Qışqırır, söyüş söyür, məhbusları yatmağa qoymur - ƏHMƏD ƏHMƏDOV TƏCRİDXANA REJİMİNİ POZUR

Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədov 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Gununsesi.info-nun xəbərinə görə, təcridxanada 1 nəfərlik kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir.

Bu isə Əhmədovun saxlanıldığı II korpusdakı digər məhbusların rejiminə mənfi təsir  edir.

Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir.

Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur.

Share on Facebook