ABB-nin xarici valyutadan gəliri 6 milyon manatdan çox azalıb.
“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2024-cü ilin 9 ayında xarici valyutadan 43 milyon 11 min manat gəlir (məzənnə dəyişməsi daxil olmaqla) əldə edib.
"Yeni Sabah" bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 milyon 430 min manat və ya 13 % azdır.
2023-cü ilin 9 ayında ABB-nin xarici valyutadan gəliri 49 milyon 441 min manat təşkil edib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.