Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşır - Video

Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşır. Sozcu.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Ermənistanın hərbi texnikasının aktiv hərəkəti əks olunur. Hərbi birləşmələrin yerdəyişməsi Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşdığını sübut edir. Qeyd edək ki, artıq neçə gündür Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanla sərhəddə ordumuzun mövqelərinin atəşə tutulduğunu bildirir.report)

Şəmkir Rayon Mərkəzi Xəstəxanası ilə bağlı narazılıq

Sosial şəbəkədə Şəmkir Rayon Mərkəzi Xəstəxanası ilə bağlı vətəndaşların biri tərəfindən paylaşım edilib. Sözcü.az olaraq paylaşımı olduğu kimi təqdim edirik: Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsindəki özbaşınalıqlara heç kim nəzarət etmir. Dövlətin qurub yaratdığı xəstəxananı xarabazara döndəriblər, bir dənə olsun belə normal ayaqyolusu yox, ayaqyollarında adi işıqlandırma sistemi nədir o belə öz qaydasında deyil. Natəmizlikdən tarakan Xəstəxananı ağzına alıb. Ancaq xəstələrdən pul dilənməklə məşğuldurlar. Sözcü.az

Qarabağ ərazisində baş verə biləcək hadisələr Rusiyanın hazırladığı ssenaridən başqa bir şey deyil - Ceyhun Nəbi

Son günlər sosial şəbəkələrdə, cəmiyyətdə yenidən müharibə və ya hərbi əməliyyatların başlayacağı ilə bağlı məlumatlar dolaşır. Yenidən müharibənin başlayacağı ilə bağlı yaranmış suallara Sözcü.az olaraq cavab axtarmağa çalışdıq. Bununla bağlı Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi ilə əlaqə saxladıq. Ceyhun Nəbi saytımıza bildirdi ki, bu gün Qafqazda gərgin geosiyasi vəziyyət yaranıb. Cəmiyyətdəki narahatlığın əsasında bu dayanır. Belə ki, Ermənistanda dayaqlarının zəifləməsini istəməyən Rusiya regionda vəziyyəti gərginləşdirərək təsir imkanlarını genişləndirməyə çalışır. Mövcud situasiyada gərginləşən münasibətlərin daha da dərinləşməsində birinci maraqlı tərəf Rusiyadır. Ermənistandakı mövcud hökümətin müstəqillik istəklərinin artması onu Rusiyanın çətin planları ilə üz-üzə qoyur. Hər kəsə bəlli həqiqətdir ki, Qarabağ ərazisində baş verə biləcək hadisələr Rusiyanın hazırladığı sissenaridən başqa bir şey deyil. Sülhməramlı adı altında Azərbaycan ərazisinə soxulmuş rus ordusu region üçün ciddi təhlükə mənbəyidir. Azərbaycan ərazisində ərsəyə gətirilməyə çalışılan qondarma rejimin atdığı hər addımın planı Rusiya tərəfindən müəyyənləşdirilir. Öz ölkəsində Rusiyanın təsirlərini azaltmağa çalışan Paşinyan höküməti isə Qondarma rejimlə bir az məsafəli davranır. Bütün bunlarla yanaşı İran, Türkiyə kimi regiona yaxın dövlətlər, həmçinin ABŞ və Fransa kimi bir sıra böyük güclərdə gərginləşən münasibətlərin arxa fonunda görünməkdədirlər. Baş verə biləcək qarşıdurmanın dəstəkçiləri ilkin müşahidədən artıq bəllidir. 11-20 sentyabr tarixləri arasında Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimlərinin keçiriləcəyi bildirilir. təlimlərin məqsədi ilə bağlı məlumatda qeyd olunur ki, sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının “Əməliyyat İmkanları Konsepsiyası”nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır. Amma görünən əsl həqiqət budur ki, bu həmdə bir əzələ nümayişi kimi qiymətləndirilməlidir. Amerika baş vermə ehtimalı olan qarşıdurmada kimin tərəfində dayanacağının ilkin mesajını verir. Bu isə baş verəcək hadisələrin miqyasının nə qədər böyük, dərin və ciddi itkilərlə müşayət olunacağını göstərir.  Azərbaycan tərəfi Rusiyanın Ukrayna ilə müharibəsi bitənə qədər güclü müdafiə tədbirləri alaraq müharibə və qarşıdurmadan maksimum kənarda dayanmağa çalışmalıdır.  Rusiyanın çirkin və qaranlıq planlarını özündə ehtiva edən vəziyyətin yaranması tək Azərbaycan üçün yox, bütün region üçün mənfi nəticələr doğura bilər. Qafqazda yarana biləcək xoşbəxtlik sülhdən, qarşılıqlı razılaşmadan  kənarda mövcud olan bilməz. Müharibə, qarşıdurma nifrət doğurur, bu isə cəmiyyətləri illərlə sarsıdıcı vəziyyətə gətirir. Anar Rəsullu

Ermənistan ehtiyatda olanları hərbi təlimə ÇAĞIRDI

2023-cü il oktyabrın 1-dən dekabrın 8-dək Ermənistanda ehtiyat olan rütbəlilər hərbi təlim toplanışlarına cəlb ediləcək. Sozcu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimlərə 2059 nəfərə qədər ehtiyatda olan hərbçi çağırılacaq. Təlimlərdə məqsəd ehtiyatda olanların döyüş qabiliyyətlərini artırmaqdır.

Payız fəslinin Azərbaycana daxil olacağı dəqiq vaxt açıqlanıb

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​ Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. ​ Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq. ​

Sertifikasiya imtahanı verən müəllimlərin nəzərinə!

Sentyabrın 8-dən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsinə start veriləcək. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən bildirilib. Müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular 18 avqust tarixində müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Kəlbəcərdə bu tarixədək 15 yaşayış məntəqəsi istifadəyə veriləcək

Bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır. Sozcu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclasında deyib. O bildirib ki, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcəkdir. N. Hümmətov vurğulayıb ki, Kəlbəcər rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb: "Şəhərin Baş Plan konsepsiyası 2022-ci ilin iyunun 26-da Prezidentə təqdim edilmiş və hal-hazırda baş planın aidiyyəti qurumlarla razılaşdırılması yekun mərhələdədir. 2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələrindən birinci mərhələ üzrə Zar, Zallar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır". Onun sözlərinə görə, həmin kəndlərin sifarişçisi qismində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti layihələri sürətlə işlənilməkdədir.

“Yelo Bank”da vergi qalmaqalı: Nazirliyi məhkəməyə verdi

“Yelo Bank” ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı məhkəmə iddiası qaldırılıb. Sozcu.az xəbər verir ki, məhkəmə iddiası noyabr ayının 1-i tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Pərviz Hüseynovun sədrlyi ilə keçiriləcək. Qaldırılan iddia vergi məsələləri üzrə mübahisələrlə bağlıdır. Qeyd edək ki, 378 milyon manat nizamnamə kapitalı olan “Yelo Bank” ASC (VÖEN -9900014901) 1994-cü ildən fəaliyyət göstərir. Əvvəlcə "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildən isə “Yelo Bank” adlanır. “Yelo Bank” Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərova məxsusdur./Ekonominfo.az

İlham Əliyev türk dövlətlərinin nazirlərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023“ beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ukrayna 25 “Şahid”i məhv etdi

Rusiya sentyabrın 7-də gecə saatlarında Ukraynanın Sum və Odessa vilayətlərinə PUA hücumu edib. Sozcu.az Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, 33 PUA-dan 25-i Ukrayna hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.

Ukrayna Baş Qərargahı: "Baxmut istiqamətində uğur qazanmışıq"

Hücum əməliyyatları nəticəsində Ukrayna ordusu Baxmutun cənubunda qismən uğur qazanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının məlumatında deyilir. “Baxmut istiqamətində müdafiə qüvvələri Donetsk vilayətinin Orexovo-Vasilyevka yaxınlığında düşmən hücumlarının qarşısını alıb. Eyni zamanda, hücum əməliyyatları nəticəsində Müdafiə Qüvvələri Baxmutun cənubunda qismən uğur qazanır, düşməni mövqelərindən sıxışdırıb çıxararaq çatdıqları xətlərdə möhkəmlənirlər”, - məlumatda qeyd edilib. Məlumata görə, Limanski, Avdeyevski istiqamətində də düşmənin hücumlarının qarşısı alınıb. Maryinski istiqamətində isə rusların irəliləməsini dayandırmağa davam edirlər. “RBC-Ukraina”nın verdiyi xəbərə görə, müdafiə qüvvələri Melitopol istiqamətində uğurla keçib. Onlar Liman və Baxmut istiqamətində düşmənin hücumunun qarşısını alırlar.

İsmayıllıda leysan yağışları fəsadlar törədib

Dünən gecə saatlarında yağan güclü leysan yağışları nəticəsində İsmayıllının bir neçə kəndində elektrik dirəkləri sıradan çıxıb, böyük fəsadlar yaşanıb. Hadisə nəticəsində İsmayıllı şəhəri, Talıstan, İvanovka, Cülyan və daha bir neçə dağətəyi kəndlərdə çox sayda abunəçinin elektrik xətləri qırılıb, dirəklər aşıb. Hazırda bu istiqamətdə işlər aparılır.

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın rəhbərlərindən biri məhv edilib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Rumeylan bölgəsində antiterror əməliyyatı keçirib. Nəticədə PKK/YPG terror qruplaşmasının rəhbərlərindən olan “Rojna” kod adlı Zülfiye Binbir məhv edilib. O, terror təşkilatının iqtisadi məsələlər üzrə “məsul şəxsi” olub.

Bütün növ müavinətlər bu tarixdə ödəniləcək

Azərbaycanda əhaliyə ödənilən pensiya və müavinətlərin tarixi açıqlanıb. Sozcu.az xəbər verir ki, sabah - sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödəniləcək. Bölgələr üzrə əmək pensiyalarının ödənilməsi 15 sentyabr tarixində nəzərdə tutulub. Sosial müavinətlərə gəlincə, bu ödənişlərin ödənilməsi 26 sentyabr tarixində nəzərdə tutulub.

Kəlbəcərdə 2026-cı ilədək aparılacaq bərpa-quruculuq işləri açıqlandı

Bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclasında deyib. O bildirib ki, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcəkdir. N. Hümmətov vurğulayıb ki, Kəlbəcər rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb: "Şəhərin Baş Plan konsepsiyası 2022-ci ilin iyunun 26-da Prezidentə təqdim edilmiş və hal-hazırda baş planın aidiyyəti qurumlarla razılaşdırılması yekun mərhələdədir. 2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələrindən birinci mərhələ üzrə Zar, Zallar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır". Onun sözlərinə görə, həmin kəndlərin sifarişçisi qismində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti layihələri sürətlə işlənilməkdədir.

Ən ehtiraslı beş bürc

Sevgi və eşqdə olduğu kimi cinsi əlaqədə də bürclərin uyğunluğu önəm kəsb edir. Bəzi bürclər üçün seksuallıq hər şeydən önəmli, bəziləri üçün isə ikinci dərəcəlidir. Sozcu.az  musavat.com-a istinadən bildirir ki, astrologiyaya görə, 5 bürc cinsi əlaqəyə hər şeydən çox önəm verir. Onlar üçün cinsi əlaqəsiz münasibət cəhənnəm deməkdir. Cinsi əlaqə aludəsi olan bürclər: Şəhvət hissi ilə yanan ƏQRƏB Həssas, sədaqətli və qoruyucu Əqrəb bürcü insanları aşiq olduqları zaman bütün varlıqları ilə bağlanır və həmin insanı heç vaxt tərk edə bilmirlər. Əqrəblər yataqda çox ehtiraslıdır və yeni şeylər sınamağa hər zaman hazırdırlar. Onların ehtirası heç vaxt sönməyəcək od kimidir. Cinsi əlaqədə problem yaşamaq Əqrəbləri depressiyaya sala bilər. Cinsi əlaqəni "eşqlə rəqs"ə çevirən ŞİR Şirlər fərqli insanları seçirlər. Aşiq olduqları zaman həyatlarının mərkəzinə sevdikləri insanları qoyurlar. Onlar üçün cinsi əlaqə mütləqdir. Şirlərə görə, cinsi əlaqə həm də qarşı tərəfə eşqini göstərmək vasitəsidir. Seksual Şir bürcü insanları yataqda hər sərhədi aşırlar. Partnyorunun hər istəyini yerinə yetirir və qarşı tərəfdən də bunu gözləyirlər. İstədiklərini ala bilmədikdə özgüvənlərini itirirlər. Əyləncəni sevən OXATAN Oxatan zodiakın ən ehtiraslı bürclərindəndir. Onlar da bütün varlıqları ilə şəhvət hissini yaşayırlar. Oxatanlar fərqli xasiyyətli insanları daha cəlbedici hesab edirlər.Yataqda müxtəlif təcrübələrə yox demirlər. Seksuallıq oxatanlar üçün də keçilməzdir.Münasibətlərdə isə əyləncəyə üstünlük verirlər. Bu da pozitivliyin işarəsi olan Oxatanların çox vaxt partnyorlarına qarşı eqoist davranışlar sərgiləməsinə səbəb olur. Hər şeydən tez bezən QOÇ Dürüst və hər düşündüyünü söyləyən Qoçlar üçün cinsi əlaqə vazkeçilməzdir və münasibətin əsasıdır. Onlar üçün partnyorun da ehtiraslı olması vacibdir. Əks təqdirdə Qoçlar bunu özlərinə qarşı sevgisizlik və diqqətsizlik kimi başa düşürlər. Bu da onların qürurunu sındırır və həmin anda uzaqlaşırlar. Gedən Qoç bürcü insanını geri qaytarmaq isə mümkünsüzdür. Fantaziyaları ilə məşhur BUĞA Buğalar seksdə emosionallığa üstünlük verirlər. Lakin onlar üçün də şəhvət hissi son dərəcə önəmlidir. Ehtiraslı Buğa bürcü insanları üçün detallar əsasdır. Onlar üçün ehtiras dolu bir gecəyə gedən yolda hədiyyələr önəmlidir. Sevdiyi şeylərin hədiyyə edilməsi Buğaların yataqda fantaziyalarına daha da rəng qatmasına səbəb olur. Yataq fantaziyaları ilə məşhur Buğa bürcü insanlarının könlünə və yatağına girmək üçün "pul kisəsinin ağzı"nı açmaq lazımdır.

Bu məhsullar köpü yox edir

Türkiyənin məşhur dietoloqu Melis Torluoğlu bədən şişkinliyini azaltmağın üsullarını izah edib. Sozcu.az xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssis ilk növbədə suyun vacibliyini vurğulayıb. 1. 60 kq çəkidə olan bir fərd gündəlik ən az 60 * 30 = 1800 ml su qəbul etməlidir. Orta hesabla hər gün 2 litrə qədər su içmək vacibdir. 2. İçdiyiniz suyun qələvi olduğundan (ph> 7.0) əmin olun. Gündəlik qəbul etdiyiniz suyun içərisinə qələvi çubuq və ya limon əlavə edərək də qələviliyini təmin edin. 3. Gündəlik menyunuzd ispanaq, tərə, cəfəri, çuğundur yarpağı, brokoli, brüssel kələmi, pərpərən, qulançar kimi tünd yaşıl yarpaqlı tərəvəzlərə və mövsümündən asılı olaraq xiyara daha çox yer verməyə çalışın. 4. Kivi, ananas, zoğal və nar kimi qırmızı rəngli meyvələrdən tez-tez istifadə etməyə çalışın. 5. Duz əvəzinə ədviyyat istifadə edin. 6. Təzyiq probleminiz və ya kafenə qarşı həssaslığınız yoxdursa, hər gün 2-3 fincan yaşıl və ya ağ çay için. 7. Ödəm atıcı smuzilər hazırlayın. Nar şirəsi Nar şirəsi ödəmatıcı təsirə malikdir. Amma şəkər xəstələri nar suyu içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Ananas Ananas təbii detoks funskiyasını yerinə yetirən tropik meyvədir. Ananası dilimlərə bölərək və ya suyunu içərək şişkinliyin qarşını ala bilərsiniz. Yaşıl çay Bitki çayları arasında yaşıl çayın yeri ayrıdır. Lakin həddən artıq yaşıl çay qəbulu ziyandır. Əks təqdirdə ürək döyüntüləri sürətləndirə bilər. Qəhvə Qəhvənin faydaları yəqin ki, çox adam məlumatlıdır. Onun bir müsbət cəhəti də həzmə kömək etməsidir. Çobanyastığı çayı Dərman bitkisi olan çobanyastığı çayı həzm prosesini sürətləndirir, eyni zmaanda yuxusuzluğa və stressə qarşı effektivdir. Razyana çayı Bir stəkan qaynar suyun içərisinə bir az razyana əlavə etməklə dəmləyəcəyiniz çay həzmə kömək edir və şişkinliyi aradan götürür. Zəncəfil çayı Zəncəfil çayı mədənin ağırlığını aradan qaldırmaqla yanaşı, bir çox xəstəliyin dərmanıdır. Bu bitki, həmçinin, qadınlarda mensturasiya ağrılarını bir neçə dəqiqə ərzində aradan qaldırır. Qatıq Xüsusilə şam yeməyindən sonra qəbul edilən qatıq tərkibindəki aktiv bakteriyalar sayəsində mədə əzələlərini hərəkətə gətirir və həzm prosesini yüngülləşdirir. Ədviyyatlar Çox qəbul etməmək şərti ilə istifadə olunan ədviyyatlar həzmi asanlaşdırmaqla yanaşı, mədə turşuluğunu aradan qaldırır. (publika.az)

"Portuqaliya çempionatı sirkə çevrilib" - Ronaldo

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Portuqaliya çempionatından danışıb. Sozcu.az xəbər verir ki, o, "Record"a müsahibəsində deyib: “Portuqaliya futbolunda mübahisə? Bu, məni təəccübləndirmir. Bütün çempionatlarda mübahisələr olur, amma Portuqaliyada buna daha çox rast gəlinir. Bu pisdir. Və problemlərdən biri də budur. Hamı öz fikrini deyir, hamı müzakirə edir, 40 kanal danışır. Buna görə Portuqaliya çempionatı Premyer Liqa və ya Bundesliqa kimi tezliklə yüksək liqa olmayacaq. Mən portuqaliyalıyam və bu, məni narahat edir. İstərdim ki, liqamız ən yaxşılardan biri olsun. Düşünürəm ki, Səudiyyə Ərəbistanının çempionatı Portuqaliyadan daha yaxşıdır.  Səudiyyə Ərəbistanında çox hay-küy yoxdur, adların keyfiyyəti daha yaxşıdır. Ümid edirəm ki, Portuqaliya çempionatında hər şey daha yaxşı olacaq. Bilirəm çətindir. Bəlkə də qeyri-mümkündür. Son vaxtlar baş verənlər Portuqaliya çempionatını sirkə çevirib”. Ronaldo 2023-cü ilin yanvarından "Əl Nəsr"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Separatçılar vəzifə bölüşdürür: Araikin adamı “nazir” olacaq

Qondarma rejimin “dövlət naziri” “vəzifə”si separatçıların sabiq “rəhbər”i Araik Arutyunyanın komanda yoldaşına veriləcək.  Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.  Erməni nəşri yazır ki, söhbət qondarma rejimin “hakim” “Azad Vətən” - “KMD Daşnik” “parlament fraksiyası”nın hazırkı “rəhbər”i Artur Arutyunyandan gedir:  “O, iqtisadi layihələrin həyata keçirilməsi ilə məşğul olacaq. Yəni ona ancaq maliyyə-iqtisadi məsələlərlə bağlı işlər həvalə olunacaq. “Ölkə”nin siyasi idarə edilməsi və “silahlı qüvvələr”in işinin koordinasiyası “Artsax prezidenti” tərəfindən həyata keçiriləcək”.  Qəzet xatırladıb ki, separatçı rejim “parlament”i şənbə günü “ölkə prezidenti”ni seçəcək:  “Sentyabrın 5-də Samvel Şahramanyanın namizədliyini irəli sürən üç “müxalifət fraksiyası”nın və “Azad Vətən” “fraksiyası”nın üzvlərinin onunla görüşü olub. “Prezident” seçildikdən sonra yeni “hökumət” formalaşacaq ki, bu da bütün məəslələrdə konsensus olacağına dəlalət edir. Burada demək olar ki, bütün “siyasi qüvvələr” təmsil olunacaqlar”. 

Rusiyanın ŞOK itkiləri açıqlandı

Ukrayna müharibənin 561-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 266 900hərbçi, 4506 ədəd tank, 8703 ədəd zirehli döyüş maşını, 5722 ədəd artilleriya sistemi, 753 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 506 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8217 ədəd avtomobil texnikası, 4541 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 859 xüsusi avadanlıq itirib.

Metroda kartla ödəniş ləğv edilir?

Dünəndən etibarən Bakı Metropoliteni QSC-də pilot layihə kimi ilk dəfə bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “Bakı Kart” plastik kartından savayı, “Bakı Kart” mobil tətbiqinin QR biletlərindən ödəniş edə bilərlər. Hələlik sərnişinlər bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında “Bakı Kart” plastik kartından savayı, “Bakı Kart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bir ay texniki məşvərətlər, yoxlamalar, sərnişin məmnuniyyətinin hesablanması və digər məsələlərə baxıldıqdan sonra "Avtovağzal", "Memar Əcəmi", sonra isə yaşıl və qırmızı xəttin stansiyalarında da bu sistemin tətbiqinə başlanılacaq. "Telefon hər zaman üstümüzdə olduğundan plastik kartı almağa və üstümüzdə gəzdirməyə ehtiyac yoxdur", - deyə o qeyd edib Qeyd edək ki, “Bakı Kart” plastik kartına ehtiyac olmadan gediş haqqını mobil tətbiqdə yaradılan QR bilet vasitəsilə də ödəyə bilərsiniz. Bunun üçün QR bölməsinə keçib, QR yaradın düyməsini sıxdıqdan sonra bir gedişlik QR bilet yaradılır. QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minumum 1 manat olduğuna əmin olun. Belə ki QR bilet yaradıldıqda pul kisəsinin balansından 1 manat bloklaşdırılır və QR biletdən ictimai nəqliyyatda istifadə etdikdən sonra gediş haqqı məbləği bloklaşdırılan məbləğdən çıxılır və geriyə qalan məbləğ pul kisəsinə qaytarılır. Gediş haqqını ödəmək üçün yaradılmış QR bileti avtobuslarda yerləşən oxuma cihazının kamerasına və ya metroda turniketin üzərində yerləşən kameraya yaxınlaşdırmaq lazımdır. Hər bir QR kod unikaldır. 1 gediş üçün keçərlidir və yaradıldığı andan 5 dəqiqə ərzində etibarlıdır. QR bilet 5 dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır.

Separatçılar Kəlbəcərdə təxribata əl atdı: Ordumuz dayandırdı

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Rostova PUA hücumu edildi: Fövqəladə vəziyyət

Rusiyanın Rostov şəhərinə PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib. Onun sözlərinə görə, PUA Puşkin küçəsində yaşayış binalarının yanına düşüb. PUA-nın düşdüyü ərazidə fövqəladə vəziyyət elan edilib. Rusiya Teleqram kanallarında isə bildirilib ki, Cənub Hərbi Dairəsinin yerləşdiyi rayona da PUA düşüb.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 90,28 dollara, yüngül neftin bir barreli isə 87,18 dollara satılır.