Şarl Mişel Paşinyanla sülhdən DANIŞDI

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Sozcu.az xəbər verir ki, bu barədə Mişel özünün "X" hesabında yazıb.

Telefon danışığı zamanı Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunub.

“Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”, - Mişel bildirib.

Share on Facebook