Rusiyanın Kurskdakı itkilərinin sayı açıqlandı

2024-cü il avqustun 8-dən indiyədək rus qoşunları Kursk istiqamətində 18 minə yaxın əsgər və 1000-ə yaxın texnika itirib.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

“Rusiya ordusunun şəxsi heyət itkisi 17 819 nəfər təşkil edib.

Onlardan 6 662 nəfəri ölü, 10 446 nəfəri yaralı, 711 nəfəri isə yaralıdır.

Bu müddət ərzində rus ordusu Kurskda 970 hərbi texnika - 45 tank, 256 zirehli döyüş maşını, 565 avtomobil texbikası, 99 artilleriya sistemləri, 5 RYAS itirib”, - Sırski bildirib.

Share on Facebook