"Belə raketlər Ukraynaya Rusiyanın nəzarət etdiyi Krım yarımadasından daha uzaqlara zərbələr endirməyə imkan verəcək..."
"İndiyədək Birləşmiş Ştatlar münaqişənin eskalasiyasına yol verməmək üçün Kiyevə orta mənzilli köhnə ATACMS sistemləri tədarük edib..."
Co Bayden administrasiyası Ukraynaya uzaq mənzilli yeni güclü ballistik raketlərin verilməsi üzərində işləyir.
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" nəşru iki amerikalı məmura istinadən məlumat yayıb.
"Ötən ilin sonunda ABŞ Ukraynaya ATACMS adlanan ordu taktiki raket sistemlərinin tədarükünə başlayıb. Lakin indiyədək onlar yalnız orta mənzilli ATACMS köhnə sistemlərini tədarük edib. Bunların köməyilə buraxılış yerindən 160 km-dən uzaq olmayan hədəfləri vurmaq olar.
Məmurların sözlərinə görə, hazırda ABŞ uzaq mənzilli raketlərin yeni versiyasını göndərməyə meyllənir, bu da Ukraynaya Rusiyanın nəzarət etdiyi Krım yarımadasından daha uzaqlara zərbələr endirməyə imkan verəcək", - məlumatda deyilir.
Bununla birlikdə, Müdafiə Nazirliyi nümayəndələri nəşrə məlumat verib ki, ABŞ-da ATACMS raketlərinin ehtiyatı məhduddur və onlar ABŞ ehtiyatlarının doldurulması üçün pullar olmadan çətin ki, onları Ukraynaya göndərsin.
Amerikalı məmurların sözlərinə görə, əgər Konqres Ukraynaya maliyyələşməni təsdiq etməzsə, ABŞ uzaq mənzilli ATACMS sistemlərini ilk hərbi yardım paketinə daxil edə bilər.
Məmurlar əlavə edib ki, ABŞ-ın Ukraynaya göndərmək üçün həmçinin hazır artilleriya döyüş sursatları var.
Bundan başqa, məmurlar hərbi yardımın bundan sonra da əngəlləşəcəyi tədqirdə ABŞ müttəfiqlərinin Ukraynaya raketlər verməsini və ATACMS ehtiyatlarının doldurulmasını xahiş edə biləcəyini istisna etmir.
Nəşr xatırladır ki, Bayden adninistrasiyası son iki il ərzində Ukraynaya uzaq mənzilli raket göndərməkdən imtina edib.
Çünki rəsmi şəxslər USQ-nin onlardan Krıma və ya Rusiyaya zərbələr endirmək üçün istifadə edəcəyi, bununla da münaqişənin eskalasiyasına sövq edə biləcəyindən ehtiyat edib. Lakin indi onların fikri dəyişib.
Ukrayna XİN rəhbəri Dmitri Kuleba Münhen Təhlükəsizlik Konfransında deyib ki, amerikalı həmkarı Entoni Blinkendən uzaq mənzilli ATACMS raketlərinin verilməsini xahiş edib.
Onun fikrincə, belə döyüş sursatları Rusiyanın hərbi potensialını məhv etməyə kömək edəcək və ukraynalılar üçün "mühüm rəmz" olacaq.
Ukrayna üçün ATACMS raketləri - son xəbərlər
Xatırladaq ki, ABŞ yararlılıq müddəti bitən yüzlərlə ATACMS qurğuları və onlar üçün "Lockheed Martin" şirkətinin istehsalı olan raketləri utilizasiya etmək istəyir.
Qeyd edilir ki, buna vergi ödəyicilərinin xeyli pulları xərclənəcək. Lakin Pentaqon bu məlumatı təkzib edib.
"Mən bu məlumatlara mətbuatda rast gəlmişəm. Bu, həqiqətə uyğun deyil. Belə məlumatlar yanlışdır", - bunu Pentaqon nümayəndəsi general Patrik Rayder bəyan edib.