İmamoğlu daha şanslıdır, Yavaş rahat seçiləcək - Erbakanın oğlu

"Bizim dəyərləndirməmiz İstanbulda Ekrem bəyin daha şanslı olduğu, qazana biləcəyi yönündədir".

Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu mərhum siyasətçi Necmettin Erbakanın oğlu, Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan deyib.

"Xüsusilə Fatih, Üsküdar, Eyüp kimi rayonlarda sürpriz edə bilərlər. Ankarada isə Mansur Yavaşın rahat seçilə biləcəyini təxmin edirəm".

Qeyd edək ki, F.Erbakanın partiyası prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyib. Yerli seçkilərdə isə hakim partiya ilə aparılan müzakirələr uğursuzluqla nəticələnib. Yenidən Rifah Partiyası öz namizədlərini çıxarıb.

Share on Facebook