“Bu eybəcər qızcığazların cəzası nə olacaq?” - Kamil Zeynallı

Sosial şəbəkədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video yayılıb. 

Məktəbin şagirdi olduğu bildirilən Rzaguliyeva Dilarə Rza qızı məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir. 

Sozcu.az xəbər verir ki, tanınmış fitness məşqçisi Kamil Zeynallı da məsələyə səssiz qalmayıb.

Belə ki, sözügedən görüntülərdən bir hissəni sosial şəbəkə hesabında paylaşan idmançı əsəblərini cilovlaya bilməyib. O, araşdırmanın nəticəsini səbrsizliklə gözlədiyini qeyd edib: 

“Araşdırmanın nəticəsi mənə çox maraqlıdır ki, bu tərbiyəsiz, əxlaqsız, səviyyəsiz, ailəsiz, valideyn tərbiyəsi görməmiş, eybəcər qızcığazların cəzası nə olacaq? Bu məsələnin sonu necə olacaq?” 

72290801e664632c21f1cbb5aa9eb2e3.jpg

Share on Facebook