Şəhid atası vəfat etdi - FOTO

Vətən müharibəsi şəhidi Elçin Süleymanovun atası dünyasını dəyişib.

Sozcu.az xəbər verir ki, şəhidin atası Tehran Süleymanov uzunsürən xəstəlikdən vəfat edib. Mərhum Füzuli rayonunda dəfn edilib.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Elçin Süleymanov 30 sentyabr 2020-ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

O, ailəli olub, bir qız övladı yadigar qalıb.

3e2f39222e005becf838294dc6634f0f.jpg

Share on Facebook