İsrail Hərbi Hava Qüvvələrinin gün ərzində Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 33 nəfər ölüb, 90 nəfər yaralanıb.
Sozcu.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin X sosial şəbəkəsində bildirilib.
"Hərbi eskalasiyanın başlanğıcından bəri öldürülən vətəndaşların ümumi sayı 1072 nəfərə çatıb, 2966 nəfər yaralanıb", - nazirlik bildirib.
Livanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlar zonasında 1 049 328 nəfər evlərini tərk edib.
