“Barselona”nın 17 yaşlı yarımmüdafiəçisi Lamin Yamal karyerası haqda danışıb.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”nın əfsanəsi kimi xatırlanmaq istədiyini bildirib:
“Mən “Barselona”nın əfsanəsi kimi xatırlanmaq istəyirəm. Bu böyük klubun tarixinin bir hissəsi olmaq inanılmazdır”.
Yamal “Barselona” akademiyasının yetirməsidir. Onun kataloniyalılarla müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi nəzərdə tutulub.komanda.az)