Cənab Prezident İlham Əliyev.
Sizi həyat yoldaşınızla qonağ dəvət edirəm.
Mən, şair-jurnalist Rəhimli Xatirə Əziz qızı (XATİRƏ ƏZİZ) Bakı şəhərində yaşayıram.
25 ildir ki, mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm.
Şair-jurnalist kimi xalqımın haqq səsiyəm.
Ədəbiyyat adamı kimi haqqı qələmə alıram.
Mənzilim yoxdur. Ailə üzvlərimlə birgə uzun illər ərzində 39 dəfə kirayə mənzillərə köçmüşük. Kirayədə ömür yaşamaq isə çox ağrı-acılıdır, çox dözülməzdir.
Neçə ildir ki, sizi, həyat yoldaşınız, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə ailə üzvlərimlə birlikdə ömür yaşadığım zirzəmiyə qonağ dəvət edirəm.
Amma çox-çox təəssüf ki, gəlmirsiniz.
Xahiş edirəm ki, budəfəki təklifimi qəbul edin, Novruz bayramında qonağımız olun.
Şair-jurnalist olaraq düşünürəm ki, yəqin
Azərbaycanın maddi baxımdan ən kasıb şairi olduğum üçün, ən kasıb jurnalisti olduğum üçün bizə qonağ gəlmirsiniz?
Rayonlarda, qəsəbələrdə, kəndlərdə vətəndaşların qonağı olursunuz, onları ziyarət edirsiniz.
Mənim ailəmin niyə qonağı olmursunuz?
Prezident İlham Əliyev.
Zirzəmidə sosal-iqtisadi baxımdan səfalət içində yaşadığım üçünmü bizə qonağ gəlmək istəmirsiniz?
Şair-jurnalist kimi sizdən bir daha xahiş edirəm ki, Bahar bayramı günlərində-Novruz byramında yaşadığım zirzəmiyə gəlin, bizim də qonağımız olun. Gəlişiniz əlbəttə, bizlər üçün də çox xoş olar.
Böyük məmnuniyyətlə Mehriban Əliyeva ilə birgə ailə üzvlərimlə yolunuzu gözləyəcəyik.
Qonağımız olsanız, ailəmlə birlikdə hansı çətinliklər içində, hansı ağrı-acılarla, hansı əzab-əziyyətin içərisində, hansı dözülməz vəziyyətdə yaşadığımızı da görərsiniz.
Yəqin ki, məni də mənzillə təmin edərsiniz.
Mən də sizin mənə hədiyyə edəcəyiniz mənzildə ailə üzvlərimlə birlikdə ömür yaşayaram və rahat şəkildə şair kimi, jurnalist kimi yaradıcılığımı da davam etdirərəm.
Prezident İlham Əliyev.
Bir məsələni də vurğulayım ki, Azərbaycan xalqının 80 faizi bir çox problemlərlə üz-üzə qalıb. Uzun illərdir xalqın yanında olan jurnalist kimi bu problemləri də sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdıraram. Siz də xalqın neçə ildir üzləşdiyi bir çox problemlərdən xəbardar olarsınız.
Hörmətlə: şair-jurnalist
XATİRƏ ƏZİZ Rəhimli
