4 il qabaqkı islahatların dərinləşdirilməsifərmanından
bir gün də olsa, məhkəmədə işləməyən şəxsin Ali Məhkəmənin sədri postuna gətirilməsi
“islahatı” çıxdı. Görək, daha hansı islahatlarla heyrətlənəcəyik? Daha bizdə, eldə deyildiyi kimi, issahat – islahat
qalmadı. ..
Məğrur Bədəlsoy